III MDB Oyunları: Qılıncoynatma yarışında ikinci günün qalibi müəyyənləşib
Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Yenixeber.org-un məlumatına görə, qadınlar arasında Taisia Larkina qılıncoynatmanın şpaqa növündə birinci olub.
O, finalda həmyerlisi Anastasiia Zabelina qalib gəlib.
Həlledici görüş Larkinanın 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.