Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Neft yenidən bahalaşır

 

Ekspertlər bildirirlər ki, bahalaşma müvəqqətidir, çünki bunun üçün ciddi səbəb yoxdur

 

"Xeberinfo.com":  Məlumata görə, Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Son günlər artmağa başlayan qiymət artıq 62 dolları keçib. Brent markalı neft 1,38 faiz bahalaşaraq, 62,37 dollara çatıb. WTI markalı neftin qiyməti isə 0,53 dollar yüksələrək, 53,06 dollar təşkil edib.
Azərbaycan rəsmiləri isə ölkədə neft hasilatının azalmayacağını bildirirlər. 
“Neftin dünya bazarlarında qiymətnin düşməsinin Azərbaycanda neft hasilatına təsiri olmayacaq”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. 
  
Lent.az-ın məlumatına görə, o, deyib ki, Azərbaycanda neft hasilatı azalmayacaq: “Bəlkə izafi xərclər bir qədər azala bilər. Amma neftin hasilatına ayrılan maliyyə azaldılmayacaq”.
X.Yusifzadə həmçinin qeyd edib ki, Azərbaycanın 2 milyard ton təsdiqlənmiş, 2 milyard ton isə perspektiv neft ehtiyatı var. O, qaz ehtiyatlarından da danışıb: “Təsdiq olunmuş qaz ehtiyatımız 2 trilyon 550 milyard kubmetrdir. 4 milyard ton da qaz kondensatımız var”.
Qeyd edək ki, neftin dünya bazarında satış qiymətinin 60 dolları üstələməsi rus rublunun güclənməsini də stimullaşdırır. Rusiya Mərkəzi Bankının açıqladığı satış məzənnəsində rublun kəskin bahalaşdığı görünür. 
Belə ki, 1 dollar 62,66 rubla, avro isə 71,54 rubla düşüb. Fevralın 14-də isə Rusiyanın Mərkəzi Bankı 1 dolları 65,08 rubla, avronu isə 74,36 rubla satırdı. Moskva birjasında isə son olaraq, dollar 62,81 rubl, avro isə 71,66 rubla düşüb. 
Yerli ekspertlər isə neftin qiymətinin qalxmasına müxtəlif səbəblər göstərirlər. Onlar bildirirlər ki, son on gündə neft bazarı öz tarixinin ən maraqlı günlərini yaşayır. Belə dalğalanmalar bazar üçün heç yaxşı hal deyil. 
Ekspertlərin sözlərinə görə, qısa müddətdən sonra neft yenidən ucuzlaşmağa başlayacaq. Çünki neftin qiyməti səbəbsiz yerə artır. Çünki neftin qiymətinin artması ilə bağlı fundamental iqtisadi səbəblər yoxdur. Bəzi şayiələr üzərində sirkulyativ hərəkətlər edilir. Həmçinin vurğulanır ki, yaxın gələcəkdə neftə olan tələbatda artım gözlənilmir. 
Xatırladaq ki, neftin qiyməti bir il ərzində 54 faiz aşağı düşüb. Beynəlxalq Energetika Agentliyinin rəsmisi deyib ki, qiymət belə davam edərsə, neftin istehsal edilməsi üçün qoyulan investisiyalar 100 milyard dollara qədər azalacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam