
Sosial şəbəkə fəali Səxavət Kəlbəcərli Kəlbəcərin Zar kəndinin quruculuq işində iştirak edərkən rast gəldiyi eybəcərliklərdən yazıb.
Yenixeber.org: Səxavət bəyin yazdqlarının nöqtə vergülünə əl dəymədən oxuculara təqdim edirik:
"Hörmətli dostlar, əziz izləyicilər!
Bir məqama toxunmaq istəyirəm.
Mingəçevir şəhərində düz 15 il işlədiyim yerdən ərizə yazıb, imza atıb işdən ayrıldım. Səbəbi isə doğulub boya-başa çatdığım Kəlbəcərin Zar kəndində aparılan quruculuq işlərinə qoşulmaq istəyi idi.
Getdim, bir həftə pirqadir vəzifəsində çalışdım. Kəndin içindən gündə onlarla hərbi Kamaz keçir, hər tərəf toz-dumana qərq olurdu. İşçilər yeməyə gələndə acınacaqlı vəziyyətlə üzləşirdilər. Mən rəhbərliyə dedim ki, şirkətin iki su maşını var, niyə gündə bir dəfə bu yola su vurmursunuz? İnsanlara niyə belə zülm verirsiniz? Axı bu, təkcə narahatlıq deyil, həm də antisanitariya yaradır və insan həyatına birbaşa təhlükədir.
Sözümə qulaq asıb yolu suladılar. Amma nə oldu? – Məni işdən azad etdilər! Bu, təkcə haqsızlıq deyil, həm də şərəfsizlikdir.
Bu işləri aparan “Amozon” şirkəti Cavid Qurbanovla şərikdir. Əslində şirkət Neftalan və Goranboyun deputatı Anar Məmmədova məxsusdur. Deputat olduğuna görə şirkəti formal olaraq başqa bir şəxsin – Əbülfət adlı adamın adına keçirib. Tenderləri də Cavid Qurbanovun köməyi ilə udurlar. Hal-hazırda işə Rövşən Rzayev nəzarət edir. Mən sadəcə “yolları sulayın, işçiləri tozun içində boğmayın” dediyim üçün işdən çıxarılmağım onların əsl mahiyyətini göstərir – alçaq və vicdansız hərəkətdir!
Zar kəndinin bərpası üçün 120 milyon vəsait ayrılıb. Amma bunlar gözlərini doydurmayıblar, 50 milyonunu mənimsəmək istəyirlər!
Üstəlik, bu Anar Məmmədovun adı başqa bir biabırçı faktla da hallanır: Xankəndidən gətirilən erməni yaralılarının üstündə yatdığı qanlı döşəkləri Zar kəndinə gətirib ki işçilər üzərində yatsın. video faktı da təqdim edirəm. Bu, təkcə xəyanət deyil, həm də ağır antisanitariya deməkdir. Belə hallarda infeksiya və yoluxucu xəstəliklərin yayılması insan həyatına birbaşa təhlükə yaradır.
Mənim sözüm odur ki, kəndimiz üçün ayrılan hər qəpik şəffaf xərclənməli, xalqın haqqı yeyilməməlidir!"
Səxavət Kəlbəcərli