Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

“Salxım söyüd” Natavan Niyal     

Yenixeber.org: Davamı...

Şənliyin ürəyi yuxa idi. Hər qovluğun arxasından ona bir gözü yaşlı ana, bir şəhid atası baxırdı. Nömrələmişdi qovluqları.

Hamısının hekayətini əzbər bilirdi. Bəlkə də bu qovluqlardan boylanan talelər, onu bu qərara gəlməyə sövq etmişdi. Qovluqlardakı yarımçıq talelerin qanını almaq istəyirdi.

 Getməyinə sanılı günlər qalmışdı. Tez-tez şəhərə çıxırdılar. Gülür, əylənir keçmişi, tələbəlik illərini xatırlayırdılar. Mələk sevginin pərvazlandığı auditoriyalardan tutumuş, dəniz kənarındakı  o sevimli guşələrinə dəfələrlə gedb ötən günlərini yad etmişdilər.

 Daha vaxt yaxınlaşırdı.

Yaz da, öz yerini isti yaya  verməkdəydi.

Bu günlərin birində Şənlik evdə axşam yeməyi yeyerkən Nərminə Niyala gedəcəyini dedi. Oradan da, bir neçə vaxta cəbhə bölgələrinə gedəcəyini, bir müddət orada, bölgələrdə işləyəcəyini dedi. 

Şənliyin bu sözlərindən sonra Nərmin heyrətlə ona baxıb başını bulamışdı. Niyala getməyinə sözüm yoxdu. Axı bu bölgələrdə işləmək haradan çıxdı.

Səni nə üçün göndəririlər?

Burda nə var ki? - dedi. Özüm də bu kabinet işindən bir az aralanmaq istəyirəm. Ürəyim sıxılır. Nə qədər ağrı açı, göz yaşı şəhid görmək olar dedi. Əslində buralardan, bu yaşam tərzindən aralanmaq təklənmək , özü -özü ilə tək qalmaq istəyirdi.

 Bunu canı kimi sevdiyi sevgili həyat yoldaşı da anlayırdı. Onun üzünə baxıb ürəyini oxuyurdu.. Səbirli,  təmkinli ömür gün yoldaşını ondan yaxşı kim tanıya bilərdi? Olub bitənlər Nərminə nə dərəcədə təsir etmişdisə, Şənliyə ikiat təsir etmişdi. On ildən artıq baş-başa yaşadığı, acılı -şirinli həyat yolunda daima onu dəstəkləmiş, bir sözünü iki etməyən sevimli arvadının bu şəkildə təhqir edilməsinə, qəlbinin qırılmasına razı ola bilmirdi.

Bir müddət aralanacaqdı. Və bilirdi ki, Nərmin də bunu anlayıb. Şəhərə çıxmışdılar. Yenə səssiz danışırdılar.

Mən səni yaxşı anlayıram gülüm.

 Mənim gedəcəyimi də anlamısan.

 Və sən susursan. Bəlkə də mən haqsızam. Nərmin də səssizcə onunla danışırdı:

Əzizim ürəyini sıxma.

Mənlik deyil.

Bilirəm ki, gedəcəksən.

Sən ağzını açıb danışmağa başlayanda mən bunu anlamışdım.

 Birdə ülvi məhəbbətimizin sirli məkanına dalbadal ziyarətlərimiz, mürgülü xatirələrimizi tez-tez yada salmağın gedəcəyini pıçıldayır. Lakin bu gediş nə qədər çəkəcək deyə bilmərəm. Bəlkə də, bu əbədi ayrılıq olacaq bizim üçün.

Bıy! Mən nə deyirəm. Allah göstərməsin.Nə danışıram mən. Dönüb Şənliyin qayğılı sifətinə baxdı. Bağışla canım. Yox biz heç zaman ayrılmayacayıq. Axı bizim övladlarımız olacaq. Biz onları birgə böyüdəcəyik. Deyilmi?

Parkın içi ilə sakitcə irəliləyib müqəddəs sevgi məkanına doğru gedirdilər.

O günü xeyli vaxt keçirdilər, mələk sevginin pərvazlandığı bu sevgi məkanında uzun uzadı oturub keçmişi xatırladılar. Xatriələr onlarıı alıb uzaqlara aparmışdı. Dəniz havasını ciyərlərinə çəkdikcə tələbəlik illərinə qayıdırdılar. Dilləri deyib gülür. Ürəklərində səssiz söhbət edirdilər. Hələ bir özləri ilə fəxr etdilər ki, onların bu sevgi məkanların heç kim kəşf edəi bilmədi. Beləcə gözəl vaxt keçıirdilər.

 Evə dönəndə gözlərindən yuxu tökülürdü. Nərmin  evə qalxıb işıqları yandırdı. Yataq otaqına keçdi. Qoşa çarpayının qarşındakı termoda özünə baxdı. Sonra dönüb otaqdan çıxdı. Şənlink maşını  güllü aynabəndin düz qarşısında saxladı. Evə qalxıb : əzizim mən bir duş alıb çıxıram dedi. Hamam otağına girib yuyunmağa başladı. Nə düşündüsə  qapını açıb Nərmini səslədi. Yataq otağından Nərminin: ay can deyə səsi eşidildi. Canım bir dəqiqə bura gəl dedi. Nərmin yatağı açmaqla məşğul idi.

Taxtın üstündəki ipək adyalı götürüb səliqə ilə qatladı. Taxtın böyründəki xüsusi asılqanın üzərinə qoydu. Yastıqları əzizləyə -əzizləyə götürüb əlində o tərəf bu tərəfə çevirib şişirtdi. Güllü mələfələr ağ yataq dəstini bəzəyirdi. Taxta baxıb dərindən ah çəkdi. Hamamxanaya tərəf getdi. Qapı aralı idi. Suyun səsini gəlirdi. Sən hələ çıxmamısanmı? Nə uzun çəkdi sənin bu duşun.

İçıridən Şənliyin səsi gəldi. Hələ bir bəri gəl dedi.

 Nərmin qapıya yaxınlaşıb içəri baxmaq istəyəndə Şənlik cəld onun qolundan tutub gülə-gülə içəri çəkdi. Nərmin: nə edirsən? Yavaş deyə nazla səsləndi. Gəl bura dedi. Soyun səndə yaxalan. Yox. Mən bu gün yaxalanmışam!

Ehtiyac yoxdur.

 Burax qolumu özün də qurulan çıx dedi

 Deyəsən əl çəkənə oxşamırdı. Nə illah elədisə onu razı sala bilmədi yuyunmağa.

O zaman günah məndən keçdi dedi.

Duşu əlinə alıb ilıq su şırnağını arvdına doğru yönəltdi. Həm də, qolunu buraxmadan. Nərmin əlini irəli uzadıb ona mane olmaq istəsə də, başa düşdü ki, daha geçdi. Təslim olmaqdan başqa çarə yox idi. Nazik yay köynəyi bədəninə yapışmışdı.  Bütün əzaları yaş köynəyin altında qabarmışdı. Koftanı çıxarmağa çalışdı. Şənlik də ona kömək edirdi. Büstqalterin sıyırıb qolundan çıxarmaq istədi. Sonra nə düşündüsə arxadan bənd yerindən ehmalca açdı. Döşləri şux idi. Uşaq əmizməmişdi. Şümşad məmələrini əli ilə tutub dayanmışdı. Sonra digər paltarlarını soyunub kənara qoydu. Onsuz da islanmışdı.

İri çakuzidə yanaşı uzanmışdılar. Köpüklü su xirtdəklərinə qədər çıxmışdı. Ağ köpük ağ bulud kimi onları ağuşuna almışdı. Nərmini özünə doğru çəkdi. Arvadına sarılıb dodaqlarından öpdü.. Nərmin qollarını ərinin boynuna dolayıb başını köksünə sıxmışdı. Şənliyin saçlarından süzülən  su alından yanlara ayrılıb çənəsinə doğur süzülür ordanda Nərminin saçlarına damclayırdı. Su damlaları sıx şabalıdı, parıltılı saçlarınin üstündə almaz kimi bərq vururdu. Xumarlanırdı ikisi də. Dəniz havası onları elə tutmuşdu ki, vannadan çıxmağa tənbəllik edirdilər. Nərmin vannanın kənarından tutub ayağa qalxdı. Vannadan çıxıb qətvəni götürdü. Bürünüb vanna otağından çıxdı.Yataq otağına keçib hamam xalatını əyninə keçirdi. Şənliyin də xalatını götürüb vanna otağına döğru getdi. Qapıdan xalatı içəri uzatdı. Şənlik xalatı əlib əyninə keçirdi.Vanna otağından çıxıb yataq otağına keçdi. Əlini atıb işığı söndürdü. Aynanın qarşısında duran Nərminin belindən qucaqlayıb yatağa çəkdi....

Bir müddət sonra onların pıçıltıları eşidilirdi. O gecə, gec yatdılar. Çox söhbət etdilər. Xatirələr onları çəkib uzaqlara aparmışdı. Şənlik heç yatmaq istəmirdi. Nərminlə daha çox söhbət etmək istəyirdi. Bacarsaydı gecəni çəkib uzadardı. Amma vaxt öz işindəydi.

Sənə nə olub ay Şənlik yatsana deyə əlini uzadıb saçlarını qarışdırdı. Bir azdan mışıl –mışıl yatırdılar.

Üstündən iyirmi gün keçmişdi. Şənlik getmişdi. Əvvəlcə Niyal adıyla çıxdı. Ürək eləmədi Nərminə deməyə. Amma işini həll etmişdi. Sərhəd rayonlarının birində lap cəbhə xəttinə yaxın hərbi hissələrin birində  gərargah rəisinin müavini təyin olunmuşdu. On beş günə yaxın Niyalda qaldı. Ata-anası onun gəlişinə çox sevinmişdi. Bəyim oğlunun başına firlanırdı. Bəzəkli gəlin otağının qapısı açılmışdı. Amma Şənliyin heç kefi yox idi. Ürəyi açılmırdı. Hər səhər yuxudan durub çay-çörək yedikdən sonra meydana gedirdi. Münasib bir yer tapıb əyləşir, kənd cammatının söhbətlərinə qulaq asırdı.

Meydanın mövzuları bitib tükənmək bilmirdi. Oturanlar yeddi arxın suyunu bir-birinə qatmışdışdılar. Nə bilim filankəs şəhərdən kəndə köçdü. Fəsmənkəsin qızı instituta daxil oldu. Daha nələr. Günün əsas mövsuzu isə  Haram idi.

 Haram çayıının üzü dönmüşdü. Çay yenə coşub daşmış , əndazədən çıxmışdı. Qəzəblə daşı-daşa vurub niyallıları qoruxuya salırdı. Neçə gün vahiməli səsi ilə dağa daşa səs sala-sala qəzəblə aşağlara doğru cumurdu. Hirsi hovu yatıb, yatağına qayıtsa da suyu bulanmışdı. Hələm-hələm durulaana oxşamırdı. lilli gəlirdi. Bəziləri danışırdı ki, çayın mənbəyində vulkan püskürüb. Kənd cammatı məətəl qalmışdı. Çayın suyuna lehmə qarışmışdı. Haramın lilli suyu burula-burula gəlib Böyük çayın ağappaq köpüklü suyuna qarışsa da, su bulanmamışdı. Lilli su bir tərəflə, ağ su isə gigər tərəflə axırdı.Çox qəribə hal idi. Çaylar qovuşub hərəsi öz rəngi ilə axırdı. Çayın yatağı çox enli idi. Çay kəndi iki hissəyə bölmüşdü. Camaat arx açıb suyu bağlara, bostanlara  yönəltmişdi. Çayın hər iki sahilində kənd əhli dədə-babadan arx açıb təsərrüfatlarını sulayırdılar. Hətta meydanda söhbət gedirdi ki, o tərəf haramın qəzəbinə keçib. Təzadlı bir vəziyyət idi. Çayın o  tayında bir ovuc duru su tapmaq mümkün deyildi. Şənlik bağda gəzəndə gözlərinə inanmadı. Bağın axırındakı çökək hissədə lildən göl əmələ gəlmişdi. Yamyaşıl otlar lilli suyun altında qalmışdı. Arada bir iki gün su durulsa da yenə bulanırdı. Kəndə cammatı suyun başına getmişdi. Bu müəmmanın sirrini öyrənmək istəyirdi.

 Yaşlılar hərəsi bunu bir cür yozurdu. Bu su pis insanların üzünə belə lil olub deyirdilər. Əks tərəfdə isə başqa mənzərə idi. Göz yaşı kimi dumduru su arxla kəndin evlərinə həyat bəxş edirdi. Suyun tədricən durulmasına ümüdləri azalmışdı. Camaatın bu ilki təsərrüfatı zay olurdu.

Lilli su bostan bitkilərini yandırmışdı. Əkdikləri yanıb saralmışdı. Cammatın əziyyəti zay olacaqdı belə getsə. Şənliyin atası usta işlədirdi. Ustalar deyəsən şəhərdən gəlmişdilər. Atası bir ev artırmışdı. Zauru evləndirmək fikrindəydi. Onun üçün bir mətbəx iki də, otaq tikirdi. Ev köhnə evə bitirşik olsa da, hər şəraiti ayrıca olacaqdı.

 Güclü uğultu səsinə yuxudan oyandı. Ustalar qızğın işləyirdilər. Divarı deşib təzə evlə köhnə evi birləşdirmək üçün qapı açırdılar. Bir xeyli yerində uzandı. Durmağa həvəsi yox idi. Yataqda o yanı bu yanı üstə çevirldi. Yerindən qalxıb pəncərəyə yanaşdı. Həyətə nəzər saldı. Darıxdı. Ustanın nisbətən yaşlısı yuxarıda, damın üstündə işləyirdi. Cavan tayı isə aşağıda dayanıb onun göstərişlərini yerinə-yetirirdi. Şənlik durub otaqdan çıxdı. Pilləkənin başında durub qızılgüllüyə baxmağa başladı. Yenə qızılgüllük əvvəlki havasında idi. Bir  Bər-bəzəkli gəlin otağının aynası açıq idi. Qızılgüllərin xoş ətri otaqa dolmuşdu. Gözəl bir gün idi. Qırmızı günəş doğmuşdu. Amma daha qızılgüllərin dibindən axan arx yox idi. Su lilli gəldiyindən Ərşad kişi arxı bağlamışdı ki, lilli su həyətə gəlməsin.

Birdən ustaların biri bərkdən qartal, qartal  deyib qıy vurdu. Şənlik iki pilləkən aşağı düşdü. Başını qaldırıb göyə baxdı. Usta əlini gözünün üstünə qoyub, yuxarı, qartalın qalxdığı istiqamətdə baxmağa başladı. Qartal  ovunu caynaqlarına alıb süzə-süzə dağlara tərəf meyillənmişdi. Şənlik baxışları ilə onu gözdən itənə qədər izlədi. Usta hələ də təəcübünü gizlədə bilmirdi. Təəssüflə əlini əlinə vurub, kaş çəkəydim onu. İndi kim mənə inanacaq ki, qartalı belə yaxından görmüşəm. Daha düşünmürdü ki, sən onu çəkə bilsəydin o daha qartal olmazdı.

Şənlik də qartalı düşünürdü. Axı necə olmuşdu ki, dağların sultanı kəndə enmişdi. Dədə babdan kəndin toyuq-cücəsinin qənimi quzğun olardı. Yadındadı,  uşaq vaxtı çox izləmişdi quzğunları. Uzun qanadlarını dümdüz açaraq səmada elə süzürdülər ki, deyirdin havadan sallanıb qalıb. Əslində isə çox sürətli ucurdular. Səmada süzə -süzə gəlib qəfil ildırım kimi şığıyıb göz qırpımında ovunu alıb səmaya millənirdi.

 O vaxtı nənəsigil həyətdə haradansa gətirdikləri dəmir boçkalar qoyardılar. Quzğun göydə hərlənəndə oğlan uşaqları dəmiri danqıldadır onu bununla uzaqlaşdırmaq istəyirdilər. Quzğunlar o zaman bir az da yuxarı millənir mavi səmada düz xətt kimi hərlənərdilər. Meydanda danışırdılar ki, zəmanənin çarxı çevirilib. Təbiət insanların üzərinə gəlir. Təbii fəlakətlər, sellər, daşqınlar, zəlzələlər gah bir, gah da başqa yerdə təkrar olununrdu. Qonşu həyətdə Gülgəz qarının cırıltılı səsi eşidildi. Bıy sənin dimdiyin yansın. Çolpanı aparıb. Şənlik bir iki addım atıb o tərfə sarı boylandı. İstədi ağac hasara yanaşıb Gülgəz qarı ilə söhbət etsin amma nə düşündüsə geri döndü.

 Nərmini xatırlamışdı. Bəs Nərmini soruşsa nə deyəcəm. Deyəcəmmi ki, anam gəlini bu yerlərdən didərgin salıb. Özü özündən xəcalət çəkdi. Ona görə də gönülsüz halda dönüb həyətdə dolaşmağa başladı.

Toyuq cücə pərən-pərən düşmüşdü. Görünmürdülər. Hamısı gizlənmişdi.

 Bağın axırında alabalı ağacları vardı. Həm iri meyvə verən ağaclar, həm körpə fidanlar. Kiçik xudmani bir albalı bağçası idi. Birdən Şənliyin ağlından keçdi ki, bəlkə atasına desin burda bir oturacaq düzəltdirsin. Yaxşı oturmalı yerdi. Yaxına gəlib diqqətlə baxanda çilli toyuğun ona zillənmiş gözlərini pırpız başını gördüə.  tüklərini pırpzlaşdırıb hücum edəkmiş şəkiləd ona baxırdı. Maraqla bir addım da ona yaxınlaşıb, əlini irəli uzatdı. Toyuq qartal fırtınasından hələ sakitləşməmişdi. Qanadlarını açıb ona tərəf qovzandı əlini dimdikləmək istəyirdi.

 Şənlik gülümsəyib: qorxma məndən sənə zaval gəlməz dedi. Sanki canlı insanla danışırdı. Ana toyuq hələ də pırpız başını irəli uzadıb acıqla ona baxırdı. Analıq hissi nə qədər güclü idi bu heyvanda. Qəribə idi. Qısa bir müddətdən sonra bu cücələr böyüyəcək anasından aralanıb müstəqil olacaqdılar. Və bu ana daha onları unudacaqdı. İndilikdə isə körpə idilər....və ,bu ana toyuq onlar üçün özündən qat-qat güclü insanla mübarizə etmək əzmindəydi.  Dönüb uzaqlaşdı. 

Nərmini düşünürdü. Düşündükcə qəlbi qan ağlayırdı. O axırıncı, gecə, Şənlik üçün əslində vida gecəsiydi. Nərmin üçün isə tamam başqa bir gecə. Nəriminlə sağollaşıb uzunmüddətli ezamiyyət adı ilə çıxanda da demədi ki onu öz xahişi ilə cəbhə bölgəsinə gödəriliblər.

Sonra da Niyala getdii. On gündən artıq idi ki, Niyaldaydı. Gah Nərmin zəng edir, gah da özü Nərmini yığırdı. Nərminə düzünü demişdi. Demişdi ki, Niyaldayam bir on beş gün burada olacağam sonra gedəcəm bölgəyə. Bunu deyəndə Nərmin səksənmişdi elə bil. Bölgədə nə qədər qalacaqsan ki, onun on beş gününü Niyalda keçirirsən? Gülüm demişdi axı sən yaxşı bilirsən valideynlərimə də çoxdandı baş çəkmirdim. Düşünə -düşünə bağı allah bilir neçənci dəfə hərlənmişdi. Hənirtiye çevriləndə qonşu qadının bağda ağacların arasında gəzişdiyini gördü.

Ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam