Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu telefonlardan istifadə edən şəxslər çox diqqətli olmalıdır- Səsiniz bu formada dinlənilir

 

Bu telefonlardan istifadə edən şəxslər çox diqqətli olmalıdır - Səsiniz bu formada dinlənilir

ABŞ-ın “Apple” texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib.

Yenixeber.org: “Apple”ın görüntülü zəng xüsusiyyəti olan “Face Time” sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür.

“Texnobloq”un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan “iPad” və ya “iPhone” cihazlara vasitəsilə “Face Time” vasitəsilə zəng gəldikdə həmin şəxs zəngə cavab verməsə belə, onun səsi eşidilə bilir. Belə ki, bir nəfər “Face Time” vasitəsilə ilə zəng edilərkən öz telefon nömrəsini görüşməyə əlavə edəndə “Face Time” bunun aktiv bir konfrans görüşü olduğunu düşünür və zəng edilən həmin şəxsin səsi eşidilir.

“The Verge” saytının infromasiyasına görə, şirkət bu durumdan xəbərdardır. Bu həftə ərzində təklif ediləcək yeniliklə problem həll ediləcək. İstifadəçiləri bu xətadan uzaq tutacaq yeganə yol isə hələlik “Face Time” proqramını deaktiv etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam