Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

JURNALİSTİN ÖLDÜRÜLDÜYÜNÜ SÜBUT EDƏN SƏS YAZISINDA NƏLƏR VAR? –Astma xəstəsinin 7 dəqiqəlik müqaviməti və... yoxa çıxan cəsəd - ARAŞDIRMA

Sevilay YILMAN

“Habertürk”, Türkiyə, 31 oktyabr 2018-ci il

 

Yenixeber.org: Hər kəs, bütün dünya “Cəsəd haradadır?” deyərək, Səudiyyə Ərəbistanından soruşur.

Məncə, boş yerə soruşuruq. Bilirsinizmi, niyə? Çünki Səudiyyə Ərəbistanı əsla bu suala cavab verə bilməz. Verə bilməyəcək. Axı, elə bir cəsəd yoxdur. Bizə cəsədi necə göstərəcəklər?

Yazıq adamı sadəcə öldürmədilər ki. Həm də cəsədini parçalayıb hissə-hissə turşularla və ya başqa kimyəvi maddələrlə yandıraraq, peşəkarcasına buxarlandırdılar.

Xülasə, insanlığa bu vəhşiliklərinin izahatını anlada bilməyəcəklərinə görə də heç vaxt bu suala cavab verməyəcəklər.

 

Mərhum bronxial astma xəstəsi imiş

 

İndi gələk yazının başlığındakı sualın cavabına.

Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı öncə Xaşuqcinin ölümü ilə əlaqələrinin olmadığını bildirərək, ələsalma tərzində, öz vətəndaşlarının yox olmasının onları da qayğılandırdığını söylədi. Lakin sonra Türkiyənin əlində bu cinayəti öz adamlarının etdiyini isbat edən səs yazısının olduğunu öyrənincə, etiraf etməyə məcbur qaldılar.

Bəs, öncə ABŞ Xarici işlər naziri Mayk Pompeoya, sonra Səudiyyə Ərəbistanı Kralının bir nömrəli kəşfiyyatçısına, ən sonda da MKİ direktoru Cina Haspelə dinlədilən o səs yazısında nə var?

Əslində, bu səs yazısı ilə bağlı həm türk, həm də dünya mediasında çox şey yazılıb, ondan bəzi detallar çatdırılıb. Məsələn, mərhumun boğularaq öldürülməsi, sonra da cəsədinin parçalara ayrılması kimi…

Türk dövlətinin əlində olduğu bildirilən səs yazısının bir gün ictimaiyyətlə paylaşılıb-paylaşılmayacağını bilmirəm. Ancaq o səs yazısını şəxsən dinləyən bir xəbər qaynağımdan öyrəndiyim bəzi qandondurucu məlumatları bu gün sizlərlə paylaşmaq istəyirəm.

Xaşuqcinin öldürüldüyü otağın konsul Məhəmməd Uteybinin iş otağı olduğu və mərhumun otağa girər-girməz boğularaq öldürüldüyü artıq yazılıb.

Bəs, görüntü olmamasına rəğmən, Xaşuqcinin sellofan torba ilə boğularaq öldürüldüyü sadəcə səs yazısına əsasən necə anlaşılıb? Əlbəttə ki, səs yazısında qeyd olunan danışıqlardan…

Qeyd olunan danışıqlara əsasən, otaqdakılardan biri qəflətən əli ilə Xaşuqcinin ağzını qapayır. Bunun belə olması da rəhmətliyin “Etməyin! Ağzımı bağlamayın, çünki bronxial astma xəstəsiyəm!” deyərək, bağırmasından anlaşılır.

Sonra o bağırtıların bir anda kəsilməsinə baxmayaraq, Camal bütün gücü ilə müqavimət göstərməyə çalışarkən, otaqdakılardan birinin onu boğmağa çalışana “Yaxşı sıx! Yaxşı sıx torbanı!” deməsindən başa düşülür.

 

O çamadanları özlərimi gətirdi?

 

Boğulmamaq üçün cəmi 7 dəqiqə səy göstərən Xaşuqcinin öldüyünə tam əmin olan canilər yazıq adamın cansız bədənini yerə sərirlər. Bu arada onlardan biri, anlaşılana görə, Məhkəmə-Tibbi Ekspertizanın rəhbəri S. Məhəmməd əl-Tubaiqi “Xeyli uzunmuş bu, ancaq problem deyil, öhdəsindən gələrəm!” deyir. Sonra da Səudiyyə Ərəbistanından gələrkən yanında gətirdiyi və hələ də nə olduğu məlum olmayan bir alətlə cəsədi parçalamağa başlayır. Bu arada da otaqda olan digər şəxslərə “musiqi” dinləmələrini tövsiyə edir. Və təqribən, 20 dəqiqə davam edən parçalama prosesi bitincə, parçalar öncə paketlərə, sonra da 5 ədəd olduğu təxmin edilən çamadanlara yığılır.

Öncə bu çamadanların “Qapalıçarşı”dan alındığı yazılmışdı. Lakin mənbələrim qətiyyətlə bu məlumatın doğru olmadığını söyləyir. Çünki çamadanların İstanbulda haradan satın alındığına dair çox genişmiqyaslı araşdırma aparılmış, ancaq hər hansı bir məlumat əldə edilməmişdir. Mənbəmin verdiyi məlumata görə, səudilər cəsədin yerləşdirildiyi bu çamadanları İstanbula gələrkən özlərilə gətirdikləri çamadanların içərisində gizlədə bilərmişlər.

Təqribən, saat 15.00-da qatillər əllərində Xaşuqcini cəsədinin parçaları olan çamadanlarla birlikdə otaqdan çıxırlar.

15.08-də isə şüşələrinə qara pərdə çəkilmiş mikroavtobusla konsulun 250 metr aralıda yerləşən rezidensiyasına doğru hərəkət edirlər.

 

“Cəsəd” itinin qarderobu işarə etməsi…

 

MİT və polisə görə, o çamadanlar həmin mikroavtobusla rezidensiyaya daşınıb. Onların rezidensiyadan hər hansı bir sübut əldə edib-etmədiklərini tam olaraq bilmirəm, ancaq İstanbul Polis İdarəsinin cinayət-axtarış şöbəsinin “Melo”adlı “cəsəd” itinin rezidensiyada bir qarderobun önündə xeyli durub hürüməsi və onu pəncələrilə cırmaqlayaraq işarə verməsi haqqında məlumat aldım.

Qarderobun içərisində hər hansi bir izə rast gəlinməyib, lakin iyə qarşı son dərəcə həssas olan “Melo”nun səhv etməsi mümkün olmadığı üçün bu, ağıllara Xaşuqcinin cəsədinin daha öncə həmin qarderobda saxlanmış ola biləcəyi ehtimalını gətirib.

Bilirəm ki, bu sətirləri oxuyarkən hamınızın mədəsi bulanır, üzü turşuyur və öz-özünüzə “Bunlar necə insanlardır?”deyərək, deyinirsiniz. Əmin olun, mən də eyni halda yazıram. Tamamilə dəhşətdir, lakin bu detalları mütləq yazmalıyıq və cinayət məsələsini canlı tutmalıyıq. Çünki vəhşicəsinə cinayət törədərək, insanlıq tarixinə qara ləkə salan Səudiyyə Ərəbistanının istədiyi şey bu hadisənin gündəlikdən çıxması və həmən unudulub getməsidir.

Lütfən, buna izn verməyək!

Bəli, ola bilsin, bizə bir cəsəd göstərə bilməyəcəklər, lakin biz ən yüksək tonla soruşmağa, araşdırmağa davam edərək, ən azı, adamı necə boğub, parçalayıb, buxarlaşdırdıqlarını da etiraf etdirə bilərik!

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam