Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İstanbul terrorunu törədənlərdən biri Rusiya vətəndaşıdır – ilginc detallar

Terrorçular bütün aeroportu əsir alıb qırmalıymış; Rakkadan İstanbula 3 dəstə göndərilibmiş

Xeberinfo.com:    İstanbul Atatürk hava limanında törədilən terrorla bağlı yeni detallar ortaya çıxıb. Türkiyə mediasının məlumatına görə, 42 nəfərin həyatına son qoyan terroru törədənlərin kimlikləri müəyyənləşib. Onların heç biri Türkiyə vətəndaşı deyil. Biri Özbəkistan, biri Rusiya (Dağıstan), biri isə Qırğızstan vətəndaşıdır. Rusiya vətəndaşı olan terrorçunun Osman Vadinov olduğu deyilir. Polis terrorçuların qaldığı evdə onun pasportunu tapıb. Bəlli olub ki, o, Türkiyəyə 1 ay öncə gəlib.

Hava limanında terrorun təşkilinə gəlincə, Vadinov digər 2 terrorçu ilə birlikdə yerli vaxtla saat 21 radələrində taksiyə minərkən müşahidə kameralarına düşüblər. Onların hərəsində bir bel çantası, yanlarında da bir əl çantası olub.

Taksi sürücüsü bildirib ki, müştəriləri hava limanına qədər öz aralarında xarici dildə danışıblar və o, bu danışıqdan heç nə başa düşməyib.

Taksi aeroport ərazisinə maneəsiz daxil olub. Terrorçular maşından enəndən sonra əl çantasında gətirdikləri gödəkcələri geyinib və silahlarını gizlədiblər. Sonra onlardan biri avtomobil parkına, biri xarici xətlər çıxışına, biri də xarici xətlər girişinə istiqamətlənib.

Bu arada avtomobil parkına daxil olan təhlükəsizlik əməkdaşı oradakı terrorçunun isti havada gödəkçəli geyimindən şübhələnərək polisə məlumat verib. Polis xarici xətlər gəliş qapısına yaxınlaşan terrorçunu saxlamaq istəyib. Bu zaman terroçu atəş açaraq polisi çiynindən yaralayıb.

Avtomobil parkından atəş səsləri gəlincə, gəliş terminalının önündəki canlı bomba özünü partladıb. Nticədə böyük bir panika yaşanıb, 3 taksi sürücüsü və işdən çıxan aeroport işçiləri də daxil olmaqla çox sayda insan həyatını itirib.

Burada yaşanan panikadan yararlanan ikinci canlı bomba avtomobil parkından yuxarı qata qalxıb. O, qapıdan gediş terminalına doğru Kalaşnikov avtomatından atəş aça-aça yürüyüb. Silahsız təhlükəsizlik əməkdaşlarının nəzarət etdiyi yoxlama cihazlarının yanından ötən terrorçu pasport-nəzarət məntəqəsinin önünə qədər irəliləyə bilib. Burada polis əməkdaşlarından biri ilə aralarında atışma baş verib. Polis və terrorçu yaralanıb. Yerə yıxılan terrorçunun avtomatı əlindən düşüb. Polis terrorçunun üzərindəki bombanı partlatmağa hazırlaşdığını görüncə qışqıraraq ətrafdakıları xəbərdar edib. Bunun sayəsində 3 partlayışın ən güclüsü olan bu partlayışda terrorçunun özündən başqa ölən olmayıb.

42 nəfərin hamısı gəliş terminalının önündə, sərnişinləri gözləmə sahəsində və çöldə taksi dayanacağında ölüb.

Hadisədən sonra ərazidən 2 ədəd partlamamış əl qumbarası tapılıb.

Polis ötən gün terrorçuların qaldığı evi müəyyən edərək orada axtarış aparıb. Evdən terror qruplşamaya aid sənədlər və rəqəmsal cihazlar tapılıb.

Polis həmçinin, İstanbulun 16 ünvanında eyni vaxtda əməliyyat həyata keçirib və 3-ü xarici vətəndaş olmaqla 13 şübhəlini saxlayıb.

Türkiyə mediasında yazılanlara görə, terrorçuların məqsədi əslində daha böyük qətliam törətmək olub. İddialara görə, terrorçuların planı beləymiş ki, hava limanına girib oradakı insanları girov götürsünlər və sonra kütləvi qətliam törətsinlər. Lakin isti havada gödəkcədə olmaları ilə özlərinə qarşı şübhə yaradan terrorçular polisin müdaxiləsi ilə planını dəyişməli olub.

Bu arada terrorçuların İŞİD-in paytaxtı Rakkadan İstanbula göndərilən 3 təxribat qrupundan biri olduğu da məlumat verirlir. Məlumatlara görə, dəstələrdən biri iyunun 18-də zərərsizləşdirilib. Bu dəstədə 2 çeçenistanlı və 1 Türkiyə vətəndaşı olub. Güman edilir ki, bu dəstə Taksimdə keçiriləcək yürüşlərdən biri zamanı partlayış törədəcəkmiş. Dəstənin İstanbulda qaldığı evdən partlayıcı maddələr, canlı bomba jiletləri, avtomat güllələri, şifrəli sənədlər, rəqəmsal cihazlar tapılıb.

İkinci dəstə isə İstanbula Mersindən gəlib. Mersin polisi İstanula xəbər ötürüb ki, 2 İŞİD üzvü Tarsusda yol-inşaat işçilərini polis zənn edərək içərisində canlı bomba jiletləri olan çantaları yol kənarına ataraq qaçıb, İstanbula girib. Bunun əsasında 2 irqalı terrorçunu və onlara kömək edən 4 şübhəlidən ibarət ikinci dəstəni Sancaqtəpədə həbs edib. Onalrın qaldığı evdə də canlı bomba jiletləri və partlayıcı düzəltmək üçün məmulatlar tapılıb.

Polis 3-cü dəstəni axtardığı bir vaxtda o Atatürk hava limanında ortaya çıxıb…

azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam