Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İŞİD Azərbaycan polisinə hücum hazırlayır - Türkiyə kəşfiyyatı

Beynəlxalq koalisiyanın və Rusiyanın hava zərbələri nəticəsində Suriyada sıxışdırılan İŞİD terror təşkilatı Avropada intiharçı-terrorçularla yeni hücumlara hazırlaşır.

Xeberinfo.com:  “Milliyet” qəzetinin Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazdığına görə İŞİD intiharçı-terrorçuların Avropaya göndərilməsi üçün yeni marşrut seçib. Belə ki, intiharçı-terrorçular Avropaya Azərbaycan,  Kipr və Gürcüstan üzərindən göndərilir.

Habelə qəzet yazır ki, İŞİD Azərbaycan və Şimali Qafqaz əsilli terrorçuları Türkiyə və Azərbaycanda terror hücumları həyata keçirmək üçün seçib. İstanbul Atatürk hava limanında həyata keçirilən terror hücumlarının ardınca Türkiyənin xüsusi xidmət orqanları İŞİD-in beynəlxalq koalisiya qüvvələrinin əməliyyatlarına cavab olaraq həm Avropa ölkələrini, həm Türkiyəni hədəf aldıqlarına dair məlumatlar əldə ediblər. Türkiyənin xarici ölkə kəşfiyyatları ilə həyata keçirdiyi ortaq fəaliyyətlər nəticəsində əldə edilmiş məlumatlar İŞİD-in Avropaya və Türkiyə yeni terrorçular göndərdiyini təsdiq edir.

Bildirilir ki, Atatürk hava limanındakı terror hücumlarından sonra Türkiyə xüsusi xidmət orqanları İŞİD-in ölkəyə göndərdiyi terrorçu qrupu təsbit edib və onların kimliklərini müəyyənləşdirib. Nəticədə İŞİD 20-25 nəfərlik yeni qrup təşkil edib və həmin qrupu Türkiyəyə keçirməyə çalışır. Məlumata görə Türkiyənin Əmniyyət Genel Müdürlüyü bu barədə yerli polis idarələrinə xəbərdarlıq göndərib.

Əmniyyətin iyun ayında yerli polis idarələrinə göndərdiyi başqa xəbərdarlıq məktubunda isə deyilir ki, Azərbaycan və Şimali Qafqaz əsilli İŞİD-çilər Türkiyə və Azərbaycanda “canlı bomba”larla hücumlar həyata keçirməyi planlaşdırır. Həmin məktubda göstərilib ki, sözügedən İŞİD-çilər Azərbaycandakı hücumlarda polisləri və onların ailə üzvlərini hədəf almağa hazırlaşırlar.

Xatırladaq ki, Azərbaycandan yüzlərlə radikal İŞİD-ə qoşulub və Suriyadakı döyüşlərdə iştirak edir. İndiyədək onların bir çoxu öldürülüb, bir çoxu geri qayıdarkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yaxalanıb və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Bununla belə ölkənin özündə də radikal dindarlar arasında İŞİD ideologiyasını bölüşənlərin və bu dəhşətli terror təşkilatının əmrlərini yerinə yetirməyə hazır olanların mövcudluğu istisna deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam