Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BU YERDƏ

 

 

"Xeberinfo.com":  Əksliklərin, əks tərəflərin vəhdəti bütün hadisələrin, proseslərin hərəkətverici qüvvəsi və mənbəyi olan ziddiyyəti  yaradır. Hər bir predmet, hadisə əksliklərin vəhdətidir. Vəhdətsiz əksliklər, əksliklərsiz isə vəhdət mümkün deyil. (ASE, IV cild, səh.158)

Birinci hissə

 Ziddiyyət və vəhdət haqqında

Dünyamız gözəldi, həm də çirkindi,

Dünyamız təmizdi, həm də çirklidi,

Dünyamız varlıdı, həm də kasıbdı,         

Dünyamız xoşbəxtdi, həm də bədbəxtdi,

Ziddiyət sıxarsa  həyat küsərmi?

Vəhdətsiz ziddiyyət ömür sürərmi?

 

Yaxşılar yaranır yaratmaq üçün,

Yamanlar yaşayır dağıtmaq üçün,

Gecələr qaralır yatırtmaq üçün,            

Səhərlər açılır oyatmaq üçün,

Kainat baxmasa varlıq olarmı?

O Günəş çıxmasa canlı yaşarmı?

 

Yalançı elmiylə dünyanı gəzər,

Talançı yoluyla özünü bəzər,

Yezidi baxışla haqlını əzər,                           

Xisləti tərziylə büdcəni sökər,

Şərait çökməsə manqurt olarmı?

Qanunlar tapdanıb seyfdə yatarmı?

 

Anadan doğulan körpə satılır,

Yarımcan boylanan Ana karıxır,

Varından  talanan Ata sarsılır,

Doğuşdan pul yığan sərvət qazanır,

Cəmiyyət harınsa bəşər artarmı?    

Əşyatək körpəni satmaq olarmı?

 

İnsanı yüksəldən şirin dilidr,

Hər kəsi sevdirən fikri, nitqidir,

Şöhrəti gətirəndərindərkidir,               

Hörməti artıran fəlsəfəsidir,

Bəsirət çatmasa ovqat olarmı?

Fəlsəfi kəlamın qiyməti varmı?                 

 

Genimiz dəyişir göz görə-görə,

Dilimiz bağlanır dil bilə-bilə,                   

Gözümüz örtülür haqq deyə-deyə,

Varımız daşınır pay bölə-bölə,

Rəşadət olmasa sərvət qalarmı?

Ehtiyat qalmasa gənclik yaşarmı?   

 

Körpəlik cürətdi-Nuhun kodudu,

Cavanlıq qeyrətdi-ömrün yoludu,

Qocalıq heyrətdi –dərkin yurdudu,              

Babalıq soyaddı-nəslin  odudu,

Məziyyət olmasa soyad yaşarmı ?

Mənliksiz gədədə qeyrət olarmı?

    

Qiymətdə say yüzlük- kəfənlik haqqı,

Düzəndə bir minlik- məzarlıq haqqı,

Baş daşı az minlik-insanlıq haqqı,           

Bəs etmir bir illik təqaüd haqqı,

Heysiyyət itəndə imdad olrarmı?

Məzarlıq satanda ar, mürvət varmı?       

 

Babalar can deyər, nənələr öpər,

Oğullar gətirər, gəlinlər bəzər,

Nəvələr dil bilər, şeirlər söylər,             

Nəsillər yetişər, xoş günlər görər,

İrsiyyət  keçməsə ismət olarmı?         

Genində bitməsə qanı çəkərmi?

 

İnsanlar kök atar sabıt  durumda,  

Nəvələr boy atar mənim yurdumda,

Gəlinlər dolanar canbir ürəkdə,           

Qardaşlar güc tapar birgə biləkdə,  

Ziddiyyət olmasın bircə bu  yerdə,

Kəmniyyət gəzməsin bizim bu evdə.

 

Yalanlıq, talanlıq cəzasız deyil,

Barbarlıq, tiranlıq ölümsüz deyil,

Miskinlik, durğunluq müddətsiz deyil,

Çevriliş, inqilab əsassız deyil,

Cəsarət qılıncsız, soysuz  olarmı?           

İnqilab  dahisiz zəfər çalarmı?

 

İkinci hissə- “Məni çoxdan öldürüblər, Gəzməyimə baxma mənim”,

“Canlı baş daşiyam , cam qaldırmışam, Mollası tamada olan ömrümə”,

“Əzrail yatağa girib xəlvəti, Bizimlə baş-ayaq yatarsa necə...”yazan, şeirin yazılışında

yeni üslub yaradan, şeirə yeni ifadə gətirən və hörmət bəslədiyim şairlərə istinadən

Şairdə əvəzsiz keyfiyyət gördüm,

Bəzən də düzəlməz ziddiyyət gördüm,

Durumda əlçatmaz vəziyyət gördüm,

İşində dözülməz əziyyət gördüm,

Həqiqət görməsə kəlam düzərmi?

Gördüynü yazmasa  üzü gülərmi?

 

Şairdə yeni söz, üslub da vardır,

Şeirdə ağlar göz, fəryad da vardır,      

Misrada yanan köz, dözüm də vardır,        

Kəlamda bir məntiq, yozum da  vardır,

Fəzilət duymasa şair yazarmı?

Cəmiyyət sevməsə şair yaşarmı?

 

Sınağa çəkilən şair oğullar,

O kənar dünyaya pənah apardı.

Bu gerçək dünyadan fateh oğullar,

Göyərçin xislətdə müjdə payladı.

Kainat haraylı övladlar azmı?

Kərimlər, Tofiqlər unudularmı?

 

“Fələk başımızı qatarsa” bizim,

Ummarıq kəramət çolaq gədədən.

Kələk gözümüzü sararsa  bizim,

Baş-ayaq göylərə uçacaq yerdən.

Rəzalət cəncəli “hay”sız  olarmı?  

Balayan olmasa “Ocaq” yanarmı?

 

Üzüyü şeytandı barmağa taxıb,

Qolbağı qandaldı biləyə yapıb,

Sırğası zəncirdi ayağa sarıb,

Sarayı qəfəsdi dünyaya satıb,

Əbədi zülmətdi qaraya baxıb,

Bədniyyət əzrayil  işıq saçarmı?

 

Üz-üzə durmarıq Tanrımızla biz,

Baş-başa yatmarıq əzrayılla biz,

Döyüşə bilmərik dünyamızla biz,

Nahaqqa dözmərik haqqımızla biz,

Təkqarant Tanrıdı əvəzi varmı?

Çözülməz bilgiyə ehtiyac  varmı?

 

Tanınır Qafqazda Ordugahımız,

Hazırdır  vuruşa  igidlərimiz,

Yol tapır dünyaya siyasətimiz,

Bəllidir cahana dəyərlərimiz,

Siyasət elminə bir əyar varmı?                              

Yazmağa, görməyə yeni fakt varmı?

 

Birsifət ölkəyə keçməyimiz var,

Siyasət elminə iddiamız var,

Tolerant millətə  oxşarımız var,

Xoşniyyət istəyə məramımız var,

Milliyət yönümdə tayımız varmı?

İradlar olmayan ayımız varmı?

 

Müdriksiz, sözünüz qalar tarixdə,

“Allah qolumuzdan tutar” yaxında,

Al bayraq ucalar doğma Şuşada,

Köçkünlər görüşər Ana torpaqda,

Ədalət xeyrinə təminat varmı?

Yadların qərarı qoldan tutarmı?

 

“Ümid”mi səsləyib səni şöhrətə,

Şairmi gətirib səni sənətə,

Ocaqmı göndərib səni mühitə,

Tanrımı yetirib səni millətə,

Üslubda tayını tapa bilmirəm,

Sənətdə oxşarı görə bilmirəm.

Üçüncü hissə

Filosoflar Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi

 və  Hegel Georq Vilhelm Fridrix  haqqında

“Məsnəvi” əsəri dünyanı sevib,

Dəyərli bəstəsi töhfəni verib,

Bəşəri  birliyi pak  himni bilib,

Xeyirli kəlməsi cahanı  gəzib,

Bəlxinin  oğludu, zəkadı Rumi,

Konyanın fəxridi, yzardı Rumi.

 

Məntiqli elmində həqiqətsoymuş,  

Məqsədi uğrunda xoşniyyət olmuş ,

“Təlim”i yazanda qətiyyət varmış,

Rumini bu vaxtda şəxsiyyət saymış,

“Təlim”nin kəşfidi, tacıdı Hegel,          

Tarixin uğrudu, barıdı Hegel.

 

Təfəkkür yatağı yazıb yaradıb,

Dünyəvi marağı görüb tanıdıb,

Sufizmi baypağı dözüb tanınıb,

Səcdəgah saydığı duyub anladıb,

Zirvənin qarıdı, ziyadı Rumi,

Haqlının haqqıdı, təpərdi Rumi.

 

Əzəmət rəmzinə çevrilən şair,

İlahi gücünə ınanan şair,

Sədaqət haqqına  tapınan şair

Mürşiddi, işıqdı anılan şair,

Ülfətin sazıdı,  Ulu  Təbrizi,  

 Sərvətin qaşıdı, gözü Təbrizi.

 

Mənəvi təkamül genində yatmış,   

Fəlsəfi duyumluq qanında varmış,

Dərkini “çiydim”də, “bişdim”də...açmış,

Mövlana adıyla haqqına çatmış,

“Birliyin” ilkidi, mayakdı Rumi,

Bəşərin elmidi, qalibdi Rumi.

   

Dördüncü hissə- Nəticə

Ziddiyyət şüurda, təfəkkürdədir,

Rumili baxışı görməməkdədir,

Hegelli məntiqi bilməməkdədir,        

Dünyəvi marağı sevməməkdədir,

Dərinlik yozmasa bəşər  yaşarmı?

Düşünən olmasa bəşər udarmı?

 

Ziddiyyət mutantlı cəmiyyətdədir,

Qarışıq soyadlı milliyyətdədir,

Dolaşıq  əzəli  irsiyyətdədir,

Haramlıq,   zədəli niyyətindədir,

Əzəmət olmasa xilqət yaşarmı?

Mutantdan millətə kök-soy olarmı?    

 

Ziddiyyət mühütdə, siyasətdədir,

Kürsülər uğrunda xüsamətdədir,

İdarəetmədə, təriqətdədir,

Şöhrətdə, mənsəbdə, pərəstişdədir,

Əmniyyət olmasa bəşər qalarmı?   

Mənsəbə uyandan öndər olarmı?

 

Bax budur həyatın aynası, əksi,

Bax budur həyatın qaydası, səsi,

Bax budur həyatın mahnısı, dərsi,      

Bax budur həyatın cəngisi, bəhsi,

Şəxsiyyət olmasa dövlət yaşarmı?

Babəklər,Məmmədlər yaddan çıxarmı?

 

Arayış: 1. Gələcəyin böyük filosof şairi Mövlana Cəlaləddin Rumi (30.09.1207-17.12.1273)  bir neçə il Nişapur, Dəməşq və Hələb şəhərlərində yaşayaraq dövrünün tanınmış alimlərindən geniş bilik almışdır. İctimai-siyasi həyatda özünə layiqli yer, nüfuz qazanan şair  1228 -ci ildə ailəliklə Türkiyənin Konya şəhərinə köçmüşdür. “Mövləvi-Avropada rəqs edən dərvişlər” cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı mövlana, yəni  “bizim ağamız” sözündən götürülmüşdür. Mövlana bir şeirində yazır:  “ Mən nə xristianam, nə də yəhudi, nə atəşpərəstəm, nə də müsəlman! Nə şərqliyəm, nə də qərbli...İkiliyi özümdən uzaqlaşdırdım, iki aləmi bir gördüm. Birlik axtarıram, birliyi anlayıram, birlik görürəm.” “Məsnəvi” poeması dünya miqyasında ona böyük şöhrət qazandırmışdır. Mövlananın Konyada türbəsi var. Rumi özünü Şəms Təbrizinin şagirdi hesab etmişdir. Cəlaləddin Rumiyə gəlincə, onun ulu Tanrısı səmalarda olsa da, ilahiyə bərabər tutduğu, səcdəgah saydığı mürşidi Şəms Təbrizi (Şəmsəddin Məhəmməd Təbrizi) yerdə işıq və əzəmət rəmzinə çevrilmişdi. Qeyd edək ki, dahi alman filosofu Hegel öz dialektik təlimini yaradarkən Rmidən bəhrələndiyini gizlətməmişdir. Mənim şəxsi qənaətim budur ki, dünyada ilk dəfə rüşeyim halında dialektik təlimin əsasını qoyan Cəlaləddin Rumi olub.(“Mühakimə” 23.08.2007-ci və ”Vətəndaş Həmrəyliyi” 24.10.2007-il tarixli qəzetlərində Ruminin şəxsi həyatı və yaradıcılığı haqqında ətraflı yazılar dərc edilib). Onun haqqında AE vııı cildinin 195-ci səhifəsində də yığcam məlumat verilib. Çox təəssüf ki,  türk əsilli Rumi kimi şəxsiyyət burada farsdilli şair kimi təqdim olunmuşdur.

2. Hegel Georq Vilhelm Fridrix (27.08.1770, Ştutqart-14.11.1831, Berlin)-alman filosofu. Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti “Məntiq elmi” əsərində tam şərh olunmuş dialektikasıdır. Hegel dialektikanın ən mühüm qanun və kateqoriyalarının təhlilini vermiş, dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti tezisini əsaslandırmış, ilk dəfə fəlsəfə tarixində dialektik məntiq sistemini geniş izah etmişdir, (AE, X cild, səh.168).

3. Dialektika-təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim, (AE, III cild, səh. 435).

 

may 2014-cü il

 

                                                       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam