Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qadın çimərlik geyimləri qadağan edilib***Türkmənistanda

 

Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib

 

Yenixeber.org: Hazırda mağazalarda qadağadan əvvəl idxala edilən geyimlər satılır.

“Çimərlik mövsümü yaxınlaşır, bu mallara təlabat artır. Ancaq Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi qadağan olunub. Gömrük Xidməti qadağanın səbəbini açıqlamır”, -  satıcılar bildiriblər.

Türkmənistanın Gömrük Xidməti məsələ ilə bağlı KİV-in sorğularına cavab verməyib.

Bununla belə adının açıqlanmasını istəməyən gömrük əməkdaşı qadağa ilə bağlı ehtimalını bildirib: “Ola bilsin, bu, türkmənlərin mənəvi dəyərləri ilə bağlıdır. Başqa sözlə, türkmən qızları çimərlik paltarı geyinmələrinə ehtiyac görmürlər”. 

Lakin gömrük əməkdaşı qadağanı indi tətbiq edilməsinin səbəbini izah edə bilməyib.

Qeyd edək ki, Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) hakimiyyəti illərində də müxtəlif qadağalar tətbiq edilirdi. Məsələn, qızıl dişlər, saçların və saqqalın uzadılması qadağan olunmuşdu. 2013-cü ildən isə dövlət müəssisələrində işləyən, ali məktəblərdə təhsil alan qızlar qırmızı rəngli donlar və milli yayılıqlar geyinməyə məcbur olunurlar.

Bu yaxınlarda isə Türkmənistana xaricdən saç boyalarının gətirilməsi qadağan edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam