Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

BMU ilk dəfə ingilis dilində teledərslər təşkil edəcək -Yenilik

 

 
Yeni dərs ilindən Bakı Mühəndislik Universitetində (BMU) daha bir yeniliyə imza atılacaq. Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ingilis dilində teledərslərə start veriləcək.
Yenixeber.org: BMU-da tədrisin 70 faizə yaxın ingilis dilində olması nəzərə alınaraq teledərslərin əsasən ingilis dilində hazırlanması planlaşdırılıb. Bu isə teledərslərdən təkcə BMU tələbələrinin deyil, digər ali məktəblərin tələbələrinin də yararlanmasına imkan verəcək. Teledərslər tələbələrin öz ixtisaslarını mənimsəmələri ilə yanaşı, onların dil bacarıqlarının təkmilləşdirilməsinə də şərait yaradacaq. Digər tərəfdən, teledərslərdə daha çox onlayn keçirilməsi çətinlik törədən xüsusi ixtisaslara, laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnlərə üstünlük veriləcək və bu, tələbələrin praktik-təcrübi laboratoriya işlərini daha rahat izləməsinə imkan yaradacaq. Qeyd olunan dərslər universitetin televiziyasında (BMU TV), eyni zamanda sosial şəbəkə hesablarında yayımlanacaq. Teledərslərin həftəlik cədvəli barədə əvvəlcədən məlumat veriləcək.
Onu da bildirək ki, yeni tədris ilindən tədrisə marağın azalmaması məqsədilə digər müvafiq layihələr həyata keçiriləcək. Bu tədbirlərdən biri kimi BMU Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulur. Ölkənin ali təhsil ocaqlarında baş verən yenilikləri bir mənbədən izləmək və buradakı müzakirələrə qatılmaq üçün https://www.facebook.com/groups/ali.tehsil linkinə daxil olaraq feysbuk qrupuna qoşulmaq mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam