Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Finlandiya və İsveç NATO-da təlim iftəsi edir -Rusiya narazıdır

NATO-nun yeni üzvləri Finlandiya və İsveç Rusiya sərhədi yaxınlığında keçiriləcək “Nordic Response 2024” hərbi təlimlərində iştirak edəcək.

Yenixeber.org: Martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək təlimlərdə 13 ölkədən - Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ 20 mindən çox hərbçi iştirak edəcək.

Təlimlərdə Finlandiyadan 4,1 min əsgər və 700-ə yaxın texnika, İsveçdən isə 4,5 min şəxsi heyət iştirak edəcək.

Macarıstan üzvlük ərizəsini ratifikasiya etdikdən sonra İsveç faktiki olaraq NATO-ya üzv olub. Alyansa qoşulma aktının rəsmi imzalanması yaxın günlərdə baş tutacaq.

“Nordic Response 2024” bir neçə ay davam edəcək “Exercise Steadfast Defender 2024”-ün bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür təlimlər hərbi insident riskini artırır. Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər qeyd edib ki, “Nordic Response” təlimləri gərginliyin artması riski ilə doludur.

Kreml NATO-nun genişmiqyaslı təlimlərini təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edir ki, alyans qarşıdurma aləti kimi yaradılıb, lakin indi təşkilat öz rolunu yerinə yetirməkdə davam edir.(RİA Novosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam