Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Daima “saxta xəbərlər”dən bəhs edən Trampın saxta videoları – Yeni qalmaqal

ABŞ prezidenti Donald Trampın 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün hazırlanan və Facebookda paylaşılan reklam videolarında hazır görüntülər və aktyorlardan istifadə etdiyi, videolarda qeyd edilən bəzi yerlərin də başqa ölkələrdə olduğu ortaya çıxıb.

Yenixeber.org: İyun ayında sosial media saytına yüklənən bir reklam videosunda "Floridadan Treysi” olaraq tanıdılan, qumluqda yeriyən bir qadın görünür və “Prezident Tramp möhtəşəm bir iş ortaya çıxarır. Amerika Birləşmiş Ştatları üçün daha yaxşı bir prezident düşünə bilmirəm” səsi də görüntülərlə paralel səslənir.

Amma floridalı Treysi əslində bir aktrisadır və video Getty Images'ın ödənişli, hazır videolarla dolu servisi olan iStock'dan alınıb. iStock'da Treysinin qaçdığı, ata mindiyi, bir atelyedə işlədiyi, itini gəzməyə çıxardığı və hətta həkim rolunda olduğu videolar mövcuddur. 

Reklam videolarının gerçəkliyi dartışması ilk olaraq keçən həftə siyasi mövzularda yazan Cadd Legum adlı qəzetçi tərəfindən gündəmə gətirilib. Legum yazıb ki, "Tramp qadınlar və xüsusən də gənc qadınlar arasında çox da populyar deyil. Bu səbəbdən də Facebook ve Google-da paylaşılan reklam videolarında gənc bir qadın olan Treysidən istifadə edir”.

Reklam videosunda, ekranın altında bir neçə saniyə görünən “fikirlər həqiqi, aktyorlar simvolikdir” xəbərdarlığı yer alsa da, həqiqi dəstəkçidən istifadə əmri vermək səlahiyyətinə malik olan və tez-tez “saxta xəbər” məsələsini xüsusilə vurğulayan Trampın niyə aktyordan istifadə etmə ehtiyacı hiss etdiyi mübahisə mövzusudur.

Bir Twitter istifadəçisi “Niyə seçki kampaniyasının reklamı üçün hazır şəkillər və ABŞ xaricindən aktyorlardan istifadə edirsən? Amerikada səninlə işləyəcək heç kimi tapa bilmədinmi?” deyə yazıb.

Bir digər reklam videosunda da Vaşinqtondan Tomasın görüntüləri üzərində “Prezident Tramp və ailəsinə Allahın güc verməsi üçün dua edirik” səsləndirməsi eşidilir.

Tomas da əslində hazır videolar servisinə “saqqallı hipster” yazınca qarşımıza çıxan aktyorlardan biridir. Reklamda Tomasın Vaşinqtonda çalışdığı kafedə olduğu iddia edilir, ancaq bu kafe əslində Tokioda yerləşir. Trampın reklam heyəti kafenin yerinin bəlli olmaması üçün bayırdakı lövhəni videoda mozaikləşdirib. iStock'dakı orijinal videoda lövhədə yaponca yazı olduğu açıq şəkildə görünür.

Amma Tramp reklam kampaniyasında hazır videolardan istifadə edən ilk siyasətçi deyil. 2016-cı il prezident seçkilərində cümhuriyyətçi namizədlərdən olan Marko Rubionun da “Amerikada sabah” yazısı ilə paylaşdığı videonun əslində Kanadada Vankuver limanını göstərdiyi üzə çıxmışdı.

Sentyabrda keçmiş Florida qubernatoru Jeb Buşu dəstəkləyən bir qrupun paylaşdığı videolar da İngiltərə və cənub şərqi Asiyadan mənzərələr, insanlarla dolu idi.

Yanvar ayında yenə Trampın ABŞ-ın sərhəd təhlükəsizliyi ilə bağlı yayınladığı reklamdakı insanların da Tunisdən İspaniyaya keçən afrikalı qaçqınlar olduğu ortaya çıxmışdı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam