Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

Yenixeber.org: Davamı

Mələk: necəsən?

 Nərmin: İşləyirəm.

Sonra gülüş smayliki qoyur. Bir müddət gözləyir. Mələk yenə aktivdir ancaq yazmır.

  Nərmin:deyəsən əlində vacib işin var. Müavin adamsan. Mane olmuram ki?

-Mələyin qarşısında yaşıl nöqtələr sayrışır.

-Mələk: Səndən vacib iş yoxdur mənim üçün canım. İşlərin necədir? Təzə nə var nə yox?

-Nərmin: Nə görmüşdün elə odur ki var elə bir yenilik filan yoxdur. - Birdən xatırlayır. - Hə özümə yeni telefon almışam.

  -Mələk: mübarəkdir. Salamat işlət. Hansındandır?

  Nərmin: Samsung Galaxy J5

  Mələk: aaaa..mənimkindən. İki min on yeddi? Qiyməti?

  Nərmin:Yox, İki  min on səkkiz, dörd yüz əlli azn.

  Mələk: aaaaa nədən elə mən həmin markanı burda altı yüz əlli azn-ə aldım.

  Nərmin: Elə olar da, canım siz necə olmasa peripherance sayılırsız.

  Mələk: o nədir elə yazdın?

  Nərmin: ay qız ingiliscə yazdım ki, bir az gec çatsın sənə. Məni danlamayasan. Nə olub sənə. Deyirəm Sumqayıt periferiyadır. Sizə baha satırlar.

Sonra gülüş smayliklər qoydu.

  Mələk: bax Nərmin gəlib qulağını çəkəcəm Sumqayıt nə vaxtdan periferiya olub?

  Nərmin: yaxşı,yaxşı! Heç dəyişməmisən. Necə var idin cırtqoz, elə də qalmısan. Zarafat elədik. Noldu o dəqiqə cırnadın?

  Mələk: səni şikayət edəcəm Şənliyə.

  Nəmin: axı ha düşünürəm,başqa səbəb görmürəm. Bəs nədən eyni firmanı sənə baha satsınlar? -yenə gülüş smaylikləri qoyur.

  Mələk : şitləşdin ha .Nolub gülüş eliksiri içmisənmi, ay qız?

  Nərmin: hə elədir. - Sonra ciddiləşib: Sən onu necə almısan. Nağda ya kreditlə?

 Mələk: kreditlə, amma faizsiz.

 Nərmin: yaxşı görək ay qız, faizsiz satış olmur əzizim. Onu unutma. Hər satılan malın üzərinə əvvəlcə faiz sonra qiymət gəlir.

Gülür.

 Mələk: kreditlə götürdüm, ayda altmış bir manat on iki ay verəcəm. Qonşumun qızı var. Çox bacarıqlıdı, hər şeydən başı çıxır.Onunla getmişdim.

-Nərmin: nədir indi biz bacarıqsızıq? Nə demək istəyirsən?

Qaşları çatılmış bir smaylik qoyur.

 Mələk: İşə düşmədik. Sən hardasan ki,  gələk səni çağıraq ki , gəl ay xanım mənə telefon alaq?

 Nərmin: Bəli ! Məni.

 Mələk: Zarafat eləmə.Yox ağ elədin sən daha.

Nərmin ayağa qalxıb fincanını götürdü. Sonra o tərəfə keçdi. Stolların arxasında xalçanın üzərində elektrik çayniki qoyulmuşdu. Əlini yüngülcə çaydana toxundurdu. İsti idi. Çay süzüb yerinə qayıtdı.

Yenidən kursoru götürüb monitorun səthində gəzdirməyə başladı. Mələk yazmışdı.

 -Çox baha başa gəldi mənə. Guya tanış adam idi oformit edən. Amma alçaq çox baha verdi.

 Nərmin: Mən də kreditə aldım. Altı aylıq,  ayda  yüz azn verəcəm. Qiyməti dediyim kimi dörd yüz əlli oldu.

 Mələk: Hə...

Nərmin: Bahadı! Düzdür mənimki daha təkmilləşmiş formasıdır həm də, səninkinə nisbətən ucuzdur. Amma indi sənə baxma da keçəlin müavini kimi, bahalı almalısan da.... sonra da gülüş smayliklərini qoyur. - O da lazımdı.Hər adama belə müdir qismət olmur haa...

 Mələk: mənə hardasa yeddi yüz otuza  başa gəldi. İlin əvvəlindən götürmüşdüm. İlk buraxılışı idi. 2017-nin...Amma çox gözəl telefondu.

Nərmin yenə gülüş smaylikləri qoyur.

 -Bəsdir də məni güldürmə. İlk buraxılışa bax millət onu neçə vaxtdır işlədir əlində.  Mübarək sağlıqla işlət.

 Mələk: sağ ol canım sənə nə olub bilmirəm. Ya şitliyin tutub, ya da gülüş eliksiri içmisən. İndi zəng vuracam bu dəqiqə. Şənlik qardaşla danışım.

-Tapsan danışarsan əlbətdə.

Mələk sual işarəsi qoyur.

-Nədən tapmayım?

Nərmin: nə olub bacı sənə? Mən işdəyəm, sən haradasan?

Mələk: hə, o mənada. Eybi yox əlaqə saxlayacam. Telefonun rəngi?

Nərmin tez yazdı:

-Pink. Rozovıy.

 Mələk: çəhrayı?

Nərmin: Hə

Mələk: həə, mən qızılını götürmüşəm.

Nərmin: Səndəəə...Qold

Mələk: ingiliscə bilmirəm)))))))))))

Nərmin: Hə qəşəngdi onlar hər ikisi. Qold qızılı xüsusilə qəşəngdir. Çox adam onu seçir amma mən bu çəhrayı rəngi çox xoşlayiram.

Mələk: Qəşəndir sağlıqla işlət canım.

Nərmin: Ayçöhə neynir?

Mələk: Heç, işdədir. Bu gün oğlanın ad günüdür.

Nərmin: aha

Mələk: Dünən yazır ki, gəlim gedək kinoya ad günümdü. Ayçöhrə də deyib ki, səninlə nəinki kinoya baxmaq, heç bir atmosferdə nəfəs almaq istemirəm. Bacıma zəng vurub, yalvarıb ki, bizi barışdır. Bacım deyir ki, barışsın.

Nərmin: Ayçöhrə istəyirmi barışmaq?

Mələk: Ayçöhrə istəmir əslində. Amma çox düşünür. Nə etsin yazıq qız. Nə biləydi sevib seçdiyi, bəxtinə düşən belə naxələf olacaq.

Qızım çox didərgindir. Başını itirib. Haradan bilərdik ki, gül kimi qızın bəxtinə belə səbatsız, şəxsiyyətsizin biri düşəcək. Amma bacım israr edir. Deyir əlindəkini qorumaq lazımdı. Hər halda həyat, ömür deyən oyuncaq deyildir. Xoşuna gəlmədi dəyişib yenisini alasan. Müşkül məsələdir. Oğlan da, atasının, özünün  dediyinə görə əməllərindən çox peşiman olub. Əslində mən günahların hamısını Ayçöhrənin özündə görürəm. Nişanlı vaxtalarında ona demişdim. Sənə gələn elçilərin içərisində elələri olurdu ki, əvvəlində həyatında kimsə olub. Sən onu araşdırıb axırına çıxıb, axırda oğlanı istəmirdin. Bu iş alınmaz deyirdin. Amma sən də, mən də, hamımız bilirik ki , bu çapqının biridir. Hər imkan daxilində bir məcara yaşamaq imkanını əldən buraxmır bu qurumsağ. Nədən sən hələ də ona dözürsən? Qaytar nişanı rədd elə getsin. Dönə-dönə demişdim bunu Ayçöhrəyə. Sonradan xanəndə məsələsində bizimlə mübahisə edəndə artıq iş o yerə çatmışdı ki, biz toy gününü ləğv etdik. Nişan qayıtdı. Amma nə faydası. Taleyin yazdığının heç bir qoluzorlu poza bilməz. Mən də, oğlum da sevindik. Hətta yoldaşıma bu xüsusən xoş olmuşdu. Dedi qurtardıq bu yaramazlarla birdəfəlik.

O zaman hətta biz Ayçöhrəni götürüb qısa müddətə xaricə getdik ki, qoy münasibətlər daha da soyusun. Yoldaşım deyirdi Ayçöhrəni burda qoyaq bir 20 gün qalsın. Sakitləşsin, olub keçənlərdən aralansın. Eyni açılsın toparlansın. Amma sən saydığını say, gör fələk nə sayır. Axırda yenə qızın saqqızını oğurladı şərəfsiz. Sən demə bu şərəfsiz Ayçöhrəni getdiyi gündən, toydan dərhal sonra incidirmiş. Necə mürəkkəb, ziddiyyətli insanlar var imiş bu həyatda. Həyat, tale heç də həmişə biz deyəni demir.  Deyərdim heç tale biz deyənlərin yüzdə birini demir.

Sən məndən yaşda nə qədər kiçiksən. Mənim gördüklərim daha çoxdur. Nə bilim biz səhv edə-edə gedirik həyatda. Ayçöhrə balanın belə erkən ailə qurmasına gərək icazə verməyəydim. Bir səhv digər səhvlərə yol açırmış. Özüm gec ailə qurdum. Düşünürdüm ki, gərək övladlarım tez ailə qursunlar. Sən demə tələsmək olmazmış. Ayçöhrənin başına gələnlər mənə dərs verdi. Həyat dərsi. Hələ bilmirəm bəlkə də barışacaqlar. Bəlkə də hər şey keçib gedəcək və biz bütün bu olub keçənləri haradasa yaddaşımızın lap dərinliklərində gizlədəyəcəyik. Amma bir onu bilirəm ki, Ayçöhrəmə bu bir zərbə oldu və o bunu heç vaxt unutmayacaq.

Həyat dolu, sevgi dolu bir qızdır Ayçöhrə. Bu olanları, ərinin onu dəlicəsinə döyməsi, təhqir etməsi onun xəyalından belə keçməzdi. Bütün qızlar kimi o da buna layiq deyildi.

Çarəsizəm hər şeyi taleyin üzərinə yıxmaqdan başqa əlimdən bir iş gəlmir. Bunu  da taleyin suçu hesab edək. Ayçöhrəmin bizi çaşdıran bu dönəmdən salamat, zədəsiz çıxması üçün nələr etməzdim. Əri də indi çox peşiman olub. Bir şans istəyir. Bacıma yalvarıb ki, bir ömür boyu qarşında qulun-kölən olaram məni Ayçöhrəmlə barışdır deyib.

    Mələk dayanmadan yazırdı. Nərmin artıq o biri kompüterdə işlə məşğul idi. Arabir boylanıb noutbuka baxırdı. Yaşıl düymə sayrışırdı. Axşam baxacaqdı. İndi daha iş vaxtı başlamışdı. Bilirdi ki, Gültəkin xanımın gözü onun üstündədir.

Yenə yemək istəyirdi. Qalxıb mətbəxə düşdü. Neçə gün əvvəl soyuducuya meyvə qoymuşdu. Meyvəni götürüb yudu. Bir qaba yığıb stola qoydu. Stul çəkib oturdu meyvə yeməyə. Beynində Şənlik idi. Axrıncı dəfə danışıqlarından nə qədər ötdüyünü unutmuşdu. Elə bil Şənlik bir tikə yağlı çörək olub göyə çəkilmişdi.

Nərmin daha heç kimi yığmırdı.. Çünki bilirdi Bəyim arvadın xasiyyətini. Bildiyini dədəsinə verməzdi. Nərmini zərərsizləşdirməsə əl çəkən deyildi. Elə etmişdi ki, Ərşad kişinin telefonuna zəng çalanda həmişə özü götürürdü.

Bu anlar hamilə qadınlar kimi Şənliyə yerikləyirdi elə bil. Ondan başqa heç kimi görmək, danışmaq istəmirdi. Mələklə də danışandan sonra bir az kefi pozulmuşdu. Mələk qızını heç istəmədiyi halda yeniyetmə yaşında ərə vermişdi. Nərmin Mələyin qızını nişanlandığını deyəndə gülmüşdü. İnanmamışdı. Axı necə ola bilərdi. Hələ heç on yeddi yaşı tamam olmamışdı. Onu çox dilə tutmuşdu ki, vermə sənin qızının ərə gedən vaxtı deyil. Mələk də zarafata salıb demişdi ki, əl çəkin mən özüm gec ailə qurmuşam övladlarımı qoymayacam geciksin.

 Sonra da nişan, toy vəssəlam. Hər kəs özünə qapanmışdı elə bil. Ara bir facebookda yazışıb çıxırdılar. Keçən dəfə ucundan-qulağından danışmışdı Ayçöhrə məsələsini. Amma daha işin belə yoğunlaşdığını bilmirdi. Qərara gəldi ki, axşam evə gedəndə oturar əmin-arxayın danışar onunla.

Nərmin evə çatanda ilk işi paltosunu girəcəkdəki yaşıl kreslonun üstünə atıb mətbəxə keçmək oldu. Ürəyi üzülürdü acından. Öz-özünə məəttəl qalmışdı bu nə deməkdir? Mən yeməkdən doymuram. Soyuducunu açıb nəzər saldı. Gözünə dəyən salafan torbaya qoyulmuş “Azza “ mağazasının eklerləri oldu. Onu götürüb stola qoydu. Dolabdan bir nimçə gətirdi. Şirniyyat səliqə ilə bükülmüşdü. Onu açmağa başladı. Açıb onu nimçəyə düzməyə səbri çatmadı. Elə ayaq üstəcə dayanıb kiçik eklerləri yeməyə başladı. Cəmi dörd dənə idi. Yeyib bitirəndən sonra kağız salfet götürüb əllərini sildi. Bir az toxdamışdı elə bil.

Telefonuna mesaj gəldi deyəsən. Açıb baxdı. Mələk idi. Sicilləmə yazmışdı. Ondan Şənliyi soruşurdu. Ata-anasına salam göndərirdi. Bağışla yazmışdı Ayçöhrə məni yaman çaşdırıb. Günorta danışanda heç səndən əməlli başlı hal-əhval tuta bilmədim. Evə çatan kimi yaz mənə deyirdi.

Qarnı tox idi. Yeyən kimi kefi yerinə gəldi. Keçib divanda əyləşdi. Mələk yaşıl idi. Yazıb sakitləşmişdi. Çox güman ki, onu gözləyirdi. Kiçik yastığı götürüb dirsəyinin altına qoydu. Yerini rahatlayıb telefonu açdı. Whatsapp düyməsini sıxıb səhifədə Mələyi axtarıb tapdı. Yazmağa başladı.

Nərmin: salam. Yəni deyirsən ki, işdə evdə nə qədər vaxtımız var sənə həsr edim də eləmi?

Mələk: hə həsr et də bacına , məndən başqa kimə yazacaqsan ay qədirbilməz?

Nərmin: nə qədirbilməz ! Elə oldumu indi kimdir bəs qədir bilən. O keçəl müdirindir? - Yenə də gülmək işarələrini qoydu.

Mələk:onun keçəlini mürdəşir yusun, Səndə arxayın ol. O gülüş eleksirini mənə də göndər. Bir az özüm, bir az da Ayçöhrəyə verəcəm içsin. Günorta da məni qoyub hara getdin bilmədim.

Nərmin: nə edək xanım sənin üçün? Ayçöhrəni öz əlinlə verdin indi də belə deyirsən. Ağlayıb sıtqayıb qızın ürəyini sıxma. Hər kəsin başına gələ biləcək işdir. Amma düşünürəm ki, tale-qismət deyilən doğrudur.

Atalar deyib: qismətdən artıq yemək olmaz. Dərd eləmə özünə mənim də ürəyim sıxıldı olanlara amma nə edəsən. Kim nə bilir ki , bu həyatda beş dəqiqədən sonra hansı sürpriz olacaq. Həyat sürprizlərlə doludur. Biz bilərdikmi tələbə vaxtı, biz aylarla bir-birimizin üzünü görmədiyimiz halda hər gün söhbətləşə biləcəyik. Hərgah istəsək evimizdən tərpənmədən hər an da üzümüzü görə bilən canlı yayımda danışa bilərik.

Yəni əzizim bizdən asılı olmayan şeylər üçün ürəyini üzmə. Bəs yaxşı indi səni mən təsəlli edirəm. Bəs məni kim təsəlli edəcək bundan sonra? Mən həmişə sənə sığınmışam. Vəfasız qardaşın,  Şənlik aylardı yoxdur. Nə vaxt danışdığımı belə unutmuşam. Daha bilmirəm hardadır. Niyaldadırmı? Niyaldadırsa nədən məni axtarmasın? Nömrəsini yığıram deyir nömrə yanlışdır. Bəyim xanımı yığıram mənimlə yaxşı danışmır. Acılayır. Qaynatamı yığıram Bəyim xanım götürüb deyir Şənlik səni istəmir. Sənə görə telefonunu da dəyişib, nömrəsini də. İnan ki, özümə yer tapa bilmirəm...

    Divandaca yatıb qalmışdı. Ayılanda saat onu keçmişdi. Bacısı sakitcə gəlib oturmuş, telefonla oynayırdı. Ayılanda ilk istədiyi yemək oldu.  Ətrafa boylandı. Hənirtiyə Əntiqə başını qaldırdı.

-Bacı yuxlayıb qalmısan deyəsən divanda. Sənə yemək gətirmişəm. Hələ istidir. Yeyirsən keçək mətbəxə?

Əntiqənin gözləmədiyi halda Nəmin ayağa qalxıb mətbəxə keçdi.

Əntiqə də, bacısının dalınca mətbəxə keçdi. Nərmin qaz peçinin üstündəki, kiçik aliminum qazanın qapağını açdı. Yarpaq dolmasının ətri otağı bürüdü. Bəh-bəh nə gözəl. Çox acam. Əntiqə çörək qabını açıb çörək götürdü. Dolabdan bir nimçə götürüb stola qoydu. Sonra iki dilim çörək çıxardı. Nərmin stul çəkib oturdu. Əl atıb bir parça çörək götürdü. Çörəyi acgözlüklə dişləyib xırda yarpaq dolmasını incə uzun barmaqları ilə götürüb bir-bir ağzına qoyurdu. İkinci dilimi də yeyib Əntiqənin üzünə baxmağa başladı. Əntiqə çörək qabını stola qoydu.

-Nə olub, ay bacı, çörəyə qənaət edirsənmi? - deyə ona baxa-baxa bir parça çörək də götürdü.

 Əntiqə gülə-gülə, yox ay bacı nə qənaət, dedi. Bu arada telefonu zəng çalmağa başladı. Ayağa durub telefonu götürməyə gedəndə tələsik bir yarpaq dolması da, götürüb ağzına atdı. Əntiqə mat-məəttəl qalmışdı. Atası ona taşırmışdı ki, qızım bacına fikir ver yeməyini yesin. Birdən yemək yeməz üzülər. Qanı qaradır. Şənlik gedəli heç eyni açılmır.

Tələsik addımlarla qonaq otağına keçdi. Elə bilirdi nəfəsi kəsiləcək .Yəqin Şənlik zəng vurub deyə telefonu əlinə alıb açdı.

Ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam