Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda I sinfə qəbulla bağlı -Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək

Bakıda I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Yenixeber.org: İdarədən verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron şagird qəbuluna start verilməsi və ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçirilməsindən ibarətdir.

Görüşdə çıxış edən İdarə müdiri Mehriban Vəliyeva I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. M.Vəliyeva I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqinin təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət etdiyini qeyd edib.

İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb. Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib, valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində suallara cavab veriləcəyini və müvafiq maarifləndirmə işlərinin aparılacağını bildirib.

Ümumi təhsil sektorunun müdiri Fuad Babayev ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçiriliməsi, təhsil işçilərinin vaksinasiyası və PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsinin təşkili ilə bağlı fikirlərini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam