Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

Yenixeber.org: Davamı

-Bəli!

Karıxdı bir anlığa. Telefonda qadın səsi eşidildi.

 Aydın idi. Çox güman ki, qaynatası telefonu evdə qoyub getmişdi. Axı indilərdə o, gəlməli idi. Axşam olanda kişi evə gəlirdi. Eyvanda  oturub söhbətləşərdi. Telefonu əlinə alıb kimlərin ona zəng vurduğunu, arayıb axtardığını bilmək istəyirdi.

İndi anladı. Bəyim arvad çox güman ki, onun Ərşad kişi ilə danışa biləcəyini düşünüb əngəlləyəcəkdi. Amma Şənlikdən nigaran idi. Axı, o, Nərmini xəbərsiz buraxmazdı. Necə olursa-olsun, lap qaynanasına yalvarası olsaydı belə, danışacaq, Şənliyi soruşacaqdı. Bir də axı Bəyim arvad onunla nə üçün acı danışmalıydı?

Sakit səslə:

 -Axşamınız xeyir!

Xəttin o başından qaynananın narazı səsi cavab verdi:

-Axşamın xeyir! -deyib susdu.

Bir müddət heç biri danışmadı. Bəyim arvad xəttin o başında yaman təşviş içində idi. Nərminin səsini eşidib tələsik mətbəxə keçdi.

Ərşad kişi:  

-Kimdi ay arvad, axşam-axşam? Birdə sən, mən dura-dura telefonu nə üçün açırsan? – dedi.

Bəyim arvad özünü itirmişdi. Bilirdi ki, gəlin qaynatası ilə danışsa,kişi Şənliyin nömrəsini sözsüz verəcək ona.

    - Gətir də noldu? Ordan bura danışırsan. Ver görüm kimdir?

    - Təntidim, ay kişi, çayniki dəmdə qoymuşam. Telefon zəng çalanda götürdüm ki, sənə verim.

Bu anda  xatırladım ki, çayniki dəmə qoymuşam. Tez getdim ki, dəm qaynamasın. Gətirirəm indi!

Mətbəxin açıq pəncərəsindən başını çölə uzadıb Nərminə:

Dedim axı sənə Şənlik yoxdu burda. Telefon nömrəsini dəyişdirib. Bir də səni eşitmək, görmək, duymaq istəmir - dedi.

 Nərmin:

Alo, alo, Bəyim xala...

Sözü ağzında qaldı. Du du du....... Sonra da səssizlik!

 Tam səssizlik.

 Eşitdiklər Nərmini bir anda bu dünyanın səhnəsindən silmişdi. Artıq ayrılığı, sonranı fikirləşməyə başlamışdı. Ən birinci də, söz yox ki, taleyini, xəyal qurduğu dünyaya gəlməmiş körpələrini düşünürdü.

Bir göz qırpımında başı göydən, ayağı yerdən üzülmüşdü. Artıq yeraltı dünyanın sakininə çevrilmişdi. İstəkdən, diləkdən, xəyaldan məhrum meyidə dönmüşdü.

 O bir neçə saniyə, ömründən neçə il kimi keçdi. Qulağında ərinin anasının  yox, elə bil ona ölüm hökmü oxuyan əzrayılın öz səsiydi. Bilmədi neyləsin.

Düşünürdü onun fərmanına boyun əyməliyəm, yoxsa üsyana qalxmalıyam?

Mələk sevgini qorumalıyam dedi.

 Ürəyi sinəsini deşib çıxmaq istəyirdi. Əynində  yüngül xaki rəngli kostyumu var idi. Pəncərəyə tərəf getdi. Əl atıb yaxasını açmaq istədi. Elə bilirdi ürəyi çıxıb yaxasının içində şişib qalıb.

Səbri çatmadı, dartıb yaxasını açdı. Düymələr döşəməyə qırma kimi səpələndi. İkrahla o səsin çıxdığı telefona baxdı. Əlini qaldırıb var gücü ilə telefonu tolazladı. Telefon şifonerin açıq qapısından görünən, asılmış paltarlara dəyib döşəməsinə düşdü.

Özünü unutmuşdu, qışqırırdı, bağırırdı, əlinə gələni yerə çırpırdı. Çırpındıqca qızışırdı. Gözünə heç nə görünmürdü. Qulaqlarında qaynanasının sözləri guruldayır, qulaq pərdələri cingildəyirdi. Gözləri parıldayırdı. Qəzəbdən sifəti alışıb yanırdı.

 Telefonu zəng çaldı. Açmaq istəmirdi. Gözucu telefonun ekranına baxdı. Atam yazılmışdı. Düşündü ki, qoy elə bilsinlər işdən gəlməmişəm. İndi heç kimlə danışacaq halda deyildi. Bir tərəfdən Şənliyin susması. Onu axtarmaması. Digərə tərəfdən qaynanasının onu amansızlıqla acılaması. Hər şey bir-birinə qarışmışdı. Amma sonra insafı yol vermədi.

 Telefon dayanmadan çalırdı.  Əlini atıb elektrik düyməsini basdı. Bir anda ev işıqlandı. Telefonun düyməsini sıxıb atasının həlim səsini eşidib bir az toxtadı.

     -Bəli ata! Bağışla bir az gec açdım. Yox gəlmə ata, sən qal anama göz-qulaq ol dedi.

Səsi tamam dəyişmişdi. Özü öz səsini tanımadı.

    -Can bala səsin niyə elə çıxır? Neynirsən orda təkbaşına? Dur gəl bura anan da sevinəcək.

    -Yox ata gələ bilmərəm, yorğunam, dedi.

Atası:

     - Əntiqəni göndərərəm bir azdan.

     -Göndərmə ata, qoy qız anama quluq etsin, dedi.

Tərxan kişi qızının səsindən, danışığından şübhələndi.

     -Gəlimmi, qızım? Səndən nigaran qaldım.

      - İndi uzanıb istirahət edəcəyəm, dedi -  narahat olma.

Atası naəlac qalıb razılaşdı. Atası tərəfdən arxayın olub, yenidən yataq otağına keçdi. İki adamlıq çarpayı səliqə ilə yığılmışdı. Çəhrayı rəngli yataq gül qoxuyurdu. Otaqdakı sakitlik Nərminin əndazədən çıxmış əsəblərini qıcıqlandırdı. Çarpayının üstündəki atlas örtüyü çəkib yerə atdı. Nəfəs ala bilmirdi. Əlinə gələni, gözünə dəyəni süpürüb yerə tökürdü. Səbir kasası daşmışdı daha. Dönüb kamoda tərəf addımladı. Kamodun üstündə ikisinin kətan üzərində yağlı boya ilə çəkilib, çərçivəyə salınmış şəkilləri var idi.

Şənliyin gülümsər gözləri ona dikilmişdi.

Şənlik bu otağa eşq yuvamızdı deyərdi bir zamanlar. O vaxtdan çox keçmişdi.Yan tərəfdə paltarasan var idi. Şənliyin çöl-bayır paltarlarını bu ağ paltarasana asırdı. Qara iş kostyumu asılmışdı indi paltarasanda. İrəli gəlib özünə yaraşmayan hikkə ilə dartıb paltarasanı kostyum qarışıq yerə aşırdı.  Çox çabaladı. Əlinə gələni vurdu dağıtdı. Tövşüyə-tövşüyə çarpayıya çatıb pallı-paltarlı uzandı.

Olub keçənləri düşünürdü. Havalanmışdı elə bil, qaynanasının sözlərindən sonra. Şənliyin qoxusu hopmuş yatağa uzanıb tərpənməz qaldı. Axrıncı gecə Şənliyin əllərinin istisi, təmasının odu-alovu canından çıxmamışdı. Qaynar bir gün yaşamışdılar. O günü  mələk sevginin etiraflarını dinlədiyi sevgi məkanlarına da getmişdilər. Həmin günü sevə-sevə gəzib dolanmış, deyib gülmüşdülər.Yeməyi də çöldə yemişdilər. Evə gələndə Nərmin öz evlərinə, Şənlik isə qaynatasıgilə dönmüşdü. Gedib onlarla görüşüb sağollaşmış, sabah Niyala, oradan da hərbi hissəyə gedəcəyini söyləmişdi. Yarım saata gəlmişdi evə. Nərmin o gecəni xatırladıqca həyəcan keçirirdi. Ona indi çatırdı hər şey. Vida gecəsi imiş deyə acı-acı düşünürdü.

Şənlik onun hər sözünə razılaşmış, hər dediyini təsdiq etmişdi. Nəşəli bir gecə keçirmişdilər. Səhərisi gün, Nərmin onu yola salanda: - tez qayıt canım darıxacam sənin üçün demişdi. Şənlik də gülə-gülə hələ bir gedim çatım qalsın qayıtmağım. Amma o da var planda, İnşallah.

Beləcə ayrılmışdılar. Əllərini saçlarına elə keçirmişdi daraqlamışdı saçlarını əllərinə. Deyərdin bir də, bu əllər bu saçlarından çıxmayacaqmış. Saçları əllərində dizlərini qarnına yığıb uzanmışdı. Düşünürdü.  Onların  mələk sevgisi kimlərin nəzərinə gəldi? Hansı soyuq yellər onu Nərmininin əlindən alıb uzaqlara göndərdi?

O gecə bacısı  gəlib onu çarpayını açamadan pallı-palltarlı yatmış görmüşdü. Əvvəlcə onu oyatmaq istəmişdi. Lakin nə düşünmüşdüsə qıymamışdı .Yükdən bir adyal alıb ehmalca üstünə örtmüşdü. Sonra da keçib o biri otaqda divandaca üzanıb yatmışdı. Səhər qalxanda gözlərinə inanmadı. İlahi mən neçə saat yatmışam. O biri otağa keçəndə bacısını divanda yatmış gördü. Yadına düşdü ki, axı atama demişdim Əntiqəni göndərmə yanıma. Yazıq qız gəlib, məni oyatmağa qıymayıb. Bacısı otağı yığışdırıb səliqəyə salmışdı.Yaxınlaşıb yavaşca bacısının yanağından öpüb çıxdı. Hazırlaşıb işə getdi. Gedəndə qapını çəkib şıqqıltı ilə bağladı ki, nə bilmək olar , şəhər yeridir. Qapının bağlandığına əmin olandan sonra işə yollandı.

Üstündən bir xeyli keçmişdi. Hələ də Şənlik ona zəng vurmurdu.

 İş yoldaşları da, elə də ürəkaçan deyildilər. Kiminləsə danışıb dərdini açmaq, qəlbini dəlib keçən acısının paylaşmaq şansı da yox idi. Olsaydı belə Nərmin öz sevimli Şənliyinin qeybətini, onun ailəsinin, anasının son vaxtlar ona qarşı olan haqsız təzyiqləri heç kimə deyə bilməzdi. Bu onun təbiətinə  aid olan parametr deyildi. Hər kəs öz çapında, dünyası çərçivəsində çıxış edir həyatda. Nə edəsən bəlkə bu da taleyin bir sınaqı idi? Bəlkə də Şənliyin sınağı idi? Bütün bunları düşünə-düşünə özünü unutmuşdu. Bəzən nahar fasiləsində çıxıb iti addımlarla düz Kukla teatrına qədər gedər oradan isə ahəstə addımlarla parkın dənizə tərəf sahil hissəsinə gedib, gah acıqlı, gah da pərişan, məhzun dalğaları seyr edib geri qayıdırdı.

 Günlərin sayını itirmişdi. Daha hesablamırdı ki, Şənlik nə vaxt getdi, nə vaxt qayıdacaq. Hər şeyə biganə olmuşdu. Özünü daima yorğun hiss edirdi. İşdə oturduğu  yerdəcə onu yuxu tuturdu. Halına özü də təəccüb edirdi. Gözləri kompüterdə bir də görürdü ki, yuxuya gedib. İşin tərsliyi də bu idi ki, bu yanındakı “Gültikan” xanım tükü-tükdən seçirdi.

Nərmini fikir götürmüşdü. Axı bu necə ola bilər ki, məni yuxu tutsun? Hər şeyi Şənliklə bağlayırdı. Bəkə də, darıxdığımdan belə olmuşam deyirdi. Bəzən yuxu onu aparır hətta yuxular da görürdü.  Yuxuları da, həmişə rəngli olurdu. Çox qəribə idi. Davranışları da dəyişmişdi. Bəzən Gültəkin xanım da onu çəpəki süzüb : torbada pişik var deyəsən. Bu xanım indi də iş vaxtı yatır deyirdi.

Qarşısına keçənin hamısına demişdi. Söz ucaldar da endirər də. İdarədə hamı Nərminin xatirini çox istəyirdi. Ona məhəl qoyan yox idi.

Yaz yerini yaya verməkdəydi. Bir səhər yuxudan dözülməz ürəkbulanmayla oyandı. Şirin yatdığı yerdə güclü ögümək tutdu onu. Çarpayıdan qalxıb özünü  həyətə açılan pəncərəyə güclə çatdırdı. Ona elə gəldi indicə daxili orqanları ağzından çölə töküləcək. Başı kəsilmiş mal kimi böyürürdü. Düşündü ki, ya ona  möhkəm soyuq dəyib, ya da nədənsə zəhərlənib. Ancaq az sonra toxtadı. Halı özünə gələndə tez pəncərəni bağladı. Vanna otağına keçdi. Soyuq tər basmışdı onu. Heç işə getmək istəmirdi. Qorxurdu ki, işdə də başına bir belə iş gəlsə nə edər? Allah deyib işinə getdi. O günü rahatlıqla başa vurdu.

 Ruha çevrilmişdi elə bil. Bu azmış kimi daha yemək də istəmirdi. Otağa girəndə salam, evə gedəndə sağ ol deyib çıxırdı. Gültəkin öz işindəydi. Bir gözü onun üstündə idi. Evə gəlib bir tikə çörək yedisə vaxtında  yeyirdi. Bir az yeməyi gecikirdisə, yenə ürəkbulanma tuturdu onu.

Yatmağdan günü yox idi. İşin axırına güc-zor dözürdü. Evə çox həvəslə gedirdi. Birinci işi qapının dəstəyini yoxlamaq olurdu. Hələ ümidini üzməmişdi. Deyirdi zəng vurmur bəlkə bir məktub göndərər deyə hər ehtimala qarşı ümidlə qapının dəstəyinə baxırdı. Özü də bilirdi ki, indi hansı zəmanədir ki, məktub yazsın. Özünü aldadırdı.

Şənlik gedəni yeməyi də az-az hazırlayardı. Bəzən anası nə isə maraqlı bir şey hazırlayanda ona da göndərirdi. O da nə isə ondan bundan yeyib yıxılıb yatırdı. Bacısı da ki, axşam olanda onun yanına gəlirdi. Nərmin öz yataq otaqlarında, Əntiqə isə o biri otaqda divanda yatırdı.

Qaradinməz olmuşdu. Kimsə ilə artıq söhbət eləməzdi.  Kompüterin qarşısında oturub işləyir, darıxanda sosial şəbəkəyə girib dostlarının paylaşımlarına baxır, lakin heç kimlə danışığa girmirdi.

 Nərmin xəyalpərəst insan idi. Bəlkə də düşüncələri, öz-özü ilə danışıqları rallıqda danışdıqlarından daha çox idi. Bütün günü öz-özü ilə mükalimə edərdi.

 Əslində elə Şənlik də elə idi. O qədər olurdu ki, yanaşı gedirdilər. Səssizcə söhbət edirdilər. Baxışları ilə sözsüz bir-birini anlayırdılar. Açıq deyə bildiklərindən, sözsüz danışıqları daha anlaşıqlı olurdular. Sonda məqamı gələndə bir-birinə açıqlayırdılar, gizli məqam qalmış olurdusa.

İki aydan artıq idi çox bəyəndiyi  çəhrayı yatağı bütünlüklə ona qalmışdı. Yerləşə bilmirdi  öz yatağına. Çabalayırdı. Nəfəs ala bilmirdi. Gündüzlər yuxu onu elə yaxalayırdı ki, vaxtın hardan , necə ötdüyünün fərqinə varmıdır. Axşamlar yerinə girəndə elə bilirdi qor tökülüb yatağına. Havası çatmırdı.

Şənliyin udmadığı hava onun üçün zəhərə dönmüşdü. İşdə də çox gərgin otururdu. Gültəkin xanımın bitib tükənməyən atamacaları...Hər şey onu bezdirmişdi. Gecələr saat ikiyə kimi otururdu. Dağı arana, aranı dağa daşıyırdı. Sosial şəbəkələr olmasaydı nə edərdi?  Meylini sosial şəbəkəyə salmışdı. Başını qarışdırırdı. Söhbət edib bölüşdüyü yeganə insan isə Mələk idi. O, da axşamlar onlayn olardı. Düzdür iş vaxtı da az-çox danışardı.

 Təzə bir adət də tapmışdı. Evə çatan kimi yemək istəyirdi. Tələsik yeməsəydi ürəyi üzülürdü elə bil. Bir az da əmələ gəlmişdi elə bil. Onu da Gültəkin xanım söyləmişdi.

   - Bıy, Nərmin xanım, deyəsən bir az kilo almısan axı. İşdə də baxıram elə hey ağzın işləyir.Səninləyəm ay qız xeyir ola!

Gültəkin xanımın sözünü eşitsədə heç vaxt dinləmirdi. Sadəcə olaraq eşidirdi. Bu dəfə də belə oldu. O günü nahar fasiləsinə çıxmamışdı. Otaqdakılar bir-bir durub çıxmağa başladılar. Lap axırda Gültəkinlə ikilikdə qaldılar.Hərəkətlərindən məlum idi ki,o da çıxmayacaq bir yana getməyəcəkdi. Nərmin də oturmuşdu. Gültəkin xanım yerindən qalxıb gərnəşdi, qollarını sağa-sola hərləyib kişi kimi asta xırıltılı səslə bir hayqırdı da. Elə bil çoban yaylaqda qoyunlarını haylayır. Sonra ona baxıb botoksla şişirtdiyi dodaqlarını büzüb, o tərəfə keçdi.

Yaşı əllini ötmüş bu tənha qadının sifəti ilə boyun boğazı arasında kəskin fərq bilinirdi. Yalan olmasın ildə bir dəfə qadın baxımına gedib sifətini ən azı on yaş cavanlaşdırsa da, boyun boğazındakı qırışlar öz sözünü deyirdi. Qarayanız, enli sifəti yenə dəyirmiləşmiş, yanaqları yumurlaşıb sismişdi. Botokslu dodaqlar çevirilib qalmışdı. Ana ördəyə oxşayırdı. Dartılmış qaşlarının altında domba gözləri civə kimi o yan, bu yan fırlanırdı. Sifəti yağlı fətir kimi parıldayırdı.

Bütün bunların müqabilində iri başı, ətin tökmüş bədəni çox gülünc görünürdü. Yaş ötdükcə bədəni arıqlamış, çiyinləri sallanmışdı. Bədəni arıqlamışdı, qarnı nağara kimi qabağa çıxırdı. Gülməli cizgi filmi qəhrəmanları kimi görünürdü. Qarşısındakı kompüterin böyründə dəyirmi, dəstəyinin üstündə fırlanan bir güzgü qoymuşdu. Güzgünün bir üzü normal göstərirdi, digər üzü isə böyüdücü idi. Görünür böyüdücü hissədə özünü daha çox  bəyənirdi. Güzgünün yerini elə ustalıqla şeçmişdi ki, nə vaxt baxsa özünü görə bilirdi. Özünə yox, üzünə yaman fikir verirdi.

Bir anlığa ona baxanda gülməyi tutdu. Dodağını dişləyib gülüşünü birtəhər boğdu. Başını əyib kursoru əlinə aldı. Sosial şəbəkədə gəzişməyə başladı. Mələk yaşıl idi.

Nərmin: Salam! Necəsən?

Mələk: Salam pis deyilem. Sən necəsən? İşdəsənmi?

Nərmin:  hə işdəyəm.

Ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam