Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Böyüklərin diplomatik savaşına qurban gedənlər -Tarixdə səhvən vurulan təyyarələr

Böyüklərin diplomatik savaşına qurban gedənlər -Tarixdə səhvən vurulan təyyarələr

Tarixdə sərnişin təyyarələrinin qəzaları ilə bağlı saysız-hesabsız nümunə göstərmək olar. Amma elə qəzalar var ki, bunlar təyyarənin nasazlığı və ya hansısa yad cisimlərlə toqquşması nəticəsində baş verməyib. 

Yenixeber.org: Bu gün İran hökumətinin Ukraynaya məxsus təyyarəni səhvən vurmasını etiraf etməsi bu mövzunu bir daha gündəmə gətirib. Bəs görəsən tarixdə buna bənzər hansı hadisələr baş verib?

4 oktyabr 2001

Qara dəniz üzərində uçan Sibir Hava yollarına aid Tupolev 154 təyyarəsi, S-200 tipli raketlə səhvən vurulub. Hadisə nəticəsində 66 sərnişin və 12 ekipaj üzvü həyatını itirib.

3 iyul 1988

Bəndər Abbasdan Dubaya uçan İran Hava yollarına aid Airbus A-300 tipli sərnişin təyyarəsi, ABŞ Donanmasına aid "VINCENNES" gəmisi tərəfindən "düşmən təyyarəsi" zənn edilərək SM-2MR tipi hava mərmisi ilə vurulub. Təyyarədə olan 290 sərnişin və ekipaj üzvü həlak olub.

1 sentyabr 1983

Cənubi Koreyaya aid Boinq 747 tipli təyyarə, naviqasiya sistemlərində meydana gələn qəza səbəbilə Moneron adaları yaxınlığında Sovet hava sahəsinə girib. Su-15 təyyarələri tərəfindən vurulan sərnişin təyyarəsindəki 269 sərnişin və ekipaj üzvü həlak olub.

21 fevral 1973

Benqaliyadan Qahirəyə uçan Liviya Hava yollarına aid Boinq 727 təyyarəsi, pis hava şərtləri səbəbilə itkin düşüb. Hava Qəzası İdarəsindən kömək ala bilməyən pilotlar səhvən İsrail hava sahəsinə girib və İsrail Hava Qüvvələrinə məxsus F-4 qırıcıları tərəfindən vurulub. Hadisə nəticəsində 113 sərnişin həlak olub. Yalnız biri pilot olmaqla 5 nəfər xilas ola bilib.

20 aprel 1978

Murmansk yaxınlığında Sovet Hava Sahəsinə girən Cənubi Koreya Hava yollarına məxsus Boinq 707 təyyarəsinə atəş açılıb. Hadisə nəticəsində 2 sərnişin həyatını itirsə də, pilotlar təyyarəni donmuş çöllükdə endirə bilib.

Bu hadisələr içərisində həm ən çox insan itkisinin qeydə alınması, həm də ölkələr arasındakı münasibətlərin nəzərə aldığımız zaman ən çox diqqətçəkəni 1988-ci il iyulun 3-də baş verən təyyarə qəzasıdır.

Belə ki, ABŞ İrana məxsus A300B2-200 sərnişin təyyarəsi 1988-ci il iyunun 3-də Bəndər-Abbasdan Dubaya uçarkən Fars körfəzi üzərində vurularaq yerə salındığını açıqlamışdı.

Hadisədən sonra ABŞ hökuməti təyyarənin hərbi gəmiyə həddən artıq yaxınlaşdığını iddia edərək, onun F-14 qırıcısı zənn edildiyini və buna görə vurulduğunu bildirib.

Qeyd edək ki, ABŞ hökuməti hadisə qurbanlarının ailələrinə 61 milyon, vurduğu zərərə görə isə 70 milyon dollar ödəməli olsa da, məsuliyyəti üzərinə götürməyib və rəsmən üzr istəməyib.

Hava gəmisinin vurulması əmrini verən "Uss Vincennes"in kapitanı Uilyam Rocersin ABŞ tərəfindən medalla təltif edilməsi iranlıları və hadisə qurbanlarının yaxınlarını hiddətləndirib.

31 il öncə baş verən bu hadisə iki ölkə arasında olan münasibətlərin hələ o zamandan nə qədər gərgin olduğunu göstərir. Və bu gün də bu gərginliyin qorunub saxlanıldığı heç kimə sirr deyil. 

Son zamanlarda baş verən hadisələr buna əyani sübutdur. Əvvəlcə İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi daha sonra İranın səhvən Ukraynaya məxsus təyyarəni vurması regionda olan gərginliyin hələ uzun müddət davam edəcəyinə işarədir. 

Digər tərəfdən, ABŞ-ın İranı daim sanksiyalarla təhdid etməsi və cənub qonşularımız da bu təhdidlər qarşısında heç də geri çəkilmək niyyətinin olmaması iki ölkə arasında soyuq müharibənin davamının qaçınılmaz olduğunu göstərir.

Mətləb Qurbanov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam