Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Neftin indiki qiyməti hələlik manat üçün sabitlik vəd etmir”

 

Ekspertlər bildirirlər ki, manatın bahalaşması daha çox Mərkəzi Bankın psixoloji olaraq, bazarı sakitləşdirmək siyasətidir

 

"Xeberinfo.com":  Son günlər neft və dollarla bağlı situasiya dəyişməkdədir. Rusiyada dolların məzənnəsi kəskin aşağı düşüb. Moskva birjasında 2014-cü ilin noyabr ayından bu yana dollar ilk dəfə olaraq, 50 rubla qədər ucuzlaşıb. Avro isə 1,1 rubl ucuzlaşaraq, 53,07 rubl olub. 
Qeyd edək ki, aprelin ilk on günlüyündə avro Rusiya valyutasına nisbətdə 1,37 rubl ucuzlaşmışdı və 53,84 rubla bərabər olmuşdu. Dolların məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq, 50,82 rubla bərabər idi. 
Həmçinin dünya bazarında neft də bahalaşmaqdadır. Ekspertlər bu iki faktın manata təsirinin olacağı qənaətindədirlər. 
Ekspert Samir Əliyevin sözlərinə görə isə, neftin indiki qiyməti manat üçün sabitlik vəd etmir: “Neft hazırda bahalaşır. Mart ayının ortalarından başlayaraq, son aylarda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Aprelin 10-dan isə dayanmadan üzü yuxarı gedir. Bu müddətdə “qara qızıl”ın hər bareli London birjasında 55 dollardan 65 dollara qədər bahalaşıb. Sonuncu dəfə ötən ilin dekabrında indiki həddə olub. Azərbaycanın milli valyutasının məzənnəsi də neftin qiymətindən birbaşa asılıdır. Neftin qiymətinin hərəkət trayektoriyasından asılı olaraq, manat da hərəkət edir. Ekspertlər neftin bahalaşacağı təqdirdə, manata təzyiqlərin azala biləcəyini qeyd edirlər. Mərkəzi Bankın rəhbəri də son açıqlamasında manatın neftin qiymətinə adaptasiya olunacağını bildirib. Neftin indiki qiyməti manat üçün sabitlik vəd etmir. Manatın son günlər bahalaşmasını daha çox Mərkəzi Bankın psixoloji olaraq, bazarı sakitləşdirmək siyasəti kimi də qiymətləndirmək olar. Fevral devalvasiyasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatlarının mart ayında 14 faiz azalması manata təzyiqin güclü olduğunu göstərir. Hətta mart ayında neftin bir qədər bahalaşması, dolların isə cüzi ucuzlaşması da təzyiqi azalda bilmədi. Çünki manata ən böyük təzyiqi hazırda panika yaradır. Bu təzyiq yaxın aylarda da davam edəcək. Sonra sakitləşəcək”. 
Ekspertin sözlərinə görə, hər şey dünya əmtəə bazarlarındakı proseslərdən və hökumətin bu proseslərə reaksiyasından asılı olacaq: “Neftin qiyməti 70 dollar həddini keçərsə, manatın məzənnəsində sabitlik yarana bilər. Eyni zamanda, hökumət bəzi addımlar atmaqla, manata təzyiqi azalda bilər. Bu addımlardan biri də 2015-ci ilin dövlət büdcəsi xərclərinin azaldılması ola bilər”. 
Samir Əliyev qeyd edib ki, rublun bahalaşması da müvəqqətidir: “Rus rublu da artıq son həftələr bahalaşır. Ötən ilin noyabr ayından sonra ilk dəfə olaraq, dollar 50 rubl həddindən aşağı düşüb. Bu bahalaşma böyük ehtimalla uzunmüddətli olmayacaq. Neft bahalaşmasa, bir müddətdə sonra rublun yenidən ucuzlaşması müşahidə ediləcək. Əslində rublun bahalaşması Rusiya üçün də əlverişli deyil. Rublun ucuzlaşması ixracın artırılması üçün şans yaradıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ümumi ticarət dövriyyəsində 4-cü ən böyük ölkədir. İdxalda ən böyük böyük çəkiyə malik ölkədir. Qeyri-neft məhsullarımızı ixrac etdiyimiz əsas ölkələrdəndir. Rubl kəskin ucuzlaşmağa başlayanda kənd təsərrüfatı məhsullarımızın rəqabət qabiliyyətini aşağı salırdı. İndi rublun bahalaşması Azərbaycan üçün də əlverişlidir. Rublun bahalaşması həmçinin Rusiyadan soydaşlarımız tərəfindən ölkəmizə pul göndərişlərinin dəyərinin artmasına gətirib, çıxarır. Dünya Bankının hesablamalarına görə, Azərbaycan iqtisadiyyatının 2,5 faizi pul köçürmələrindən asılıdır. Bu baxımdan, rublun bahalaşması manata az da olsa, əlavə dəstək verir”.
Ekspert Natiq Cəfərli isə vurğulayıb ki, neftin və rublun bahalaşması bir-birlərinə yaxın mövzular olsalar da, müxtəlif faktorlarla bağlıdır: “Rusiyada rublum bahalaşmasına bir neçə faktor təsir edir: Rusiyaya idxal azalıb. Ona görə də, ölkədən biznes məqsədi ilə çıxan valyuta azalıb. İkincisi, Kreml öz nəzarətində olan oliqarxlara, biznes çevrələrinə əldə etdikləri valyutanın bir hissəsini daxili bazarda satmağı tapşırıb. Bu da dollar bolluğu yaradıb. Üçüncüsü, Rusiyanın xarici borcunun ödəmə qrafikində bu aylarda ciddi məbləğlər yoxdur. Amma ilin sonuna doğru ödəmələrin intensivliyi artacaq”.
Ekspertin sözlərinə görə, neftin qiymətinin müvəqqəti qalxmasının tək səbəbi var: “Tamamilə ABŞ-a köklənmiş bazar ancaq oradan gələn siqnallara reaksiya verir. Son həftə ərzində ABŞ-da istehsalın bir qədər azalması, qiymətləri yuxarı çəkdi. Başqa heç bir fundamental səbəb yoxdur. Tam tərsinə, neft bazarında qiymətləri aşağı çəkəcək bir neçə faktor var ki, yaxın zamanda təsirini göstərəcək. Bunlar İranın bazara girməsi, İraqın hasilatı artırması və Səudiyyə ilə Rusiyada da hasilatın pik nöqtəyə çatmasıdır”.
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam