Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"MƏNİM TANIDIĞIM AZƏR ABDULLA" -Məhərrəm Şəmkirli yazır

(Doğum gününə)

Yenixeber.org: Yanılmıramsa, 2007- ci ilin yaz aylarından biri idi. Yaxın bir qohumum zəng eləyib soruşdu ki, Azər Abdullanı tanıyırsan? Cavab verdim ki, üzbəsurət tanışlığım yoxdur. Amma qiyabi olaraq sovet dönəmindən tanıyıram. Bədii və publisistik yazılarını oxumuşam, gözəl şair və nasirdir. Mənim bu cavabından sonra gülə- gülə:- Madam ki, belə tanıyırsan, telefon nömrəsini verim, zəng elə, əyani tanış ol.

Doğrusu, bu təklifdən çiçəyim çırtladı. Və öz-özümə,- Uzun illər imzasını tanıdığım, yaradıcılığını izlədiyim, sözünə dəyər verdiyim bir yazarla tanış olmaq heç də pis olmaz,- dedim.

Səhəri gün Azər Abdullaya zəng elədim. Telefon nömrəsini kimin verdiyini və kim olduğumu dedim. Çox səmimi şəkildə: - Bəy, mən nəşriyyatın yeddinci qatında çalışıram. Nə vaxt istəsən, gələ bilərsən,- dedi. Günü, saatı vədələşib sağollaşdıq.

Vədələşdiyimiz vaxtda nəşriyyatın yeddinci qatında Azər Abdullanın çalışdığı otağın qapısını döydüm. İçəridən “buyurun” ifadəsini eşitdim. Qapını açıb içəri keçdim. Xoş bir təbəssümlə qarşılaşdım. Elə ilk görüşdən Azər müəllimə quşum qondu. Sanki yüz il bundan qabaq tanıyırdım bu insanı. Məni bu fikirə gətirən onun nurlu, işıqlı üzü, xoş təbəssümü idi. Və bir də özünə məxsus şirin danışığı. Bu danışıqda yalan, şişirtmə, qeybət deyilən nəsnələrdən zərrə qədər də işartı yox idi. Ona görə də Azər Abdulla adama bulaq suyu kimi təmizlik və şəfaflıq təsiri bağışlayırdı. Bundan sonra Azər müəllimlə onun otağında tez-tez görüşüb dərdləşməyə başladıq. Dərdimiz tariximizin ən ağrılı yarası olan yurd yerlərimizin, ata- baba torpaqlarımızın itirilməsi idi. Azər Abdulla üçün bu böyük dərddir. Doğulub boya-başa çatdığı, doğmalarının uyuduğu torpaq düşmən tapdağı altında inləyir, sızlayır, göynəyir. Bu inilti, göynərti, sızıltı Azər müəllimin içindən keçir, gecələr yuxusunu ərşə çəkir, dincliyini, rahatlığını pozur. Hansısa bir vətənsiz, torpaqsız gəlib səni torpağından çıxarıb, vətənindən qovub, bura sənin yox, mənimdir deyir. Buna biz səbirlə dözürük. Tanrı niyə bizim səbrimizi kəsmir?! Niyə bizim ürəyimizə təpər, qolumuza güc vermir?! Nə vaxta kimi düşmənə kim olduğumuzu, nəyə qadir olduğumuzu göstərməyəcəyik?!

Azər Abdula şairdi, yazıçıdı, publisistdi. Savaçını, mübarizəsini əlində qələmi, dilində sözüylə aparır. Amma yazı adamının əlindən bundan başqa nə gəlir ki? Topu yox, topxanası yox. Bəzi yazarlarda torpaq, yurd eşqi, ulus eşqindən güclü görünüb mənə. Və bəzən insanın doğulub boya-başa gəldiyi yer həsrəti içində anasını itirmiş körpə quzu tək mər-mər mələyir. Uşaqlığını qoyub gəldiyi kənddə xəyalının gəzəcəyi bir yer yoxdur. Düşmən hamsını silib-süpürüb. Azər müəllimin erməni vandalizmini tarixi faktlarla əks etdirən bir ssenarisini oxudum. Tarixi həqiqətlərimizi kor və kar dünyaya çatdırmaq üçün tutarlı faktdır. Müəllif bu ssenarisi əsasında bir filimin çəkilməsinə görə dövlət qürumlarına müraciət elədi. Filimdən ona çatacaq qonorarı da istəmədi. Hətta ssenaridəki surətlərdən birini təmənnasız oynamağını da dilə gətirdi. Çox-çox təəssüflər ki, bu müraciət cavabsız qaldı.   

Son illər Azər müəllimin balaca otağında gözüm tək-tək rəssam işlərinə rast gəlirdim. Bu əsərlərin içərisində yağlı boya ilə çəkilmiş portiretlər, mənzərələr də var idi. Doğrusu bunların  kimin olduğunu da soruşmurdum. Aylar, illər keçdikcə bu rəsm əsərləri çoxalırdı. Bir gün bir təsadüf nəticəsində Azər Abdullanı əlində fırça kiminsə portretini çəkdiyini gördüm. İlahi, bu insan bu əsərin üzərində necə məftunluqla işləyirdi. Onun bu tamamlanmamış əsərində həzin nəğmə, şirin peoziya, müdrik öyüd  vardı. Bu portret Azər Abdullanın ata anasının portreti idi. Yaşayan portret, həyatın bir anını özündə təcəssüm etdirən portret. O, Vətənsizlik dərdini bununla yüngülləşdirirdi. Bir tərəfə baxanda buna yüngülləşmə yox, təsəlli də demək olar. Azər Abdulla üçün rəssamlıq elə belə məşğuliyyət deyil, əsl sənətkarlıqdır. Mən bir mənalı olaraq deyirəm ki, Azər Abdulla şair, nasir, naşir olmasaydı, bəlkə də Azərbaycan rəssamlıq tarixində tanınmış, rəssamlarımızdan biri olardı. Dəfələrlə dəyərli dostumdan soruşmuşam ki, niyə fərdi sərgini keçirmirsən? Doğrusu, bunu deyəndə nə bu sərginin çətinliyini, nə də müəllifə nə verəcəyini düşünməmişəm.

Diqqətli oxucunun nəzərindən yayınmayan Azər Abdullanın son dövürlər yaradıcılığında qoca rəssam obrazı daha qabarıq görünür. Bu qoca rəssam müəllifin özüdür. Boşuna deməyiblər ki, bütün yazarlar özlərini yazır. Azər müəllim də özünü yazıb. Çünki özünü özündən yaxşı tanıyan yoxdur. Onun “Alman dərsi” adlı iri həcmili hekayəsinə nəzər salaq: Müdrik ixtiyar gah Dədə Qorqud kimi gənclərə öyüd verir, onları insani yola yönəldir, gah da Bakını evi bilməyən səliqəsiz, pinti, tənbəl adamların çəkib yerə atdıqları siqaret kötüklərini əyilib yerdən götürüb zibil qabına atır. Bu müdirik insan ətrafından keçənlərin ona qınayıcı baxışlarını, iradlarını belə nəzərə almır. Şəhəri, onun küçələrini, parklarını, yaşıllıqlarını çirkləndirənləri mülayim şəkildə qınayır. Və beləcə yolundan azanları, Allaha bəndəlik eləməyənləri bir Tanrı bəndəsi olaraq haqqa qaytarır.

Azər Abdullanın doğum günüdür. Mən də bu yazını əziz dostumun ad gününə yazdım. Yubliyarın ömür yolunu işıqlandıra bildim, bilmədim? Bildimsə, nə xoş mənə, bilmədimsə...

Azər müəllimə, doğum günün mübarək olsun deyir, ona  sağlamlıq, firəvanlıq və bir də bol- bol yaradıcılıq uğurları diləyirəm.

       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam