Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

ERMƏNİSTAN RUS DİLİNDƏN TAM İMTİNA EDİR? - Rus dilində lövhələr də yığışdırılır...

Ermənistan bir tərəfdən “ətəyindən bərk-bərk yapışaraq”, qarşısında diz çökdüyü əsas havadarı olan Rusiyaya yarınmağa, digər tərəfdən də özünün Rusiyaya, ruslara və rus dilinə gerçək münasibətini göstərən addımlar atmağa davam edir.

Yenixeber.org: Ermənistan mətbuatında İrəvan metropolitenindən rus dilində yazılmış lövhələrin yığışdırılmasına dair məlumatrlar yer alıb. Həmin məlumatlarda deyilir ki, artıq bir neçə gündür İrəvan metrosunun stansiyalarında rus dilində yazılmış bütün lövhələrin sökülməsinə başlanılıb.

Əgər indiyə qədər stansiyaların, eləcə də onların çıxışları olan küçələrin adlarını və digər məlumatları özündə əks etdirən lövhələr erməni, rus və ingilis dilində yazılırdısa, artıq onların üzərindəki yazılar yalnız erməni və ingilis dilində olacaq. Məlumatda deyilir ki, artıq qısa müddətdə 6 stansiyada lövhələr dəyişdirilib və proses sürətlə davam etdirilir. O da qeyd olunur ki, stansiyalarda rus dilində yazılan bütün lövhələr söküləndən sonra onların yerinə müxtəlif reklamlar yerləşdirilir.

Hələlik hökumət bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Maraqlıdır ki, “Rusiya-Ermənistan dostluğu, qardaşlığı” barədə moizələr oxumaqdan xüsusi zövq alan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də “qardaş erməni xalqının” və hökumətinin rus dilinə “hörmətini” göstərən bu addıma şərh verməkdən yayınıb. Jurnalistlərin bu məsələ ilə bağlı sualına cavab verən səfir deyib ki, “məsələ ilə yaxından tanış olmaq üçün” ona vaxt lazımdır.

Göründüyü kimi, Qarabağdakı separatçı rejimin rus dilini “dövlət dili” elan etməsinə paralel olaraq, İrəvandan rus dilinin yerli-dibli yığışdırılmasına yönələn addımlar atılır. Və bununla da erməni toplumunun necə ikiüzlü, məkirli və saxta bir mahiyyətə malik olduğu bir daha üzə çıxmış olur.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam