Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İstanbul terrorunda polislərin “WhatsApp” yazışması

 

Yay günü gödəkçə ilə gələn terrorçu polisi şübhələndirib.

Xeberinfo.com:   Türkiyəni qana bulayan, 42 nəfərin ölümünə, 150 nəfərin yaralanmasına səbəb olan terror aktını törədən şəxslərin milliyyətləri bəlli olub. Məlumata görə, gecə saatlarında onların ilk fotoları da yayılıb.

Məlumata görə, kamikadzelər tacik əsilli olublar. Onların Atatürk hava limanına giriş zamanı çəkilən fotolarını “Milliyyət” qəzeti əldə edə bilib.

Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin “WhatsApp”yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. ​Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.

Polis “sənədlərinizi görə bilərəmmi?” deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb.

İlk vurulan da şübhəlini görən polis olub. Polisin yaraladığı terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü partladır. Həyat yoldaşı ilk övladlarına 6 aylıq hamilə olan polisin ayıq sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin onun özü hazırda ölüm-qalım savaşı verir.

Bundan sonra digər kamikadzelər də avtomatdan atəş açmağa başlayıblar. Hücumçulardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb.

Terror aktının baş verməsini əks etdirən daha bir videogörüntü yayılıb. Videodan da aydın görünür ki, hava limanı ərazisində sərnişinlər və işçilər adi qaydada işlərini görürlər. Qəfildən silah səsi eşidən sərnişinlər, işçilər qaçmağa başlayırlar. Qısa zaman ərzində ərazi, demək olar ki, tamamilə boşalır.

erere


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam