Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yunan Kipri hərəkətlə keçdi – Kostas Mavrides antiAzərbaycan bloku yaradır

 

 “Azərbaycan tərəfindən mülki və qadınlar da daxil olmaqla əsir götürülmüş ermənilərin qaytarılması üçün konkret addımlar atmalıdır. Bütün hərbi əsirlərin və məhbusların geri qayıtmasını şərtləndirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs razılaşmasına baxmayaraq, Azərbaycan bir çox erməni əsirini həbsdə saxlamaqda davam edir”.

 Yenixeber.org: Bu tələb Avropa Parlamentinin üzvü Kostas Mavridesin (Kipr, Sosialist-Demokratları təmsil edir) təşəbbüsü ilə bütün böyük fraksiyalardan olan 30 millət vəkili AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrellə ​​ünvanlanan təcili sənədindən götürülüb.

Avropa Parlamentinin millət vəkili Kostas Mavrides yazılı sorğudan danışaraq bildirib ki, “İnsanlığa qarşı cinayətlər qarşısında susa bilmərik. Odur ki, biz müxtəlif fraksiyalardakı həmkarlarımla, eləcə də AB-yə üzv ölkələrlə birlikdə Aİ-ni əldə olunmuş razılaşmanın 8-ci maddəsinin icrası üçün konkret addımlar atmağa, xüsusən də Azərbaycanı əsirlikdə olan erməniləri geri qaytarmağa çağırırıq. o cümlədən: mülki qadınları. Azərbaycan beynəlxalq hüququ açıq şəkildə pozur. Biz sırf humanitar məsələnin üzərində möhkəm dayanmalıyıq”.

Avropa Parlamenti üzvlərinin təşəbbüsünü şərh edən “Hay Dat” Ofisinin Avropadakı rəhbəri Qaspar Karapetyan deyib ki, “Azərbaycan bu humanitar məsələdən siyasi fayda götürmək və Ermənistana daha çox təsir etmək üçün istifadə edir. Biz Avropa Parlamenti üzvlərinin bu təşəbbüsünü alqışlayırıq. AB üzv dövlətlərinin hərəkətəkeçmə vaxtı gəldi. İnsan hüquqları və insan ləyaqəti müzakirə edilə bilməz. AB vətəndaşları olaraq, AB-nin Azərbaycan hakimiyyət orqanları tərəfindən insan ləyaqətinin bu yolverilməz şəkildə pozulmasının qarşısını almaq üçün bütün diplomatik və siyasi təsirlərdən istifadə etməsini gözləyirik”.(konkret.az)

Rəsmiyyə Şərifova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam