Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunların pozulması ilə bağlı 2837 qərar qəbul edilib

 

Avqust ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2837 qərar qəbul edilib.

 

Yenixeber.org: DMX-dən verilən məlumata görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

 

Ümumiyyətlə, ötən ay ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7181 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

 

Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin  müraciəti qeydə alınıb.

 

Ay ərzində  DMX tərəfindən 1 maarifləndirmə tədbiri və 1 səyyar xidmət təşkil edilib. Həmçinin, “Beynəlxalq Sülh Günü” münasibətilə Qusarda, Zaqatalada və Lənkəran Dövlət Universitetində rayon ictimaiyyətinin iştirakı ilə “Azərbaycan Dövlətinin yeritdiyi sülhsevər siyasət və bu siyasətin miqrasiya prosesinin tənzimlənməsinə təsiri”, “Miqrantların hüquqlarının müdafiəsi Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri kimi” və “Miqrantların cəmiyyətə inteqrasiyası” mövzularında tədbirlər keçirilib.

 

Lent.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam