Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Birinci siniflərə qəbulda hansı yeniliklər var?-Təhsil Nazirliyi valideynləri maraqlandıran suallara aydınlıq gətirdi

 

Yenixeber.org: Aprelin 27-də, saat 11:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan start verilir. Birinci sinifə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Təhsil Nazirliyinin nümayəndələri onlayn brifinq keçirərək valideyn və müəllimləri maraqlandıran sualları cavablandırmağa çalışdılar.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov nazirliyin birbaşa tabeliyində olan Bakı Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Respublika İncəsənət Gimnaziyasının Azərbaycan bölməsi üzrə müsabiqələrə yazılma mərhələsinin də aktiv olunacağı barədə məlumat verdi:

“Tədrisin digər dillərdə aparıldığı birinci siniflərə qəbulla bağlı müsahibələrə yazılma mərhələsi 29 apreldən başlayaraq 8 iyun tarixində yekunlaşacaq. Prosesi sürətləndirmək məqsədilə qeydiyyat prosesi ilə paralel olaraq 4 may tarixindən etibarən rus bölməsi üzrə müsahibələrə başlanılacaq. Cənab nazirin müvafiq əmrində də qeyd olunub ki, mövcud pandemiya şəraitinə görə müsahibələr ölkə üzrə onlayn formatda həyata keçiriləcək. Bununla bağlı artıq müvafiq müsabiqə komissiyaları da yaradılıb. Müvafiq komissiyaların üzvlərinə müəyyən təlimlər də keçirilib. Müsahibələr 4 may tarixindən 14 iyun tarixinədək davam edəcək”.

Kərimov əlavə etdi ki, dövlət ümumitəhsil müəssisələrinin məktəbəqədər hazırlıq qruplarında Azərbaycan bölməsi üzrə hazırlıq qruplarına cəlb olunmuş uşaqların artıq birinci sinifə qaldırılması proqram təminatı vasitəsilə təmin olunub. Valideynlərə bununla bağlı SMS bildirişləri də göndərilib.

Ən çox verilən suallardan biri də digər dillərdə birinci siniflərə qəbulun həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üsulu ilə aparılması haqdadır. E.Kərimov qeyd etdi ki, 29 aprel tarixindən övladı məktəbə hazırlıq qruplarına cəlb olunmuş valideyn əvvəldən mövcud olan şəxsi kabinetinə daxil olaraq müsahibəyə yazılmalıdır. Müsahibələr yekunlaşdıqdan sonra məqbul qiymət almış, məktəbə hazırlıq qrupuna cəlb olunmuş uşaq 21 iyun tarixindək avtomatik olaraq proqram təminatında oxuduğu məktəb üzrə  birinci sinifə qəbul edilir. Bununla bağlı da valideynə müvafiq SMS bildirişi göndərilir.

“Müsahibədən kəsilən və keçə bilməyən uşağın yenidən Azərbaycan bölməsinə  qəbul üçün sorğu verməsi mümkündürmü” sualını nazirliyin nümayəndəsi müsbət cavablandırdı:

“Əgər uşaq müsahibədən məqbul qiymət ala bilməyibsə, o zaman valideyn proqram təminatında yenidən Azərbaycan bölməsi üzrə məktəb seçərək sorğu yerləşdirə bilər”.

“29 aprel tarixində sistem yüklənir, məktəblərin təqdim etdiyi yerlərin əksəriyyəti tutulur və bizə cavab gəlir ki, artıq burada yer qalmayıb. Belə olan halda valideyn nə etməlidir” sualına cavab olaraq E.Kərimov xatırlatdı ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeronda müəyyən məktəblərdə həmişə sıxlıq müşahidə olunur:

“Ona görə də, qeyd etdiyim kimi, həmin müəssisələrdə prioritetlər üzrə ilkin olaraq qəbul prosesini planlaşdırırıq. Bu prioritetlərə isə həmin ərazidə yaşamaları, bacı-qardaşlarının həmin məktəblərdə təhsil alması, valideynin həmin məktəbdə işləməsi daxildir. Proqram təminatında da prioritetlər üzrə növbə yaradılır. Qəbulun müəyyən dövründən sonra artıq izlənilmə aparılır ki, həmin məktəblərə müraciətlərin sayı azalıb. Ondan sonra sərbəst şəkildə qəbulu açırıq ki, digər ərazilərdə yaşayan vətəndaşlar da öz övladlarını boş qalan yerlərə yerləşdirə bilsinlər. Bu isə növbəlilik prinsipi əsasında həyata keçirilir”.

Bu il məktəbəqədər hazırlıq qruplarına cəlb olunan uşaqlardan neçə faizinin avtomatik birinci sinifə keçiriləcəyinə gəldikdə isə Elçin Kərimov cari tədris ilində məktəbə hazırlıq qruplarına qəbulla bağlı 104 min uşağın qeydiyyatdan keçdiyini vurğuladı:

“Bunlardan təxminən 9-10 mini rus bölməsini təşkil edir, yerdə qalanları isə Azərbaycan bölməsi üzrə məktəbə hazırlıq qruplarına cəlb olunmuş uşaqlardır. Artıq Azərbaycan bölməsi üzrə məktəbə hazırlıq qruplarına cəlb olunmuş uşaqlardan 94 min uşağın birinci sinifə qaldırılması təmin olunub. Rus bölməsini çıxmaq şərti ilə təxminən 70-75 faiz məktəbə hazırlıq qruplarının birinci sinifə qaldırılması təmin olunub. Maraqlı məqam odur ki, valideyn fikrini dəyişib, sorğunu silərək digər bir məktəbi seçdiyi üçün bununla bağlı dəqiq rəqəm deyə bilmirik”.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov builki yeniliklərdən danışarkən xatırlatdı ki, artıq bu proses bir neçə ildir həyata keçirilir:

“Builki yenilik isə sözügedən sistemin daha sürətli işləməsi, valideynlər üçün yarana biləcək texniki problemlərin vaxtında qarşısının alınması ilə bağlıdır. Bu il alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərir ki, bu da qeydiyyatda problem yaşayacaq şəxslərin bir mərkəzə deyil, bir neçə mərkəzə paylanması işini sürətləndirir. Artıq həm Bakı Şəhər Təhsil İdarəsi, həm yerli təhsil idarəetmə orqanları tərəfindən alternativ qeydiyyat mərkəzləri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yerləşdirirlər. Vətəndaşların problemləri olduğu təqdirdə, həmin mərkəzlərə yaxınlaşmaları təklif olunur. Bir sözlə, bu proseslərin həyata keçirilməsi üçün sadəcə, internetə çıxış, şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır. Əgər bunlarla bağlı problem yoxdursa, heç bir ünvana yaxınlaşmağa ehtiyac qalmır. Yeniliklərdən biri də tədrisi digər dillərdə olan uşaqların müsahibə mərhələsinin tam elektron formatda olması ilə bağlıdır. Keçən il bu, ikili sistem əsasında həyata keçirilirdi. Belə ki, ilkin vaxtlarda müsahibə üzbəüz oldu, sonradan ölkədəki vəziyyətlə əlaqədar onlayn formata keçirildi. Bu il bütün müsahibə prosesinin onlayn formatda həyata keçirilməsi planlaşdırılır. Bu, həm vətəndaşlarımızın, həm də müəllimlərimizin səhhətini qorumaq məqsədilə aparılan prosesdir. Bizim həm də onlayn müsahibə sistemimizi daha da təkminləşdirmək imkanımız olub”.

Orxan Abbasov validenylərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət gördü:

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”.

Qeyd edək ki, bu il birinci siniflərə 155-160 min civarında şagirdin qəbulu planlaşdırılır.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam