Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Almanlar -pullarına necə qənaət edirlər?

Bu günlərdə Düsseldorf aeroportunda sərnişinlərin təyyarədən düşməsi zonasında nömrələrin yeni avtomatik skanlanması sistemi tətbiq edilib. Sərnişinləri yola salan avtomobillər burada 10 dəqiqəyə qədər pulsuz dayana bilər, sonrakı 5 dəqiqə üçün 5 avro, daha sonra hər bir 5 dəqiqə üçün 3 avro ödəmək lazım gəlir. Ən sərfəli variant maşını qısamüddətli parklayıb bir saat üçün 9 avro ödəməkdir.

Yenixeber.org:   Sərnişinləri qarşılayan avtomobillərin pulsuz dayanması üçün vaxt cəmi 2 dəqiqədir. Girişdə limit vaxtından kənara çıxmayanda nömrə nişanı skanlanan kimi turniketlər avtomatik açılır. Bu da nəzarət məntəqələrində vaxta qənaət etməyə və maşınların toplanmasının qarşısını almağa kömək edir.

Köln və Bonn aeroportları da bu ilin yazında sərnişinlərin təyyarəyə minməsi və təyyarədən düşməsi zonaları üçün qaydaları dəyişərək giriş yerlərində turniketlər quraşdırıblar. Burada minmə və düşmə üçün pulsuz vaxt 10 dəqiqədir. Sonrakı 15 dəqiqənin qiyməti 5 avrodur. Pulsuz limit vaxtının yarım saat aşılması 12 avroya başa gəlir ki, bu da hər kəsin cibinə görə deyil.

Bəs yeni qaydalardan xoşlanmayan almanlar belə hallarda necə hərəkət edirlər? Bəzən onlar reyslərin gəlməsini avtobanın aeroporta gedən ehtiyat zolağında gözləyirlər. Amma polis onları qovur, çünki həmin zolaqda dayanmaq olmaz. Sərnişinləri qarşılayanlar vəziyyətdən çıxış yolunu tapıblar. İndi onlar təyyarənin gəlməsini və sərnişinin aeroport binasından çıxmasını yaxınlıqdakı qoruq zonalarda istirahət edənlər üçün nəzərdə tutulmuş dayanacaqlarda gözləyirlər. Əslində, Köln aeroportu Van çöllüyünün ortasında yerləşir. Buradakı dayanacaqlarda dayanmaq isə qadağan deyil.

Budapeşt aeroportunda qarşılayanlar bəzən oxşar vasitədən istifadə edirlər: onlar maşını yaxınlıqdakı yanacaqdoldurma stansiyasında parklayıb, aeroport binasından çıxan sərnişinin onlara zəng etməsini gözləyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam