Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hansı İctimai quruluşa inam olar?

 

"Xeberinfo.com":   Oxucuların fikrini bilmək maraqlıdır. Aşağıda qeyd olunan hansı ictimai-iqtisadi quruluş insan cəmiyyətinə sərfəli olar:

1.Qumarxanalara, ofşor hesablara tam şərait yaradaraq zəhmətziz gəlirlərlə insanları manqurtlaşdıran və insanın insan tərəfindən istismarını həyata keçirən kapitalizm quruluşuna;

2.İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan sosializm ictimai-iqtisadi quruluşuna;

3. Politoloq Azər Həsənlinin “Tənmayadarlıq” yeni postkapitalist quruluşuna.

Hörmətli oxucular! Həmin  suala bildiyim dairədə və faktlarla cavab verməyə çalışıram. Məni həmin suala cavab verməyə məcbur edən yaşadığımız mühitdə mətbuatdan aldığım neqativ məlumatlar, məlumatlara laqeydlik və bu halların bəzisini inkar  edən sılahiyyətli şəxslər məcbur edir. Neqativ halları törədib artıraraq ona dayanmadan təkan verməklə  insan cəmiyyəti dincliklə yaşaya bilərmi?

27 iyul 2012-ci il tarixli “Vətəndaş Həmrəyliyi” qəzetində dərc olunmuş “Korrupsiya ilə bağlı şok fakt” yazısından (səh. 8) sitat: “...keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində...1993-2010-cu illər arasında MDB ölkələrindən ofşor zonalara ümumilikdə 1.1 trilyon dollar çıxarıldığı qeyd olunub... Keçmiş sovet ölkələrindən ofşor zonalara ötürülən pulun miqdarına görə  Rusiya birinci yeri tutur. Şimal qonşumuzdan 17 il ərzində 798 milyard dollar pul ofşor zonalara daşınıb. İkinci yerdə isə Ukrayna dayanır. Bu ölkədən çıxarılan pulun miqdarı 167 milyard dollardır... Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul ofşor zonalara 138 milyard dollar Qazaxıstandan daşınıb”. Dəqiq hesablamalar götərir ki,  həmin rəqəm 1.1 trilyon yox, qalan respublikaları da nəzərə alsaq 1.187 trilyondur.   Həmin ofşor zonalara daşınan dollarları ardıcıl olaraq faizlə ifadə etsək bu rəqəmlər daha aydın görünər: 67.23 %, 14.07 %, 11.63 %, qalan respublikalar isə 7.07 %-i və ya 84 milyard dolları təşkil edir.

Uzun müddət müstəqilliyə can atıb qan bahasına qazanılan Azadlıq, ölkələrinin məsul şəxsləri tərəfindən varidatın ofşor zonalara daşınması ilə müşayət olunmağa başlayıb. Varidatın Qərbə-Avropa ölkələrinə daşınması Müstəqillik qazanmış respublikalar tərəfindən Sovetlər birliyi 1990-cı ildə çökəndən cəmi üç il sonra 1993-cü ildən başlayaraq həyata keçirilməyə başlanmışdır. Axı bu, müstəqil dövlətə, onun xalqına və maliyyəsinə xəyanət, həm də bu hal bağışlanılmaz cinayət idi. Dollarların ofşor zonalara daşınmasına moşenniklikdən başqa nə ad vermək olar? Əvvəlcə bu xoşagəlməz  əməliyyatların nədən kökləndiyini, baş verdiyini, səbəblərini araşdırmaq lazımdır.

Doğrudanmı sosializm quruluşu cəmiyyətin maddi maraqlarına cavab verməyən  ictimai iqtisadi formasiya idi? Doğrudanmı mövcud ictimai quruluş vətəndaşların hüquqlarının müdafiəsini təmin etmirdi?

“Sosializm istehsal vasitələri üzərində ictimai (sosialist) mülkiyyətə əsaslanan və xalqın rifahı naminə planauyğun inkişaf edən ictimai-iqtisadi quruluş; elmi sosializm kapitalizm quruluşunun sosializm quruluşu ilə əvəz olunmasının labüdlüyü haqqında təlimiydi “.

“Karl Marks kapitalizm cəmiyyətinin hərəkətinin iqtisadi qanununu kəşf etmiş, kapitalist istehsal üsulunu, onun meydana gəlməsi və inkişafının qanunauyğunluqlarını araşdırmış və onun məhvinin labüdlüyüny sübut etmişdi. Marksizmin iqtisadi təliminin məğzi kapitalist istismarının sirrini aşkara çıxaran izafi dəyər nəzəriyyəsidir. K.Marks elmi kommunizmin banisi, beynəlxalq proletariatın müəllimidir”  (ASE,cild VI, səh.364,366).

Dünya alimləri sırasınada əsərlərinə görə 10-cu yeri tutub adıyla ruh haqqında ümumbəşəri təsəvvürdə ilk “Kopernik çevrilişi “ nə bağlı olan Ziqmund Freyd  Karl Marks və marksizm haqqında bunları demişdir: ”Marks şübhə edilməz avtoritetdir. Marksizmi rus bolşevizmi bədxahlığa çevirdi, rus bolşevizmi bir eksperiment tətbiq etdi; o, sözə və təfəkkürə “qadağan” qoymaqla sivilizasiyaya xeyli ziyan vurdu”. 

Proletariat diktaturası ilə kəndlilərin birliyini özünün amalı hesab edib Oraq və Çəkic nişanlı qırmızı bayrağını uca tutaraq, Sovet- alman müharibəsindən qələbə ilə çıxdıqdan sonra Yer kürəsində öz məqsədini həyata keçirməyə çalışan Sovetlər birliyi iqtisadi inkişafda dünya ölkələri sırasında üçüncü sıraya çıxdı. “Bütün ölkələrin proletarları birləşin” şüarı altında rus bolşevizmi kapitalist ölkələrinə meydan oxumağa başladı. Avropanın bir sıra ölkələri sosializm qurucululuğuna qədəm qoydu və Çində, Vyetnamda sonra Kubada sosialist inqilabı qələbə çaldı. Yuqoslaviya və Polşa ölkələri  isə Svetlər birliyini eşitmək istəmirdilər. Macarıstanda, Polşada birliyə qarşı ixtişaşlar baş qaldırırdı. Birlik isə Hindistana, Mərkəzi Orta Asiya və Afrikanın şimalındakı ölkələrə sosializm quruculuğunu təlqin edirdi.

Sovetlər birliyi iqtisadi, hərbi sənaye cəhətdən o qədər güclənmişdi ki, Qərb ondan çəkinirdi. Sovetlər birliyini nə hərbi cəhətdən, nə də iqtisadi blokada ilə qorxuzmaq mümkün deyildi.  Ancaq Qərb də öz növbəsində yatmır, imkanı daxilində onu sarsıtmağa çalışırdı. Hətta ABŞ-nın ən gənc prezidenti C.F.Kennedinin öldürülməsində belə birliyi günahlandırmaq kimi yaramazlıq əməlinə də əl atmışdı.

Nəhayət ABŞ başda olmaqla Qərb Sovetlər birliyini çökdürmək üçün şeytan hiyləgərliyinə əl atmalı oldu. “Ellər atası” İ.V.Stalinin ölümündən və ya öldürülməsindən sonra başdan yekə, dərindən düşünməyi bacarmayan, özbaşına qərarlar qəbul edən, dövlətin iqtisadi maraqlarına qarşı tam zərərli iqtisadi siyasət yeridən, şəxsi maraqlarına üstünlük verən, mərifətdən kasıb, satqın rəhbərləri ələ almaqla Sovetlər birliyini çökdürdülər.  Digər tərəfdən dövləti çökdürən idarə etmədə bir sıra özünü doğrultmayan strukturların fəaliyyət göstərməsi idi. Paralel və pilləli rəhbərliklər, hüquq mühafizə orqanlarının istehsal sahələrini şəxsi maraqları naminə təftişləri, satış qiymətləri sahəsində islahatlar keçirmək əvəzinə  zərərlə işləyən təsərrüfatların dotasiya ilə təmin edilməsi, lazımsız dövlət aparatlarının şişirdilməsi, kağızbazlıq,  istehsal sahələrində planlaşdırmada qeyri obyektivlik, rəqəmlərin təhrifi, hökumətin uçotunda oturmayıb gizlincə fəaliyyət göstərən NKVD-ləri, kapitalist ölkələrindəki kommunust partiyalarının maliyyələşdirilməsi, zəhmət insanlarını dövlətdən narazı salan lazımsız saysız qadağalar ( satılan minik avtomobilini hansı vəsaitlə almısan, yaşayış mənzilini hansı vəsaitlə inşa etmisən...) və s.

ABŞ imkanı çatanda Sovetlər birliyini ən müasir məhsuldar texnologidan belə məhrum edə bilirdi. Məşhur ”Farevelli dosyesi” buna əyani sübutdur. 1989-cu ilin iyununda Başqırdıstandakı qaz boru kəmərində çox güclü partlayış baş verdi, partlayış anında boru kəmərinin yaxınlığındakı dəmir yol xətlərindən iki sərnişin qatarı keçdiyindən fəlakətdə 400 nəfər həlak oldu. ABŞ və Fransa kəşfiyyatları birgə əməliyyatı olaraq “Farevell dosyesi”nə əsaslanan qüsurlu kompüter proqramının təhlükəli olmadığını deyən amerikalılar onun yalnız Sovetlər Birliyinin təbii qazını Avropaya nəql edən boru kəmərləri üçün nəzərdə tutulduğunu iddia edirdilər.

 Çar Rusiyasının ərazisində və onun tabeliyindəki respublikalarda qələbə çalan  sosializm quruluşu ola bilsin ki, min ili qabaqlamış, insan cəmiyyəti ona hazır olmamış, onu anlamamışdı. Bundan başqa rus bolşevizmi sosializm quruluşuna qarşı insan cəmiyyətində kin-küdurət oyatmışdı. Məhz bu səbəbdən də kapitalist ölkələri rusların Yer kürəsinə təkbaşına ağalıq etməsindən hürkərək  bu kimi ictimai quruluşun rəddinə,  məhvinə çalışmışdılar.

İndi isə qısa olaraq Qərbin-Avropanın tərifli demokratiyasını araşdıraq. Bəli dövlət quruculuğunda, məhsldar texnologiyaların sürətli inkişafında, xəstəliklərin qaşısını ala bilən keyfiyyətli tibb preparatlarının istehsalında, məhsuldar mal-qaranın yetişdirilməsində..., məişət qaydalarına əməl etmək sahəsində ciddi qaydalar var. Bunlarla yanaşı ciddi qüsurlar da mövcuddur. İnsana qarşı qəddarlıq (Orta şərqdə, Afrikanın şimalında müharibələrdə kütləvi insan tələfatı, kütləvi miqrantlıq), insan alveri (fahişəxanaların açıq fəaliyyəti), maliyyə sahəsidə insanı  zəhmətsiz gəlirlərlə manqurtlaşdıran qumarxanaların, ofşor hesabların fəaliyyətinə şərait yaratmaq, ona göz yummaq, narkomanlıq, fəaliyyətlərində Qərbə tabe olmayan şərqdə və Afrikanın şimalında inkiışaf etmiş ölklərinin dövlət başçılarının vəhşicəsinə qətlə yetirilməsi Avropanın gülməşəkər domokratiyası ilə bir araya sığışmır axı.

Respublikanın üzv olduğu Aropa İttifaqı, AŞ Azərbaycan haqqında qeyri obyektiv, heç bir məntiqə uyğun gəlməyən qətnamələr qəbul edib onu ittifaq dairəsində yaymaqla özünü Vatikan kimi şər yuvasına çevirir.

Respublikanın daxil olduğu Avropa ittifaqının Respublikada təşkil olunan və müvəffəqiyytlə həyata keçirilib başa çatan Olimpiya oyunlarına Qərbin paxıllıq etmələrinə ancaq xainlik demək olar. Bax  budur Qərb.

Qayıdaq “Hansı ictimai quruluşa inam okar”a. Əgər Respublikanın əsas istehsal alət və vasitələri, maliyyəsi... dövlətin mülkiyyətində olsaydı Azərbaycan Beynəlalq Bənkının yüz milyon dollarla pul vəsaiti  Monakodakı qumarxanada, Lüksemburqdakı ofşor hesablarda və BB-nın Moskvadakı filialında yurd-yuva salıb sonra da  puç olmazdı. Bu ciddi qüsurlar ona görə baş verir ki, 24 il müstəqil dövlət olmağımıza baxmayaraq ölkədə xüsusi mülkiyyət nədir və onu necə idarə etmək lazım olduğu kifayət qədər başa düşülmür.

Bütün bunlarla yanaşı aşağıdakıları oxuculara bildirmək istəyirəm. Mülkiyyətə münasibət sahəsində sırf tarixçi-politoloq Azər Əbdül-Əli oğlu Həsənlinin öz baxışları var. Onun ictimai elmlər sahəsində əsas nailiyyətləri sərmayədar quruluşunun əvəzinə gələcək yeni postkapitalist təliminin və Azər xalqının yeni milli məfkurəsinin işlənib hazırlanmasından ibarətdir.

Yeni postkapitalist quruluşunun adı “tənmayadarlıq”-dır. “Tənmayadar” istilahı A.Həsənlinin təklif etdiyi yeni istilahdır. “Tənmayadar” mürəkkəb sözdür: “tən”-bərabərliyi, “maya”-kapitalı”, “dar” isə sahibliyi bildirir. “Tənmayadar” sözü yeni növ missiyanı-tənmayadar müəssisəsinin mülkiyyətinin bir payına malik olan işçisini bildirir.

 

                                   

Quliyev Elxan Sarı o.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam