Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur”

trend_allahshukur_pashazade_170913_main

Müstəqillikdən sonra bu gün ilk dəfədir ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri Ramazan bayramını eyni gündə qeyd edib, eyni vaxtda bayram namazı qılıblar.

Xeberinfo.com:   Trend-in məlumatına görə, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyə qədər sünni və şiə təriqətlərinin nümayəndələri başqa dövlətlərin təsiri nəticəsində bayramları fərqli günlərdə qeyd edirdilər: “Amma biz bu gün bərabərik. Bu gün biz bir yerdə namaz qıldıq. Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur. Rəsədxananın bizə verdiyi vaxta uyğun olaraq birinci dəfədir ki, bütün Azərbaycan məscidlərində birlikdə bir gündə namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir”.
A.Paşazadə vurğulayıb ki, dünyanın heç bir yerində bu cür vəhdət yoxdur: “Bu ancaq Azərbaycandadır. Bizim bir yerdə olmağımız vacibdir, çünki bizim böyük düşmənimiz var, Qarabağ boyda dərdimiz var. Əgər biz birlikdə olsaq, heç bir kəs bizə güc gələ bilməz. Bəzi dövlətlər çalışırlar ki, təxribat yaratsınlar, məzhəb ayrı-seçkiliyi yaratsınlar. İnşalah bu, alınmaz. Çünki bu vəhdəti heç kim qıra bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam