Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İnsanlıq üstə

 

Yolruh ATALI 

(İçsəs)

 

Əxlaqına uyğun olan – anlağına (idrakına) uyğun olandır.

***
Əxlaqına uyğun olmayan – anlağına uyğun olmayandır.

***
Hamı başqasına həqiqətini (əslində özünü) sübut etmək istəyir – həqiqətin sübuta gərəyi yoxdur. Özünü başqasına sübut etməksə – ağalıqdır.

***
Kimsə başqasına günəşin günəş olduğunu sübut etmir, ona görə ki, hamı günəşin günəş olduğunu anlayır.

***
Həqiqəti günəş kimi görünən etməli – görüb anladığını sübut etməyə gərək duymamalı.

***
İnsan özünə öz gözü ilə baxmalı: istər qıraqdan, istər içəridən.

***
Özünə özgənin gözüylə baxırsan, demək, özgəliyə yenilirsən, özünü özgənin dəyərindən asılı edirsən.

***
Özünə öz gözünlə baxırsan, demək, özündən böyük dəyərverən tanımırsan, özgənin dəyərinə gərək duymursan.

***
İnsan öz gözündə kimdirsə – başqası üçün də odur.

***
Çağımızın insanı bütün heyvani duyğuları dərindən yaşayır, yaşadır; bütün insani duyğuları üzəvari yaşayır, yaşadır.

***
İnsanlığın öldüyü, öldürüldüyü dünyada insan adı daşımağın anlamı qalmır.

***
Gördüyünüz heç bir işdə insani anlam və sonuc tapa bilmirsiniz, ona görə ki, insanlığı üzəvari yaşayırsınız.

***
Bütün insani duyğuların mütləqliyinə yetməli!

***
Dünyanı, həyatı yaşamağın şərti – dünyanı, həyatı yaşatmaqdır.

***
Yaşatmayan – yaşaya bilməz.

***
Özündə bütün insanlardakından artıq ruhsal güc görməyən, dünyaya qarşı dayana bilməz.

***
Həm mənəvi, həm də maddi qazancdan əldə edilən fərəh – ruhsaldlr.

***
Həm mənəvi, həm də maddi itkinin sonucu olan acı, iztirab – ruhsaldır.

***

İnsan ola bilmirsən – “İnsanlıq yoxdur” deyirsən.

Əxlaqlı ola bilmirsən “Əxlaq yoxdur” deyirsən.

Özündə olmayanı – yaşamda yox sayırsan.

***
Atamız var olsun!

 

23 İşıq 36-cı il.

 

(23.5.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam