Aforizmilər
"Xeberinfo.com":
1.Cəhənnəmin daimi sakinləri... şeytanın əlindən badə içən CAHİLLƏRDİR..Təəssüf isə dözümsüzlük...TƏRANƏ ŞƏMS..
2.İnsan hisslərini öz varlığının köləsinə çevirənlər...Unutmasın ki, Məlum varlığın QULUDUR..TƏRANƏ ŞƏMS...
3. Əzəni əz..!sadə dolan sadə gəz...eləki söz dedilər..Küləyə dön, gendən ƏS...TƏRANƏ ŞƏMS..
4. Xəyallar insan təfəkkürünü uçuruma yuvarlayan bir heçdir.. TƏRANƏ ŞƏMS..
5. Tənhalıq... bədəndə ruhun sıxılmasına... şüurun isə tənəzzül etməsinə şərait yaradan amildir...TƏRANƏ ŞƏMS..
6. Düşünüb, hər sözü, yüz ölçüb biçin
Tapanda, həqiqət əyninə tikin.
Ağılla yerində, deyilən fikir,
Bəsirət camından bir badə içir. TƏRANƏ ŞƏMS..
7. Sima nə qədər gizli qalsa da... zamanla cuvalı GÜVƏ dağıdar və görünən vicud bəlli olar.. TƏRANƏ ŞƏMS...
8.Çatı alovlanmayan ocaqın tüstüsü göz çıxarar...Beləki ürək yanar.. göz ağlar...TƏRANƏ ŞƏMS...
9. Başqasında çürük toxum axtaran... öz zəmisində biçər..TƏRANƏ ŞƏMS..
10. Susqunluq insanda iç dünyanın FIRTINASIDIR...TƏRANƏ ŞƏMS...
11. Allah yaradan MƏXLUQATI...yəni insanlığı İNSANA möhtac qoymasın...belə ki, sağ əlin sol əl üzərində hökmranlığı kimi.. TƏRANƏ ŞƏMS..
12. Nəsən osan..zatına bax... nəsil-nəsil qatına bax..dili uzun danışma...öz ailənin ÇATINA bax..TƏRANƏ ŞƏMS..
13. Düzlük...ağılla, şüuru təfəkkürün müstəvisində kəsişdirən XƏTTDİR...Hansı ki, dilimiz bunu təsdiqləyir...TƏRANƏ ŞƏMS...
14. Yaşayaraq realda... insanın iç dünyasının dağılması... ölümü yaşayaraq qəbul etməsidir..TƏRANƏ ŞƏMS..
15. Əgər tüpürmüsənsə...?! onu yalamağa məhkumsansa demək bu insanlığın son həddidir... Hansı k,i çox qarşılaşırıq..TƏRANƏ ŞƏMS..
16. Qadın ailəsindən yetərli dəyəri ala bilərsə...həyat gözlərində yamaqlı güzgüdəki BAXIŞ kimi əyilməz! TƏRANƏ ŞƏMS…
17. Düşünüb, hər sözü, yüz ölçüb biçin
Tapdınsa, həqiqət əyninə tikin.
Yerində ağılla, deyilən fikir,
Zəkanın camından bir badə içir. TƏRANƏ ŞƏMS...
18. Haqqı tapdayan İNSAN...axirətdə üzünə açılacaq qapıları bağlayır və öz əlləri ilə cənnəti...cəhənnəmlə əvəz etmiş sayılır...TƏRANƏ ŞƏMS..
19. Gövdəli ağacın ən yaxşı budağında oturub... ətrafı yaxşı görmək istəyənlər... bilmirsiz başınız fırlanar... ağac sizi yox... siz ağacdan atılarsız..TƏRANƏ ŞƏMS..
20. Sadəlik insanın iç dünyasının HAMARLIĞIDIR ki...İnsanın münasibətində öz əksini tapır..TƏRANƏ ŞƏMS..
21. Təkəbbür.... ALLAHIN bizlərə verdiklərinə şükür etmək əvəzinə QÜRRƏLƏNMƏKDİR...Beləki öyünər VƏ qarşısındakını ƏZƏR..TƏRANƏ ŞƏMS..
22. Anaları elə sevin ki...Tanrıya olan sevginin önünə keçməsin... amma canınıza olan sevgidən artıq olsun...TƏRANƏ ŞƏMS...
23. İnsanları tanıdan... ZAMAN, nədənsə ÖZÜNÜ unudar...beləki, gah uzanar... gah da qısalar...zəifləmişdən GÜC ALAR...TƏRANƏ ŞƏMS..
24. Zaman dəyişməz deyil,
Uçsa belə, ZAMANDIR.
Mehin səmti bəllisə,
Verdiyi vəd Zamandır.
Saman çox UÇA bilməz,
Onun işi TAMAMDIR...TƏRANƏ ŞƏMS..
25. Siyasət aləmində olan şəxsiyyət.. gördüyünü alqışlayıb...düşündüyü ilə hərəkət edər...TƏRANƏ ŞƏMS..
26. Dost seçdiyin İNSAN... səni.. özü... özünü sən biləcəksə əl uzat....Beləki... bu qarşılıqsız düşüncə həyat yoluna maneədir...TƏRANƏ ŞƏMS...
26. Mənliyindən uzaqlaşan KƏS... başqasının SƏNİNDƏ ucalarsa...zahirən YOX.. daxilən məhf olmuş sayılır.. TƏRANƏ ŞƏMS...
27. Ölüm həyatla ayrılığın SON vidasıdır...hansı ki...istəmədən yol alırsan sonun əvvəlinə... əvvəlinsə sonu əməllərindən asılı olacaq..TƏRANƏ ŞƏMS..
28. Yaltaqlıq daxili zəiflikdən yaranan ZƏRURƏTDİR.. TƏRANƏ ŞƏMS..
29. İnsanın dünyaya baxışı məhbəsdirsə... düşündüyü təcridxanadır... şüurun isə qəfləti oyanışı PARTLAYIŞDIR...TƏRANƏ ŞƏMS..
30. Zaman SƏNƏ aid olanları səndən qoparırsa... sadəcə arxasınca baxmaq qalır... verməz ki...?! Çünki o çox XƏSİSDİR...TƏRANƏ ŞƏMS...
31. Sevilmədiyini bilən AŞİQ... ürəyini acıdırsa.. dərdinə nə məlhəm var... nə də, çəkdikləri ona KƏFFARƏDİR...TƏRANƏ ŞƏMS..
32. Anasına.. bacısına.. bir sözlə ailəsinə sahib çıxmayan övlad...yurdda sönmüş ocağın KÜLÜDÜR...TƏRANƏ ŞƏMS..
33. Utanmayan gözlər...yerə dikilməz...dili lal olub... dişi tikilməz...boyu olsa da...sözə biçilməz...nə yaxşı..nə pisdi.. desə seçilməz..TƏRANƏ ŞƏMS..
34Çox mənəm-mənəm deyənlər... sənlərə boyun əyərək... bizlərin KÖLƏSİ olublar...TƏRANƏ ŞƏMS...
35.. Meydanda geri çəkilmək...acizlikdirsə...özünə qınağı ruhun üsyanıdır...TƏRANƏ ŞƏMS..
36. İnsanın qəlbində SEVGİ tükənəndə kifayətdir... ucalan Qəsrdən bir kəpic çəkəsən...TƏRANƏ ŞƏMS..
37. Həyat mübarizədir...Varsan ƏS... bassan KƏS...TƏRANƏ ŞƏMS..
38. Ürəklərdə sevginin səhf düşməsi... bağbanın bağçada güı yerinə KOL əkməsinə bənzəyir...TƏRANƏ ŞƏMS...
39. Susqunluq... gələcək fəlakətin labüdlüyündən bəhs edir...TƏRANƏ ŞƏMS..
40. İnsanın keçmişi onun gələcəyinİ aşkarlayan çığırdır... Büdrəyə bilərsən...Yıxılma...! Qüdrətə uya bilərsən...TƏLƏSMƏ...Tələssən ÇAŞA..bilərsən...! Yolunu dəyiş... yenisini TAP... yolun əyrisə...AŞA bilərsən...Öysən özünü... Daşa bilərsən...yolların bəlli...seçdin hansını... yapış İKİƏLLİ...TƏRANƏ ŞƏMS...