Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 “Salxım söyüd” Natavan Niyal   

        

Yenixeber.org: Davamı

Telefonu götürüb baxana kimi az qaldı ürəyi köksünü dəlib keçsin.

Ekrana baxdı. Sonra məyus halda qapıya tərəf döndü. Əntiqə qapıya söykənib ona baxırdı.

Ağzına qoyduğu dolmanı çeynəməyə macal tapmamışdı.

Qəfil çeçədi. Üzü qızardı. Ögüməyə başladı. Elə bildi yemək nəfəs yoluna getdi. Əlini boğazına atdı. Vanna otağına qaçdı. Az qaldı ödü ağzına gəlsin.

Ağzını yaxalayıb çıxmaq istəyəndə gözü güzgüyə sataşdı. Rəngi ağappaq olmuşdu. Başı hərlənirdi. Əlini divara dayadı. Söykənib dayandı. Ürəyi bulanırdı. Yaş əlini alnına çəkdi. Soyuq tər basmışdı onu. Özü də anlamırdı. Ona nə olmuşdu.

Əntiqə: Noldu bacı? Boğazında qaldımı. Kürəyinə vurum keçsin.

Əli ilə yox işarəsi verdi. Tez əlini divardan çəkib özünü tarazladı.

O ailənin ilk uşaq idi. Öyrənmişdi hamının yanında özünü tox tutmağı. Asta addımla keçib divanda əyləşdi. Özünə gəlməmişdi. İçərisində bir təlatüm vardı. Elə bil bir insafsız əl içini qarışdırırdı. Canına üşütmə gəldi. Bu üşütmə göbəyinin düz içindən başlayıb ürəyinə qədər çatdı. Dişləri şaqqıldayırdı. Əntiqə nigaranlıqla ona baxıb əllərindən tutdu.

Qorxma ay qız ögüdüm içalatım silkələndi. Ondandı. İndi keçəcək dedi.

Telefon yenə səsləndi. Amma heç açmaq istəmirdi. Başı hərlənirdi. Əntiqə hələ də ayaq üstə dayanıb ona baxırdı.

-Əntiqə, bacı, zəhmət olmasa dolabdan termometri gətir. Nəsə özümü yaxşı hiss etmirəm. Bəlkə istiliyim var.

Əntiqə termometri ona verib, əlini alnına qoydu.

-Nərmin sənin alnın buz kimidir! Qızdırma nə gəzir səndə. Rəngin də solub. Gəl bir tikə yemək qoy ağzına özünə gəl.

Əntiqə mətbəxə keçdi. Telefon bir də çalanda götürüb açdı. Mələk idi. Telefon əlində yenidən gəlib yemək stoluna yaxınlaşıb oturdu.

Mələk: Salam, nə edirsən belə, telefonu da açmaq istəmirsən?

Nərmin: Heç yemək istəyirəm əgər imkan versən.

Çoxmu acıbsan deyəndə Nərmin cavab verdi ki, nə məsələdir bilmirəm, amma sən günorta yazanda da mən ac idım mətbəxə düşdüm dedi. İndi də yemək istəyəndə zəng vurursan.

 Mələk: bilirsənmi qadınlar darıxanda adətən çox yeyirlər.

Nərmin: yaxşı görək, ay qız .

Amma birdən nə düşündüsə : Mənə bax necə dedin. Keçən dəfə də səninlə yazışanda sən elə hər şeyi qırağa qoyub yeməkdən bəhs etdin axı. Düz deyirəmmi? İcazə ver şübhələnim? Deyəsən xeyirliyədir axı bu yeməklər filan.

Nərmin etinasızcasına - nə xeyiriQqoy oturmuşuq görək ? Olsa-olsa kilo alacam. Yox?

-Ay qız mən onu demirəm. Ağıllı ol. Mən başqa şeydən şübhələnirəm. Sən bir yoxla. Kim var indi sənin yanında?

-Bacımdır yanımda ,Əntiqə.

-Hə? Eləmi? Bəlkə göndərəsən gedib bir hamiləlik testi alsın sənə?

 -Nə? Hamiləlik testi? Nə danışırsan, ay qız? Bu haradan gəldi ağlına?

-Elə yaxşı gəldi ağlıma. Səndən bu axır vaxtlar çox eşidirəm. Yuxun gəlir, yeməkdən doymursan. Ürəyin üzülür. Allahdan xeyirlisi.

 Nəminin ürəyi əsdi. Necə yəni? Bir az əvvəl necə ögümüşdüsə hələ də bədəni gizildəyirdi. Bəlkə Mələyin sözlərində bir həqiqət var. Axı doğurdanda heç vaxt o bu hallara düşməzdi.

Bir an duruxdu. Sonra telefona: Yaxşı sabah yoxlayaram. Gedərəm klinikaya, həkimimin yanına. Yox dedi, Mələk. Həkimin yanına getmə. O sevinci özün gözərinlə gör! Hamıdan əvvəl. Sonra da Şənliyə zəng vur muştuluq istə dedi. Nərmin ümidsizcəsinə, bir az da kədərlə, heç inana bimirəm. O qədər belə fərziyyələr olub ki, axırı da, heç nə çıxmayıb. Məlum olub ki, boş xəyallara düşmüşəm.

Nərmin telefonla danışanda Əntiqə şüşəbəndə keçib sıra ilə qoyulmuş stulların birində əyləşib telefonla oynayırdı. Onların arasında gedən söhbətdən xəbəri yox idi.

Nərminin ürəyi uçunurdu. Mələk hələ də telefonda idi. Yaxşı ay qız dediyimə əməl elə. Yox. Sabah yoxlayaram dedi. Kefi pozulmuşdu. Bu haradan çıxdı axı. O nə söz idi dedin mənə? - deyə onu məzəmmət etdi. Sənə deyirəm get yoxla!

Düşünməyə, xəyal qurmağa qorxurdu. Gözəl düşünməyə nə var. İllərdən bəri ümidləri puç olmuşdu. Ayların son peşmanlığı nə qədər üzmüşdü onu.

Gizlin, səssiz göz yaşları yastığını az islatmamışdı... O günləri düşünməyin özü də kədərli idi. Dərindən ah çəkib yaxşı dedi,yaxşı canım. Sağollaşdı.

Telefonun düyməsini baş barmağı ilə sıxıb söndürdü. Yenidən əyləşib iştahasız halda əlin yeməyə uzatdı. Heç halı yox idi.Yeyə bilmədi.

Səhərisi yubanmadan hamiləlik testi alıb yoxladı. Uçmağa qanadı yox idi. Hamiləlik testinin iki xətt müsbət çıxmışdı. Demək hamilə idi. O da, ana olacaqdı.

Həmin gün işə getmədi. Sonra sahə həkiminin nömrəsini yığıb danışdı. Özümü elə də yaxşı hiss etmirəm dedi. Bülleten açdırdı özünə. Bu xəbəri ilk öncə Şənliyə deməliydi. Onların on illik həyatına kölgə salan, bir ucu nisgilli on illik həyat yaşamışdı. İndi nəhayət, tək özünün bildiyi, illərlə həsrətini çəkdiyi o sevinci tək yaşayırdı.

Çox gözləmişdi bu günü. Çox peşman olmuşdu. Həsrətli illəri qalaqlanıb dağ kimi üst-üstə yığılmışdı. Nərmin bu illərə, aylara sinə gərmişdi. Əyilmişdi. Dəfələrlə sınmışdı. Yenə dikəlmişdi, qırıqlarını tikə-tikə toplayıb Mələk sevginin məlhəmi ilə sarıyıb sığallamış, bitişdirmişdi...

Ətrafı ona qarşı övkələndikcə, həyata, sevgisinə sığınmışdı. Mələk sevginin nəfəsi hələ onunla idi. Bəzən onun sirli pıçıltılarını belə aydınca eşidirdi. Bu uzun lakin sevgi dolu qəhərli illəri, mələk sevgi bir an da onu tərk etməmişdi.

Bəlkə də, indi dünyaya sığmayan sevincli anlarını ona bəxş edən də, mələk sevgisi olmuşdu. Sevincdən qəhərlənmişdi. İllər uzunu gözlədiyi bu gözəl, müjdəli xəbəri dünyaya yaymaq,  səsini ucaldıb-mən ana olacağam deyə hayqırmaq istəyirdi.

Şənliklə böləcəkdi sevincini. O, Şənliyin haqqı idi. Bu xəbəri gözləyə-gözləyə saçlarına dən düşmüşdü sevimli ərinin. Anası Bəyim arvad oğluna nələr demirdi. Onları ayırmaq üçün dəridən qabıqdan çıxırdı. Neştərli sözləri Mələk sevginin qanadlarını qırmışdı.

İki gün idi işə getmirdi. Səhər atası bağda ağacları sulayarkən Nərmin də aynabənddə dayanıb ona tamaşa edirdi. Bacısı yatmışdı hələ.

-Qızım sən işə getmirsənmi? Belə arxayın dayanmısan.

-Xeyr, ata. Bu gün getməyəcəm.

Atası ehtiyatla,

-Qızım, deyəsən axı dünən də, getmədin?

-Bəli, ata, bülleten açdırmışam. Bu həftə evdəyəm.

Camal kişi nigaran qalmışdı. Qızına nə olmuşdu? Nədən birdən-birə işə getməsin. Axı o çox məsuliyyətli idi. O, duran yerə işdən qalmazdı. Bəzən elə olurdu ki, xəstə-halda işə gedirdi.Əgər durub gəzmək imkanı vardısa deməli gedəcəkdi.

Gözü atasında, fikri tamam uzaqlarda idi. Ana olacaqdı. Lakin çaş-baş qalmışdı. Şənliyi düşünürdü. Onu necə tapıb deyəydi ki, sən ata olacaqsan.

Əntiqə yuxudan oyandı.qalxıb mətbəxə keçdi ki, çaydanı doldurub qaytnatsın. Əlini çaynikə uzatdı. Ufuldayıb əlini geri çəkdi. Çaynik qaynar idi. Demək Nərmin çayı qaynatmışdı. Təəccüblə dönüb otağa boylandı. Şənlik gedəni bacısının heç eyni açılmırdı.Yeməyə-içməyə biganə idi. Ürəyim istəmir deyib, bəhanələr gətirirdi.

Axşam telefonla çox danışmışdı.Xəttin o başındakı çox israrlı idi.Nə dediyini eşitməsə də, təkid etdiyini anlayırdı. Məlum ki, dediyini elətdirmişdi. Səhərisi işə getməmişdi. Evdə idi.

Əntiqə əl üzünü yuyub getdi.

Nərmin mətbəxə keçib özünə bir stəkan çay süzdü. Soyuducunu açıb dünən aldığı bol kremli şirniyyatı götürüb stola qoydu. Sonra siyirməni açıb çay qaşığı çıxardı. Qaşığı əlinə alıb əyləşdi. Birdən qaşığa diqqət verdi. Həmişə işlətdiyi qaşıq deyildi. Anası ona qədimi gümüş qaşıq vermişdi. Ayrıca gümüş dəstləri də var idi. Amma bu qaşıq məxsusən anasının hədiyyəsi idi. Şənliyə də gümüş qaşıq ayırmışdı. Amma onun üzərindəki naxışlarla, anasının verdiyi qədimi çay qaşığının naxışları fərqli idi.

İndi əlində tutduğu qaşıq Şənliyinki idi. Siyirməni açıb qaşıqların arasından axtarıb tapdığı qədimi çay qaşığını əlinə aldı. Əlini uzadıb stəkanını götürdü. Bu zaman nə isə diyirlənib yerə düşdü. Aşağı əyilib baxdı. Qalın qırmızı marker yerə düşmüşdü.

Çay süfrəsindəki söhbətləri xatırladı. Niyaldan, Şənliyin ailəsindən, anasından söz düşmüşdü. Şənlik onu da, valideynlərini də sevdiyini, onların hər birinin onun üçün nə qədər önəmli olduğunu söyləmişdi. Sonra durub otağa keçmişdi. Əlində qırmızı rəngli enli markerlə gəlmişdi. Bu nədir belə şüar yazacaqsanmı? demişdi. Şənlik əyləşib, markeri bir əlindən o biri əlinə verdi. Qolunu yuxarı çırmaladı. Markerlə biləyinin pəncə ilə birləşən yerindən beş santimetr yuxarı hissəsində bilərzik çəkdi.

Bu nədir, uşaqsanmı? Qolunu niyə yazırsan? dedi. Şənlik onun qolundan tutdu. İncə ağ biləyini sığallayaraq, özününki kimi formada bilərzik şəkli çəkdi.

Bax Nərmin bu mənim dünyamdır. Bu da sənin dünyan. Öz dünyamda mənə, qəlbimə yaxın olan yalnız sən ola bilərsən. Bu sevgi halqasında bir sən varsan. Qaldı ailəmə o da mənim dünyamdır. Amma hərənizin öz yeri olan dünyam.

Nərmin gülüb, filoloqluğun yadına düşüb eləmi? Deyirsən bu dəm ürəyinin qapılarını açıb insanları ora daxil edirsən eləmi? Ora daha kim daxildir?

Şənlik başını qaldırıb ciddi baxışlarla onu süzdü. Əlini uzadıb yenidən biləyindən tutub öz biləyi ilə yanaşı tutdu.

-Bax dünyalarımız üst-üstə necə dəqiq düşür, demişdi. Bizim dünyamıza heç kim müdaxilə edə bilməz. Mənə qalanda unutma ki, mən mələk sevgimizi heç kimə, heç nəyə dəyişmərəm.

Stola mürəbbə gətirmişdi. Markeri əlinə alıb qədimi çay qaşığının yuxarı hissəsinə N yazmışdı. Şənlik də öz qaşığını ona uzadıb, buna da mənim baş hərfimi yaz demişdi.

Bayaq qaşığı əlinə alnda hərfi görməmişdi. Düşünə-düşünə tortu qaşıqlamağa başladı. Yedikcə yemək istəyirdi. Çayı qurtarmışdı. Ayağa qalxıb bir stəkan da çay süzdü özünə.

Telefonu əlində o üz bu üzə çevirib düşünürdü. İndi Şənliyi necə tapsın. Şənliyin hərəkətini heç yana yoza bilmirdi.Telefonu şəbəkədə deyildi. Əgər arada bir nömrə aktiv olurdusa bu haqda Nərminə sms gəlməliydi.

Lakin heç bir sms gəlmirdi.

Dilim ağzım qurusun bəlkə Şənliyimin başında bir iş var. Sonra da bu fikri tez özündən uzaqlaşdırmağa çalışdı.

 Nə ola bilər ki, uşaq deyil ki, yaşlı başlı insandır, onun getdiyi hərbi hissə sərhədə çox yaxın idi. Bir də gördün getdi ön xəttə.

Amma düşünmək istəmirdi. Yenə yığacaqdı qaynatasını. Mətbəxdən dəhlizə keçdi. Güzgünün qarşısında dayanıb özünə baxdı. Dərindən köks ötürdü. Beləmi sevinəcəkdin Nərmin- deyə özü-özünə xitab etdi.

Hardasan Şənlik!

Nədən susursan. Nə üçün ağzına su almısan. Bəs deyirdin sən olan dünyama heç kim girə bilməz. Sərhəd də qoymuşdun axı qırmızı halqadan oradan yalnız Nərmin keçə bilər demişdin. İndi hardasan axı? Sən ata olacaqsan artıq. Artıq bizim dünyamıza övladımız da daxil olacaq. Bunu axı sənə başqa cür çatdıracaqdım. Sənə sifahi, uzaqdan-uzaqa xitab etməklə yox. Gözlərinin içinə baxaraq mən ana olacağam əzizim deyəcəkdim.

Sən məndən betər sevinəcəkdin. Hələ dünyaya gəlməmiş, hətta kim olduğunu, qızmı oğlanmı olduğunu bilmədiyimiz balamız üçün sevinəcəkdik.

Ortaq məxrəcə gələ bilmirdi. Fikirləri dolaşmışdı. Arada bir aclıq onu fikir aləmindən reallığa qaytaranda mətbəxə keçib soyuducunu açıb nə isə yeməli bir şey axtarırdı. Həftə sona yetmək üzrə idi. Bülleteni bağlayıb işə çıxmalı idi. Odur ki, qalan iki günü səmərəli şəkildə qaynanası ilə bağlantı qurmaq planlayırdı.

 Hər səhər atası gəlib onların evinin qarşısındakı çiçəkliyi sulayır, qızından hal-əhval tuturdu. Qızının bu müəmmalı xəstəliyini anlaya bilmirdi. Camal kişi Nərminin həyatında bir çalxantının olduğunu anlayıb nigarançılıq keçirirdi.         

Nərminin qəfil işini dəyişib cəbhə bölgəsinə getməsi Camal kişinin. heç də xoşuna gəlməməşdi Amma odun üstünə necə deyərlər nöyüt tökə bilməzdi. Əksinə qızının yanında Şənliyə haqq qazandırmışdı. Qızım, Nərmin həyat yoldaşınla sən həmişə bir-birinizi yaxşı anlamısınız. Bunu söz edib həyatınızda, ailənizdə söz-söhbət salmağa lüzum yoxdur demişdi.

Nərminlə danışdıqca qızında hiss etdiyi dəyişikliyi heç yana yoza bilmirdi. Qızının kədərli  gözlərindəki sevinc parıltısı kişini çaşdırmışdı. Allahdan xeyirlisi demişdi. Gözləyək. Nərmin ağıllı baladı. Ciddi bir idarədə sayılıb seçilən, sözü keçən bir mütəxəssisdir. Həyatında baş verənlərə düzgün qiymət verib, ağıllı qərarlar çıxara biləcəyinə əmin idi.

Ardı var...   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam