Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddəti uzadıldı -1 il

d84f0498-83de-433e-acfa-4301003e7185_292

Birləşmiş Ştatlar İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddətini müvafiq olaraq 1 il müddətinə uzadıb.

Xeberinfo.com:    Ağ Evin məlumatına görə, bu barədə prezident Barak Obamanın qəbul etdiyi qərarlarda bildirilir.

Obama Konqres rəhbərlərinin adına yazdığı məktubda Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını Krımın işğalı və Ukraynanın şərqindəki vəziyyətlə izah edir.
İranla bağlı məktubda isə qeyd olunur ki, “bu ölkə hökumətinin müəyyən siyasət və hərəkətləri ABŞ-ın regiondakı maraqlarına ziddir və Birləşmiş Ştatların milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə kəsb etməkdə davam edir”.
Venesuela ilə bağlı Konqres rəhbərlərinə yazılmış məktubda isə bu ölkədə insan haqlarının pozulması, mətbuat azadlığının məhdudlaşdırılması, anti-hökumət etirazlarına cavab olaraq güc tətbiqi və s. səbəb gətirilir.
Məktubda Kubaya qarşı sanksiyaların uzadılmasının isə bu ölkədən kütləvi miqrasiyanın qarşısının alınması zərurətindən irəli gəldiyi vurğulanır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam