Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İslam sosial şəbəkələri qadağan edir?

 

“Bəzi insanlar bu gün dini elə təqdim etmək, yaxud da din haqqında elə gümana düşmək istəyirlər ki, guya din sahəsi sanki elmi qəbul etmir, ya da dindar insan müasir sosial-şəbəkələrədən istifadə edə bilməz. Bu gün sosial şəbəkələrdə dindarların çox olmasının fərqindəyik. Sosial şəbəkələrdə insanların olmasının müsbət tərəfləri olsa da, bəzi mühafizəkar dindarlar tərəfindən bu, mənfi istiqamətə də yönəldilir” 

 

"Xeberinfo.com":  Məlumata görə, İlahiyyatçı Əkrəm Həsənov analitik.az-a açıqlamasında bildirib ki, bir çox radikal dindarlar öz profillərinə şəkil qoymağı haram hesab edirlər və bunu edənləri də təhqir edirlər. Onun sözlərinə görə, İslam dinində əllə çəkilən şəkillərin haram olması səhih hədislərdə bildirilib. Amma fotoaparatla çəkilən şəkillərin haram olması müasir dövrümüzdə bəzi suallar doğurur:“Çünki müasir dövrümüzdə fotoaparatlarla çəkilən şəkillər artıq zəruri ehtiyac doğuracaq həddə çatıb. 
Xüsusi ilə nəzərə alsaq ki, müasir dövrümüzdə şəkilin, videonun İslamın təbliğində də rolu qaçılmazdır. Mən haramı halallaşdırmaq qədər həddi aşmayaraq zəruri ehtiyaclardan dolayı fotoaparatla şəkilin sənəd üçün, ictimaiyyət üçün, kütləvi informasiya vasitələri üçün, təhlükəsizlik üçün, insanların səni üzdə tanımaları üçün çəkilməsinin müasir dövrümüz üçün vacib olduğu qənaətindəyəm.”
Ə. Həsənov qeyd etdi ki, İslam dinində sosial-şəbəkələrdə olmaq icazəli hesab edilir. Çünki insan dünyada baş verən bütün prossesləri, yaşadığı mühiti daha yaxşı bilməlidir. Onun da bu mühitə verdiyi böyük dəyərlər olmalı, müsbət fikirləri yaşadığı cəmiyyətə təqdim etməlidir: 
“Ancaq dinimiz sosial şəbəkə istifadəçilərinə də, həyatda yaşayan insanlara da tövsiyə edir ki, onlar verdikləri xəbərlərdə qərəzli olmasınlar, paylaşdıqları fikirlər reallıqları əks etdirsin, insanlarda Allaha bağlılığı artırsın. Cəmiyyətin bir-birinə sevgisini aşılasın”.
İlahiyyatçı vurğuladı ki, dinə görə sosial şəbəkələrdə xəbər verən, məlumat paylaşan verdiyi xəbərləri və məlumatları yaymazdan əvvəl onu dəqiqləşdirməlidir. Bəzən bir saytda bir yalan xəbər gedir, digər saytlar isə dərhal həmin yalan xəbəri bir-birindən köçürürlər. Bununla da yalanın yayılmasına səbəb olurlar:
“Bu, bir çox fəsadlara gətirib çıxara bilir. Yadınızdadırsa, bir müddət bundan öncə cəbhə bölgəsindən bəzi saytlar doğru olmayan informasiyalar verərək insanların yanlış düşüncəyə sahib olmalarına rəvac verdilər. Bütün bunlar dinimizdə bəyənilmir və bunu edən insanlar günah qazanmış olurlar. İstər real həyatda, istərsə də mediada bir xəbər görən kimi onu dəqiqləşdirmək dinimizin əmrlərindən ən vacibidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam