Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qarabağın “Xarici İşlər naziri”nin Argentinada görüşlər keçirməsinə rəsmi -Münasibət

Qarabağın “Xarici İşlər naziri”nin Argentinada görüşlər keçirməsinə rəsmi

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyil”. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva erməni KİV-də qondarma separatçı rejimin “xarici işlər nazirinin” Argentinada görüşlər keçirməsi ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.

 

Yenixeber.org: XİN rəsmisi qeyd edib ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma “erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb:

“Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunub, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentinanın öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın “xarici işlər naziri”nin qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur. 

Göründüyü kimi, separatçı rejimin dırnaqarası nümayəndəsi qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.

Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam