Yenixeber.org: Bu sözləri açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, həmin təşkilatların səssiz qalması ikili standartların göstəricisidir:
"Ermənistanda beynəlxalq qurumların nümayəndəlikləri, mənzil qərargahları, eləcə də xarici səfirlikləri, insan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatları var. Təbii ki, həmin məhkumun partiya yoldaşları, ailə üzvləri bu barədə xarici təşkilatlara məlumat verib. Lakin insan haqlarından danışanlar bir dəfə də olsun bu barədə bir söz yazdılarmı? Əslində bu, birinci hal deyil. Ermənistanda uzun illərdir qanunsuzluqlar, insan haqları, demokratiyanın pozulması müşahidə edilir, cinayətkarlıq dövlət səviyyəsində davam edir. Parlament atəşə tutulur, qanunsuz hadisələr baş verir, təzyiq, güc vasitəsilə insanlar hakimiyyətə gəlir. Bütün bu hadisələr isə Avropa tərəfindən mükafatlandırılır. Həmin Avropa üç aya yaxındır davam edən “sarı jiletli”lərin etirazı və digər hadisələrə reaksiya vermir. Avropaya müəyyən məsələlərdə boyun əyməyən dövlətlər, o cümlədən Azərbaycan onların xoşuna gəlmir. Bütün bunlardan sonra isə Ermənistanda dünyasını dəyişən siyasi məhbusla bağlı reaksiya olacağını gözləmirəm. Avropa Şurası, Avropa Parlamenti, digər insan hüquqları ilə məşğul olan təşkilatlar Ermənistanın xeyrinə, Azərbaycana qarşı şər-böhtan kampaniyası ilə məşğuldurlar. Dünyaya demokratiya dərsi keçən ABŞ Venesueladakı qanunsuzluqları açıq-aşkar dəstəkləyir. Beynəlxalq səviyyədə bundan pis qanun pozuntusu ola bilərmi? Onlar istədikləri dövlətdə çevriliş, təxribata nail olmaq, vətəndaş müharibələri yaratmağa can atırlar. Buna görə Azərbaycana qarşı daxildə və xaricdə xeyli qruplar yaradıb, iyrənc kampaniya ilə məşğuldurlar. Həmişəki kimi bu istəkləri yarımçıq qalacaq”.
Millət vəkili bu məsələ ilə bağıı Azərbaycan Parlamentinin Avropa Parlamentinə müraciət göndərəcəyini deyib:
“Milli Məclisin Avropa təşkilatlarında təmsil olunan qrupları var. Bu kimi hallarda onlar lazımi etirazlarını edir. Əminəm ki, bu hadisə ilə bağlı da millət vəkillərimiz müvafiq müraciət hazırlayacaq”.