Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Analitik:“Elə bir hiss var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib"

 

“Elə bir hiss var ki, sanki İran hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücuma səssiz razılıq verib”.

Yenixeber.org: Bu barədə ABŞ-ın “IHS Markit” konsaltinq şirkətinin MDB və Qafqaz ölkələri üzrə baş analitiki Aleksandr Melikişvili tviter səhifəsində yazıb.

“İran tərəfinin Azərbaycan səfirliyini hansı səviyyədə qoruduğu hücum edən şəxsin kabinədə oturan iranlı polisə əl yelləməsindən görünür. Bundan sonra polis telefonu götürüb harasa zəng edir. İlkin təəssürat belədir ki, hücumun İran hökumətinin səssiz razılığı ilə həyata keçirildiyini düşünmək üçün əsaslı şübhələr var”, – hücumun videogörüntülərini şərh edən A.Melikişvili yazır.

"İranın 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına nifrətlə yanaşması hamıya yaxşı məlumdur. İndi Azərbaycan tezliklə təhqiqat aparılmasını və bu hücumu törədən şəxsin ağır cəzalandırılmasını tələb edəcək", - o əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam