Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AMERİKAYA GƏLƏN SAVADLI VƏ TƏCRÜBƏLİ MİQRANTLARIN SAYI ARTIB –Tramp köç qaydalarını kimdən "oğurlayıb"? - ARAŞDIRMA

“The Economist” (Böyük Britaniya)

 

Filippinli Xose Rommel Umano ötən payızda Nyu-Yorka köçüb. O, bir müddətdir Amerikada yaşayan ailəsi, xanımı ilə birləşmək üçün viza ilə gəlib. Bu tipik əhvalatdır: Amerika digər zəngin ölkələrə nisbətən miqrasiya ərizələrini nəzərdən keçirərkən ailə üzvlərinə qovuşmağa daha çox üstünlük verir.

Yenixeber.org: Daha təəccüblü odur ki, Rommel Umano ABŞ-a Tokio Universitetinin magistr dərəcəsi ilə gəlib və onun Yaponiyada 20 il memarlıq təcrübəsi var. Amma bu da tipik məsələdir. 2011-2015-ci illər arasında Birləşmiş Ştatlara gələn bütün miqrantların təxminən yarısı kollec təhsilli olub. Düşüncə quruluşu olan Miqrasiya Siyasəti İnstitutu (MPI) tərəfindən dərc olunan hesabatın həmmüəllifi Janna Batalovanın fikrincə, bu, Amerika üçün gözlənilməz səviyyədir.

Donald Trampın bir çox icra əmrlərindən biri əmək, ədliyyə və daxili təhlükəsizlik nazirliklərinə immiqrasiya qaydalarını araşdırmaq barədə verdiyi göstərişdir. Qanunsuz miqrantlara qarşı düşmənçiliyi ilə tanınan prezident, həmçinin, Kanada və ya Avstraliyanın təcrübəsini Amerika üçün nümunə kimi nüsxələmək, seçim meyarlarını dəyişmək istəyir.

1967-ci ildə Kanada miqrantlar üçün bal sistemi tətbiq edən ilk ölkə olub. Kanada və Avstraliya indi də həm təhsil dərəcəsi, iş təcrübəsi və ingilis (və fransız dili) dilini sərbəst danışan miqrantlara prioritet verir.

Prezidentin bəzi məsləhətçiləri bu ağır tələb sisteminin Amerikanın ailənin birləşməsi yanaşmasından daha yaxşı olduğunu düşünürlər. 2013-cü ildə Nümayəndələr Məclisində “vəfat edən” miqrasiyaya dair qanun layihəsi də bal sisteminə əsaslanırdı.

İki şey bu əzmkarlığı cilovlamalıdır. Birincisi, Kanada və Avstraliya “təmiz nöqtələr” sisteminin yaxşı işləməyəcəyini düşünür. Çünki viza alanların çoxu işsizdir. Hər iki ölkə öz miqrasiya meyarlarını dəyişdikdən sonra ciblərində iş təklifləri olan ərizəçiləri ön sıraya qoyub. İkincisi, Amerikaya, ailə üzvlərinə qoşulmaq üçün hərəkət edən miqrantlar daha yaxşı təhsil almışlardır.

2015-ci ildə 1 milyondan artıq yeni “yaşıl kart” sahibinin (ya da daimi sakinin) demək olar ki, yarısı ABŞ vətəndaşlarının yaxın qohumlarıdır. Onların 20%-i digər ailə üzvlərinə verilən imtiyazlardan faydalanıb. Qaçqın və ya sığınacaq axtaran şəxslər (əlavə olaraq 5%-i lotereya udanlar) kimi ölkəyə daxil olanlar bu göstəricinin 14%-ini təşkil edib.

Təhsil dərəcəsi ilə gələn miqrantların payı, 1986-cı ilə 1990-cı illər arasında gələnlərə nisbətən 27%-dən çoxdur.

Amerika belə bir artım görmüş yeganə zəngin ölkə deyil. OECD-in (əsasən zəngin ölkələrin klubu) hesabatına görə, 2001-ci ildən 2011-ci ilədək üzv ölkələrə gedən kollec təhsilli miqrantların sayı 70% artıb. Son dövrdə Amerikaya köçənlər Avropadan ayaq açıb. Ancaq Avstraliya və Kanada bu göstəricidə hələ də bir qədər geridə qalır.

Nəticədə, Amerika daha yaxşı təhsil alan insanlar cəlb etmək üçün yerli əhalidən daha az təhsilli olanları idxal etməkdən vaz keçib. Əksər ştatlar 2010-2014-cü illəri əhatə edən kollec təhsilli miqrant populyasiyasında qazanıb. Miqrantlar 26 ştatda amerikalılardan daha çox təhsilli olub.

MPİ təmsilçisi xanım Batalova deyir: "Bu dəyişiklik daha geniş əhali və siyasətçilər tərəfindən diqqətsiz qalıb. Bir çox insan miqrantlar barədə köhnəlmiş anlayışına sahibdir. Sənədsiz miqrantların sayı azalır, ancaq MPI məzun miqrantların beşdə birinin sənədsiz olduğunu hesab edir. Qaçqınların isə təxminən üçdə birinin elmi dərəcəsi var”.

Miqrantların qarşılaşacağı çətinliklərdən biri də işəgötürənlərin həmişə xarici dərəcə və təcrübəni tanımamasıdır. Köhnəlmiş lisenziyalaşdırma tələbləri və qaydaları da zərər verir. “Upwardly Global” xeyriyyə təşkilatı ixtisaslı miqrantlara öz CV-lərinin Amerika strukturlarına çatdırılmasına kömək edir.

Amma Rommel Umano, illərlə memar işləmiş və iki elmi dərəcəsi olmasına baxmayaraq, Amerikada ixtisası üzrə işləməkdə çətinlik çəkir. Pula ehtiyac onu Bronksdakı evindən iki saat uzaqlıqdakı Nyu-Cersidə, anbarda işə düzəlməyə vadar edib. Xeyriyyə təşkilatı onun CV-sini işəgötürənə, tikinti firmasına çatdırıb. Oradakı iş Yaponiyada gördüyü işə olduqca bənzəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam