Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Separatçılar rus dilini “rəsmi dil” elan etməklə nəyə nail olmaq istəyir?-ŞƏRH

 

Ekspert: “Sülhməramlı missiyanın tərkibi dəyişməsə, beynəlxalq mandat almasa, Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olacaq”

Yenixeber.org: Dağlıq Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dilinin yerli separatçılar tərəfindən “rəsmi dil” elan olunmasına hazırlıq gedir. Oyuncaq rejimin yaydığı məlumatda bildirilir ki, erməni dili ilə yanaşı, rus dilinin də rəsmi dil kimi istifadəsi üçün “qanunvericiliyə” dəyişiklik ediləcək. Artıq müvafiq layihə hazırlanıb və qondarma qurumun saytında yerləşdirilib.

Hələlik Azərbaycan rəsmi səviyyədə bu provokasiyaya münasibət bildirməyib.

Siyasi təhlilçi Rauf Mirqədirov saytımıza açıqlamasında belə bir addımın gözlənilən olduğunu söylədi. Çünki Dağlıq Qarabağın hazırda ikili nəzarət altında olan hissəsində paralel idarəetmə var. Bunların biri separatçıların yaratdığı idarəetmə orqanları, digəri isə Rusiya dövlət orqanlarının yerli strukturlarıdır:

“Bu qurumlar arasında əlaqələr var, sənədləşmələr aparılır. Bu da hansısa dildə olmalıdır. Sözsüz ki, Rusiya hərbçiləri erməni dilini öyrənməyəcək. Rus dilindən istifadə zərurəti yaranır. Rusiya Dağlıq Qarabağın separatçıların nəzarətindəki hissəsində “humanitar mərkəzlər” adı altında əksər mərkəzi dövlət orqanlarının yerli şöbələrini yaradır – səhiyyə, nəqliyyat, fövqəladə hallar və s. sahələrə aid qurumlar. Hətta Rusiya Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri də orada fəaliyyət göstərir. Rusiya istədiyini edir orada. Ona görə də, kifayət qədər mürəkkəb vəziyyət yaranıb”.

Rauf Mirqədirov qeyd etdi ki, rus dilinin “rəsmi dil” kimi istifadəsi hansısa “qanun”a dəyişiklik etmədən də mümkün idi. Lakin separatçı rejim bunu qəsdən, nümayişkəranə şəkildə edir:

“İndiki halda, bunu qanun kimi qəbul edib, hüquqi don geyindirmək istəyirlər. Həm də separatçı rejim öz mövcudluğunu, qondarma respublikanın bütün orqanlarının fəaliyyət göstərdiyini nümayiş etdirmək niyyəti güdür”.

Ekspertin sözlərinə görə, məsələnin daha təhlükəli başqa bir tərəfi də var. Rusiya Azərbaycan ərazilərində ictimai həyatın bütün sahələrinə təsirini genişləndirməyə çalışır:

“Rusiya orada təkbaşına nə istəyir, eləyir. Bu da çox təhlükəlidir. Sülhməramlılar gərək bitərəf olsunlar, hər iki tərəfə eyni dərəcədə münasibət göstərsinlər. Amma ruslar belə bir görüntü yaratmağa çalışırlar ki, erməni əhalinin təhlükəsizliyini və Dağlıq Qarabağda mövcudluğunu təmin edə biləcək yeganə qüvvə onlardır. İnsanların beyninə hər gün yeridirlər ki, “biz olmasaq, azərbaycanlılar gəlib siz erməniləri qıracaq, ya da qovacaq”. Rusiya atdığı addımlarla Dağlıq Qarabağda sonsuza qədər qalmaları üçün şərait yaradır. Təhlükəli və ziyanlı olan budur. Ona görə də biz mümkün qədər tez sülhməramlı missiyanı Rusiyanın monopoliyasından çıxarmalıyıq. Sülhməramlı missiyanın tərkibi dəyişməsə, beynəlxalq mandat almasa, Azərbaycanın ərazi bütövlüyü də təhlükə altında olacaq. Hələ müharibə başlamadan öncə deyirdim ki, Azərbaycan Rusiyanın müdaxiləsinin qarşısını ala biləcək hər hansı hərbi-siyasi dəstəyi özünə təmin etməsə, müharibə Rusiya qoşunlarının Azərbaycan ərazisinə rəsmi dəvəti İlə nəticələnəcək. O zaman bəzi ciddi ekspertlər mənimlə razılaşmırdılar. İndi bir qədər fikirlərini dəyişiblər, deyirlər ki, Rusiya qoşunlarının gəlməsi onların birdəfəlik burada mövcudluğu anlamına gəlməməlidir. Düzdür, dünyada hər an hər şey dəyişə bilər. Amma biz bu gündən danışırıq…”

Dağlıq Qarabağdakı separatçı rejimin hazırda Ermənistana yox, Rusiyaya sığındığını deyən R. Mirqədirov vurğuladı ki, onlar Moskvanın dəstəyi, birbaşa iştirakı olmasa, bugünkü mərhələdə Azərbaycan qoşunlarının qarşısında dayana bilməzlər. Ekspert bir müddət sonra Dağlıq Qarabağ ermənilərinin Rusiyaya birləşmək təşəbbüslərinin olacağını da istisna etmir:

“Rusiya buna gedəcək, ya yox, bu, artıq başqa məsələdir. Rusiya üçün indiki status-kvo çox sərfəlidir. Rusların oradan çıxmasını Azərbaycandan başqa heç kim tələb etməkdə maraqlı deyil – nə Ermənistan, nə də Dağlıq Qarabağda yaşayan ermənilər. Onlar qorxur ki, Rusiya çıxsa, Azərbaycan hücuma keçib, ərazilərin hamısını azad edər. Rusiya beynəlxalq təşkilatlara da bu mesajı verməyə çalışacaq ki, biz çıxaq, etnik təmizləmə baş versin? İndiki vəziyyət Rusiyanın tam ürəyincədir. Ola bilsin, nə vaxtsa kimisə cəzalandırmaq lazım gələndə, vəziyyət dəyişə bilər. Necə ki, Paşinyanı cəzalandırmaq lazım gələndə Azərbaycanın ərazilərin bir hissəsini azad etməsinə imkan verildi. Bunun müqabilində bir hissəni də öz nəzarətlərinə götürdülər. Son nəticədə bu müharibənin əsas qalibi Rusiya oldu. Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında yeganə münaqişə idi ki, Rusiya ora cəlb olunmamışdı, münaqişə zonasında birbaşa hərbi-siyasi təmsilçiliyi yox idi. Nəticə etibarilə bu da baş verdi, onlar gəlib burada oturdular. Bu da Putinin həm Paşinyan, həm də İlham Əliyev üzərində qələbəsi idi. Düzdür, İlham Əliyev ən azı, nəsə əldə edildiyini deyə bilər. Paşinyan isə itirdi. Paşinyanı niyə cəzalandırdılar, bu da başqa bir söhbətin mövzusudur. Bir az qərbpərəst olması, Ermənistanı Rusiyadan ayırmaq istəməsi, Putinin dostlarını və rusiyapərəst siyasətçiləri həbs etdirməsi haqda fikirlər səslənir. Bunlar da önəmli faktorlardır. Ən önəmlisi isə bu idi ki, postsovet məkanında rəngli inqilab nəticəsində hakimiyyətə gəlmişdi. Putin Rusiyası üçün vacibdir ki, rəngli inqilablar nəticəsində hakimiyyətə gələnlər uğur qazanmasın, cəzalansın”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam