Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanda mənzillər 46 faiz bahalaşıb -RƏSMİ AÇIQLAMA

Azərbaycanda mənzillər 46 faiz bahalaşıb - Rəsmi səbəb AÇIQLANDI

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46% artıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.

"2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib", - AMB bildirir.

Bu ilin birinci yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub, hesabatda qeyd olunur.

"Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir", - hesabat müəllifləri hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam