Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Araz” marketlər şəbəkəsində üzərində erməni dilində yazılmış məhsullar satılır —VİDEO

 

 

Satılan məhsulun üzərində erməni dilində məlumatların olması və Azərbaycan dilində məlumatların olmaması istehlakçıları qəzəbləndirib və onlar bu barədə Azad İstehlakçılar Birliyinə məlumat veriblər.


Yenixeber.org: Məsələ ilə bağlı redaksiyamıza məlumat verən Eyyub Hüseynov deyib ki, daxil olan vətəndaş müraciəti əsasında Nəsimi rayon ərazisində yerləşən “Araz” supermarketlər şəbəkəsində olub və mövcud vəziyyəti öz gözləri ilə görüb. Həqiqətən də Rusiya istehsalı olan “Liliya” və “Pero” salfetləri üzərində olan məhsul haqqında məlumatlar erməni dilində və digər bir neçə dildə göstərilsə də Azərbaycan dilində göstərilməyib:


“Bizə bu haqda müraciət daxil oldu, hətta müraciət edən şəxs bir neçə dəfə təkid etdi ki, biz həmin adıçəkilən marketdə olaq və vəziyyəti özümüz müşahidə edək. Bizə həmin marketdən bir neçə dənə də nümunə gətirmişdilər. Lakin market rəhbərliyi dedi ki, məhsulun üzərinə Azərbaycan dilində xüsusi yapışqan kağızlar (stiker) yapışdırılıb. Ortada anlaşılmaz və tzadlı vəziyyət var idi. Biz özümüz getməli olduq və həqiqətən də vəziyyət vətəndaşın qeyd etdiyi kimi idi. İstehlakçıların hüquqları haqqında qanun və Azərbaycan dili haqqında qanunun pozuntusu halı var idi. Biz şirkət rəhbərliyinə bu barədə təkrar məlumat verdik”.


“Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova isə qeyd edib ki, market həmin şirkət qarşısında iki tələb qoyub və əməkdaşlığı dayandırıb. 


Tələblərdən biri erməni dilinin məhsul üzərindən çıxarılmasıdır, növbəti tələb isə Azərbaycan dilində məhsul haqqında məlumat daxil ediləcəkdir. Tələblərə əməl edilsə əməkdaşlıq yenidən bərpa ediləcək, əməl edilməyəcəyi təqdirdə isə əməkdaşlıq həmişəlik dayandırılacaq”.(bizimyol.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam