Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Atatürk hava limanında ölü sayı 36-ya çatıb, 147 yaralı var - FOTOLAR

 

 

İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

 

Xeberinfo.com:   Məlumata görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.  

 Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.  

 
NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.  
 
Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbər hələlik rəsmi təsdiqlənməyib. 
 
“Assoşieyted Press” bundan əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi. 

Terror aktı nəticəsində ölən və yaralananların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların arasında bir neçə xarici vətəndaşlar var.

Bu barədə “Röyters” yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

İstanbuldakı terror aktını İŞİD qruplaşması  törətmiş ola bilər.

Bunu silsilə partlayışların törədildiyi İstanbulun “Atatürk” hava limanına gəlmiş Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam