Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Nəfsini özünə izlədəndə -SƏN...

 


Zamanda insanın üzünə durur,
İrəli getsədə yerində sayır.
Günahı seçib o, üzünə vurur,
Sankilər, kaşkilər söyləyir sair...
*****
Düşün bir anla ki, öz xətanı sən,
Açdığın cığırla gedə biləsən.
Başına çıxarma, bir gədanı sən,
Yeyilən haqqını deyə biləsən!...
*****
Dövranın mayası yoğrulan zaman,
Ununda, suyunda az duzun olsun.
Heç olan külündən doğulan zaman,
Özünə baxmağa az üzün olsun...
*****
Gizlənib qalma sən, izin bəllidir,
Soyunu, kökünü gizlədəndə sən;
Kirlənmiş həqiqət "düz" ün həllidir.
Nəfsini özünə izlədəndə SƏN...!
*****
Həqiqət daima paralel olar,
Birləşməz nöqtəsi elə özünsən.
İnsanda bir azca xarakter olar,
Özündə özünə, təkcə çözümsən...
  Təranə Şəms. 11.03.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam