Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Bu gün Ruhani doğum günümdür

 

Xeberinfo.com:  Asif Atayla ilk tanışlığım 13-cü ilin başlanğıcında olub (miladi günsıra ilə 1991-ci ilin aprelində). Həmin vaxt mən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 3-cü kursunda oxuyurdum. Atanın “Bilik” Cəmiyyətində ardıcıl olaraq Fikir Evi fəaliyyət göstərirdi. Onda ilk dönə Atanın dilindən Azərbaycanla bağlı harayı eşitdim. Vuruldum Yurduma!

“Azərbaycana adi gözlə baxanda o, sənə balaca görünə bilər. Azərbaycana Daxili, Ruhani gözlə bax ki, onun Böyüklüyünü görə, duya biləsən!”

Zal ağzınacan dolu olurdu. Soydaşlarımız Ata düçüncələrini sözsüz ki, birdən-birə sinirə bilməzdilər.

Ata həmişə: “Biz kimsəni aldatmırıq. Yolumuz uzun, sonsuz və çətindir. Biz İnsanlaşma-İnsanlaşdırma işi ilə məşğuluq” - deyirdi.

“Fikir Evi” bir ildən çox çəkdi. 

Atayla üz-üzə görüşmək istəyənlər çoxalmağa başladı. Ata elə görüşdəcə telefon nömrəsini deyirdi: 95-59-48. Görüşlərin birində gənclərdən neçəsi Ata Evinə gəlmək üçün ondan icazə istədi. Ata vaxt təyin etdi. Həyəcan içində: ”Ata, mən də gəlimmi?” - deyə soruşdum. Ata bu zaman baxışlarını üzümə yönəldərək: “Sən də gəl!” - dedi.

*** 

Yağışlı bir gün idi. Mənə verilən ünvanı tapa bilmədim. Atanın Evinə zəng vurdum. Telefonu özü götürdü və ünvanı dedi: “Səməd Vurğun küçəsi 116, 6-cı blok, 2-ci mərtəbə, 44-cü ev, Tibb İnstitutu ilə üzbəüz".

Məndən başqa bir neçə gənc də görüşə gəlmişdi. Ata bütün suallarıma cavab verdi. 

Sonra “Mütləqilik" kitabından bəzi hissələri oxudu: “Evladlarıma!

Mütləq Mahiyyətlisiniz!

Gerçək imkanları ötmək imkanına maliksiniz!

Mütləq İdraka sahib olmaq imkanına maliksiniz!

Mütləq Mənəviyyata sahib olmaq imkanına maliksiniz!

Mütləq İradəyə sahib olmaq imkanına maliksiniz!

...Daxilinizdəki Mütləq Sizə yar olsun!"

*** 

Düşündüm - daşındım. Ataya zəng etdim. 

Ata: “Çox yaxşı. Elə isə ayın (Qar-yanvarın- İ.-A.) 25-i saat 2-də səni gözləyirəm” - dedi.

13-cü il Qar ayının (1991, yanvar) 25-i saat 14-da Atanın Evində oldum. Ata mənim üçün yazdığı Ruhani Sənədi oxudu:

“EVLADIM İŞIQLIYA

İşıqsızdır Dünya – çünki İnamsızdır.

İşıqlıyıq – çünki İnamlıyıq.

İşıqsızdır Dünya – çünki İdraksızdır.

İşıqlıyıq – çünki İdraklıyıq.

İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır.

İşıqlıyıq – çünki Mənəviyyatlıyıq.

İşıqsızdır Dünya – çünki İradəsizdir.

İşıqlıyıq – çünki İradəliyik.

İşıqlı adını sənə halal eləyirəm.

Adına layiq ol!

Qaranlıqlar Yarılsın!

Daxilindəki Mütləq sənə Yar olsun!

25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı (25.01.1991)

Həyatımda ən çox sevindiyim gün idi Qar (yanvar) ayının 25-i. Ona görə ki, bu, mənim Ruhani doğum (ruhən doğulduğum) günüm idi. 

 

İşıqlı Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam