Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyadakı böhranın Azərbaycana təsiri

"Ölkəmizə Rusiyadan gələn pulun həcminin azalması sosial problemləri dərinləşdirəcək"

"Xeberinfo.com":Ukraynaya hərbi təcavüz etdiyi üçün Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi durum getdikcə pisləşir. Rusiya Milli Bankının son açıqlamalarına görə, rubl tarixində ilə dəfə dollara və avroya nisbətdə ən ucuz həddinə düşüb. Noyabrın 7-da 1 dollar 49, 1 avro 59 rubla satılıb. Prosesin əsas tətikçisi isə dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Qərb Rusiya iqtisadiyyatının neftdən asılılığını nəzərə alaraq bütün resurslarını neftin satış qiymətinin davamlı enişini qorumağa yönəldib.
Milli valyutanın ucuzlaşmasını Rusiya hökuməti hələlik milli valyuta üçün ekspertlərin iddia etdiyi kimi fəlakət saymır.
Hökumət üzvlərinin açıqlamaları durumun iqtisadi təhlilindən daha çox siyasi bəyanatlar tonundadır – Rusiya böyük və güclü dövlətdir, nəhəng potensialı var, bu durumdan çıxa biləcək. Ekspertlər isə hökumət üzvləri qədər optimist deyillər.
Rusiya Beynəlxalq Bankının analitiki Maksim Korovun yerli mediaya açıqlamasında deyib ki, rublun ilin əvvəlindən 30 faizə qədər ucuzlaşması ölkənin maliyyə sabitliyi üçün böyük ruskdir: “Çoxları biznes-planlamada durumun bu qədər dramatik olacağını güman etmirdi. Belə bir durumda “Bank Rossiya”nın durumdan çıxış üçün valyuta intervensiyasını həyata keçirəcəyi istisna deyil. Əks halda, rublun ucuzlaşma tempi daha da sürətlənə bilər”.
Rusiya iqtisadçıları bir müddət öncə proqnozlarında bildiriblər ki, əgər neftin dünya bazarındakı satış qiyməti 70 dollara ensə, 1 dolların 50 rubla qədər bahalaşa bilər. Artıq dünya birjaları Brent markalı neftin barelini 80-82 dollara təklif edir. Rusiya Mərkəzi Bankının noyabrın 5-də yaydığı açıqlamada bildirilir ki, rublun sabit qalması üçün hər gün dövriyyəyə 350 milyon dollar çıxarılır. Bu tədbir bir neçə günə rublu sadəcə 5 qəpik həcmində möhkəmləndirə bilir.
Rusiya Mərkəzi Bankının oktyabr ayına olan hesabatında göstərilir ki, bank rublun kursunun saxlanmasına 29,26 milyard dollar xərcləyib. Noyabr ayı başlayandan isə hər gün bu məqsədlə 350 milyon dollar xərclənir.
Rusiya prezidenti Vladimir Putin bu durum üçün Qərbin məsuliyyət daşıdığını deyib. Rusiya Federasiya Şurasındakı çıxışında Putin deyib ki, neftin qiymətinin enməsi qərarı ABŞ-la dünyanın ən böyük neft idxalatçısı olan Səudiyyə Ərəbistanı arasındakı anlaşma əsasında baş verir. Putin çıxışında xəbərdarlıq da edib – neftin satış qiymətinin 80 dollar həcmində qalması dünya iqtisadiyyatını çökdürəcək.
Bütün çətinliklərə baxmayaraq dünya ilə Ukrayna cəbhəsində savaşını davam etdirən Putin iqtisadiyyatdakı ağır nəticələrə baxmayaraq siyasətinin yumşaltmaq fikri yoxdur. Ukrayna yerli qaynaqları bildirir ki, yaxın 2 gündə Rusiya yenidən Ukraynanın separatçıların nəzarətində olan şərq vilayətlərinə “humanitar yardım” göndərməyə hazırlaşır.
Putinin dəstəkçiləri arasında Sovetlər Birliyinin sonuncu rəhbərlərindən Mixail Qorbaçov da var. Noyabrın 6-da Berlin divarlarının yıxılmasının ildönümü ilə bağlı Almaniyada çıxış edən Qorbaçov deyib ki, Rusiyanın maraqlarını prezident Putin kimi müdafiə eləyən ikinci şəxs yoxdur.
1uİqtisadçı ekspert Rövşən Ağayev də Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı pessimist proqnoz verir: “Rusiya iqtisadiyyatı innovativ iqtisadiyyat deyil. Yəni Rusiya iqtisadiyyatı texnologiyalar baxımından qabaqcıl iqtisadiyyat sayıla bilməz. İqtisadi böhranlardan daha rahat çıxan ölkələr məhz texnologiya baxımından yüksək inkişaf etmiş ölkələrdir. Son 30-40 ilin praktikası bunu göstərir. Sual yarana bilər ki, axı yüksək texnoloji imkanları olan ölkələr də böhrana düşə bilir. Ümumiyyətlə böhran iqtisadiyyat üçün xarakterik durumdur. Önəmli olan ölkələrin böhrana nə qədər davamlı olmalarıdır. Rusiyanın geridə qalmış, xammal iqtisadiyyatı belə bir uzunmüddətli böhrana davam gətirəcək kimi görünmür. Rusiya yeni texnologiyalar baxımından güclənməsə, bu böhrandan son dərəcə zəifləmiş şəkildə çıxacaq. Düşünürəm ki, bunun siyasi nəticələri də ola bilər. Rusiya iqtisadiyyatı neft gəlirləri üzərində qurulub. Rusiya hökumət üzvləri də etiraf edir ki, neft maşınqayırmasının 70 faizi idxaldan asılıdır. Qərb isə məhz bu sahəyə sanksiyalar tətbiq edir. Rusiya artıq indi işlətdiyi texnologiyalarla bağlı həyəcan təbili çalır. Çünki onların böyük bir hissəsi artıq köhnəlib. Əgər Rusiya Qərbin sanksiyaları götürməsinə nail olmasa, ölkənin neft hasilatında da ciddi problemlər yaranacaq. Söhbət ənənəvi neftçıxarmadan gedir. Texnologiyalarla neft hasilatı isə artıq böhrana daxil olub”.
Rövşən Ağayev deyir ki, Rusiya illərdir iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün heç bir ciddi proqram həyata keçirməyib: “Avropa ölkələrinin hamısının bir yerdə torpağı Rusiyanın torpaqlarında azdır. Ancaq Rusiya kənd təsərrüfatını inkişaf etdirməyib. Bu haqda məsələ qaldırılanda Rusiya təbii şəraitinin olmamasını bəhanə gətirir. Məgər, Avropanın inkişaf edən ölkələrindəki durum Rusiyadakından daha münasibdir? Fransanın münbit torpaqları Rusiyanın torpaqlarından on dəflərlə azdır, ancaq aqrar sənayenin inkişafına görə birinci üçlükdədir. Rusiya isə bu qədər torpaq ehtiyatı olduğu halda ərzaq təminatında 70 faiz idxaldan asılıdır. Rusiya durumu dəyişmək üçün heç bir addım atmır. Üstəlik ölkədəki siyasi idarəetmə ölkəni aparın dalana çıxarıb – ölkə demək olar, dünyanın yarısına savaş açıb”.
Rusiya iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına təsiri də güclüdür. Azərbaycanın 2 milyona yaxın vətəndaşı Rusiyadadır. Ölkə əhalinin ciddi bir kəsimi Rusiyadakı yaxınlarının göndərdiyi vəsait hesabına keçinir. Aydındır ki, Rusiyanın ciddi böhrana girməsi dolayısı ilə Azərbaycan vətəndaşlarının maddi təminatına da mənfi təsir göstərəcək. Rövşən Ağayev düşünür ki, ən qısa zamanda Azərbaycan vətəndaşları böhranı hiss etməyə başlayacaq: “Azərbaycanın həm neft, həm də digər məhsullarının ixracında, həm də idxalda Rusiya birinci yerdədir. Belə sıx iqtisadi münasibətlər qurulan ölkənin böhrana düşməsi təbii, Azərbaycana da təsirsiz ötüşməyəcək. Əgər Rusiyada vətəndaşın alıcılıq qabiliyyəti düşürsə, bizim ixracımız üçün problem yaranır. Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi Azərbaycan idxalçılarına müəyyən imkanlar yaratdı – Qərbdən idxalı dayandırılan məhsulların yerini Azərbaycan məhsulları tutdu. Ancaq alıcılıq qabiliyyəti düşərsə, bu bazarın önəmi xeyli dərəcədə azalacaq. İdxal məsələsində isə durumu bir qədər fərqlidir. Azərbaycanın manatı dollara bağlıdır. Rublun ucuzlaşması Rusiya məhsullarının qiymətlərinin enməsinə gətirib çıxarır. İqtisadi məntiq onu deyir ki, indi Azərbaycan Rusiyadan məhsulları daha ucuz alır. Rusiyadakı böhranın ən ağır zərbəsi yaşayışı faktiki olaraq Rusiyadan təmin olunan insanlara dəyəcək. Təsəvvür edək ki, 3 ay öncə 100 min rubl qazanan vətəndaşımız pulunu dollara çevirdikdə 3000 dollar edirdi, indi həmin məbləğ 2000 dollardır. Bu o deməkdir ki, insanlar gəlirlərinin 25-30 faizini itirib. Ən təhlükəli məqam odur ki, proses hələ də davam edir. Azərbaycanın xüsusən regionlarında əhalinin böyük bir hissəsi hətta gündəlik dolanışıq məsələsində Rusiyadan göndərilən pullardan asılı vəziyyətdədir. Yəni Rusiya iqtisadiyyatının çöküşü iqtisadi planda Azərbaycanın ziyanınadır”.
Ekspertin fikrincə, bu durum siyasi müstəvidə Azərbaycanın maraqlarına cavab verə bilər. Ancaq bu uzunmüddətli prosesdir. Yaxın dönəm üçün Azərbaycanın sosial-iqtisadi durumunu daha çox mənfi təsirlər gözləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam