Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

" Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə verilir"

"Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi Sülh sazişində razılaşdırılacaq".

Xeberinfo.com:   Virtualaz.org Ermənistan mənbələrinə istinadən xəbər verir ki, bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.

Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir və artıq Ermənistan XİN bu sənədə reaksiya bildirib. Xarici İşlər Nazirliyindən əsəbi tərzdə qeyd olunub ki, bu ekspertlərin işinin nəticəsidir.

Bununla birlikdə, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır.

Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam