Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Seçkidə yorğunluqdan ölənlərin sayı 318-ə çatıb- İndoneziya

 

Seçkidə yorğunluqdan ölənlərin sayı 318-ə çatıb
Aprelin 17-də İndoneziyada keçirilən seçkilərdə yorğunluqdan ölənlərin sayı 318 nəfərə çatıb. 
Yenixeber.org: Xarici KİV-i xəbər verir ki, 2232 komissiya üzvü xəstəxanalara yerləşdirilib. 
İndoneziya hökuməti ölən şəxslərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb. Seçki bülletenlərinin sayılma prosesi hazırda davam edir. Bu səbəbdən ölən və halı pisləşənlərin sayının artacağı istisna olunmur. Seçkinin nəticələri isə mayın 22-də açıqlanaq. 
Qeyd edək ki, aprelin 17-də İndoneziyada prezident, parlamentin hər iki palatası və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Bu dəfəki seçkilər nəinki İndoneziya, bütövlükdə dünyanın ən iri miqyaslı seçkiləri olub. Səsvermə hüququna malik 190 milyon 779 min 969 seçici birbaşa seçkilər yolu ilə təkcə ölkə prezidentini yox, həm də 16 partiyanı təmsil edən təqribən 20 min qanunvericini seçib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam