Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan Trampa mədəniyyət dərsi keçdi

Ərdoğan Trampa mədəniyyət dərsi keçdi

 

Cənab Tramp mədəniyyət hadisəsini zahiri olaraq dəyərləndirən bir tipologiyadır

 

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bir şəhərin Qərb meyarlarına görə mədəni hesab edilməsi üçün yollarda işiqlandırma olması, palçıq olmaması kimi üzdə olan xüsusiyyətlərə baxılmalıdır. Halbuki, İslam meyarlarında bir şəhərin mədəni olmasını göstərən başqa cəhətlər var. Məsələn qapını kilidləmədən evdən çıxa bilmək, ehtiyac sahibi hər kəsə əl uzadılması, küçə heyvanlarına belə şəfqətlə davranılması. Bizim mədəniyyətimizdə mədənilik anlayışı budur. 40 mərtəbə, 100 mərtəbə hündür binalar tikmək sizi mədəni etmir. Biz də bu tələyə düşmüşük. Bizim anlayışımızda fərqli düşüncə insanlarına qapılar bağlanmayıb, ancaq Amerikadakı müsəlmanlar oradan qovulma qorxusu içindədirsə, demək ABŞ-da bir problem var. Tramp əvvəlcə bunu müzakirə etməlidir. Bizim hədəfimizdə insan yaradılmışların ən şərəflisidir. Görünən odur ki, Amerikada belə deyil”, - Ərdoğan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam