Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Ayətullah Mayk”ın öldürülməsi iddiasına ABŞ-ın sükutu –"ŞİDDƏTLİ QİSAS", YOXSA MANİPULYASİYA?

Əbdülhəmid Bəyati

“Mehr” İA, 28.01.2020

 

Dünən günortadan sonra bəzi KİV-lər Əfqanıstanın Qəznə əyalətində təyyarə qəzasına dair təcili xəbər yayıblar.

Yenixeber.org: Əfqanıstanın bir çox rəsmisi məlumatı təsdiqləyib, digərləri isə təkzib ediblər. Ta ki “Taliban” Bazar ertəsi axşam ABŞ hərbi qüvvələrinə məxsus olduğu iddia edilən təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsinə dair bəyanat yayana qədər.

Yalnız bundan sonra ABŞ tərəfi hadisəni araşdırdığını açıqlayıb. 

Xəbər axını

Bir neçə saat sonra vurulan təyyarənin görüntüləri yayımlanıb, hava gəmisinin səciyyəsi haqqında daha çox məlumat verilib və bəzi müstəqil jurnalistlər təyyarənin kimə məxsusluğunu açıqlamağa başlayıblar.

Mövzunu şərh edənlər arasında “Gospa News”-un xəbərlər bürosunun direktoru Fabio Cozef Karlo Karisio da var.

Fabio 1967-ci ildə İtaliyada anadan olub və 19 yaşından jurnalist kimi fəaliyyət göstərir.

O, bu hadisə ilə bağlı yazıb: “Əfqanıstanda qəzaya uğrayan təyyarə CIA üçün səyyar komanda mərkəzi olan “Bombardier / Northrop Grumman E-11A”-dır”.

İtalyan jurnalistin sözlərinə görə, təyyarə CIA-nin İran, İraq və Əfqanıstandakı əməliyyatlar üzrə menecerinə məxsusdur:“Ən qabaqcıl casus proqramı ilə təchiz olunmuş hava gəmisi artıq düşmən tərəfindən vurulub”.

Reportyor iddia edib: “CIA-nın İranla bağlı əməliyyatlarına rəhbərlik edən və “Ayətullah Mayk” olaraq bilinən Maykl D`Andrea həmin təyyarədə olub”.

“Ayətullah Mayk” kimdir?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bələd olan bəzi yazarlar general Qasim Süleymaninin ABŞ prezidenti Donald Trampın birbaşa əmri ilə öldürülməsindən sonra Maykl D`Andreanın adını terror aktının arxasında duran beyin mərkəzi kimi qələmə veriblər.

D`Andrea CIA-da “Qaranlıq Şahzadəsi” olaraq tanınıb və yalan-doğru, İslamı qəbul etdikdən sonra “Ayətullah Mayk”kimi də şöhrət qazanıb.

2 yanvar 2017-ci ildə “New York Times” Maykl D`Andreanın CIA-da İran şöbəsinin rəhbəri təyin olunduğunu elan edən bir xəbər yayıb. Bundan əvvəl, 1980-ci illərdə o, CIA-nın Antiterror Mərkəzinə rəhbərlik edib.

“New York Times” qəzetinin yazdığına görə, o zaman “əl-Qaidə” terror qruplaşmasının qurucusu və keçmiş lideri Üsamə bin Ladenin axtarışı və təqib edilməsinə birbaşa cavabdehlik daşıyıb. Maykl D`Andrea, həmçinin CIA-nın “PUA ilə hədəf qətlləri”ni istiqamətləndirib. Proqramın həyata keçirilməsi terror şəbəkələrinə üzvlükdə şübhəli bilinən minlərlə şəxsin öldürülməsi ilə nəticələnib.

Hesabatda, həmçinin hazırkı xarici işlər katibi və CIA-nın keçmiş direktoru Maykl Pompeonun Maykl D`Andrea ilə birlikdə İran hökumətinin nüvə sazişinin müddəalarına əməl edib-etməməsi ilə bağlı ətraflı və vacib məlumatlara sahib ola biləcəyi qeyd edilib.

D`Andreanın İrana şəxsi baxışı barədə az şey məlumdur.

Maykl D`Andrea Şimali Virciniyada boya-başa çatıb və CIA ilə əlaqələrin iki nəsillik tarixçəsi var.

Məlumata görə, müsəlman qadınla evləndikdən sonra “Ayətullah Mayk” adı ilə tanınıb. CIA-nın xarici nümayəndəliklərindən birində gələcək arvadı ilə tanış olub və dini prinsiplərə əməl etmədiyi söylnsə də, onunla evlənmək üçün İslamı qəbul edib. 

CIA-dakı nüfuz

Maykl D`Andrea CIA-da böyük nüfuza sahibdir və bəlkə də “əl-Qaidə”nin zəifləməsində CIA işçilərinin heç biri onun qədər mühüm rol oynamayıb.

Üsamə bin Ladenin axtarışı və ABŞ-ın dron hücumu proqramının direktoru olarkən, “Qaranlıq Şahzadəsi” kimi tanınıb. D`Andreanın rəhbərliyi altında Yəmənə istiqamətli hücumlar genişləndirilib və CIA-da bir çoxları “əl-Qaidə”nin zəiflədilməsində və məğlubiyyətində onu əsas töhfə verənlərdən biri sayır.

Bundan əlavə, D`Andreanın rəhbərliyi altında işləyən casuslar 2008-ci ilin fevral ayında Livan “Hizbullah”ının baş komandanı İmad Muğniyənin öldürülməsində əsas rol oynayıblar.

İsraillilərlə əməkdaşlıqda CIA Dəməşqdə Muğniyənin avtomobilini partladıb.

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin ovlanmasının da onun nəzarətində olduğu deyilir.

D`Andreanın İrandakı iğtişaşlarda rolu

2 il əvvəl İrandakı iğtişaşlarda D`Andreanın “barmağı” olması ortaya çıxıb.

ABŞ rəsmiləri iğtişaşları dəstəkləməsi və bu məsələni Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəyi də Vaşinqtonun İrandakı vəziyyətə müdaxiləsinə sübutdur.

Reks Tillerson o dövrdə dövlət katibi idi, ABŞ hökumətinin İrana qarşı siyasətinin hakimiyyətin “dinc yolla ötürülməsi” olduğunu söyləyib.

Tillersonun danışığından bir neçə gün əvvəl “New York Times” qəzetində bir məqalə dərc edilib: “Donald Trampın İranla bağlı fikirlərini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində əks etdirmək vəzifəsi Maykl D`Andrea adlı bir şəxsə tapşırılıb”.

Amerikanın sükutu

Əfqanıstanda vurulan casus təyyarəsi ilə bağlı ən qəribə məqam Vaşinqtonun orada olanlar barədə sərt səssizliyidir.

İranda Ukrayna sərnişin təyyarəsinin qəzaya uğramasından dərhal sonra müxtəlif ölkələrə ünvanlı açıq bəyanatlar verən ABŞ indi öz təyyarəsinin qəzaya uğraması ilə əlaqədar sükuta qərq olub.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam