Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

SSRİ-nin açılmayan Əfqanıstan cinayətləri: Müharibədən əvvəl və sonra... -FOTOLAR

 



Belarusdan olan bloqqer Maksim Moroviç SSRİ-nin Əfqanistan müharibəsindəki iştirakı barədə indiyə qədər məlum olmayan faktları açıqlayıb.

Yenixeber.org: Bu faktları  Twitter  hesabında məşhur  "Bir fakt-bir layk" flaşmobu çərçivəsində paylaşıb.

Bloqqerin yazdığına görə, sovet hakimiyyəti qoşunları Əfqanıstana göndərməyi hələ müharibədən xeyli əvvəl planlaşdırıb.

Buna görə də Tacikistandan birbaşa Kabula "Şurəvi yolu" salınıb. Salanq aşırımlarından keçən yolu moskvalı mütəxəssislər tikib. 

Bloqqerin yazdığına görə, Kabulda illər əvvəl dağılan binalar hələ də bərpa edilməyib. Darun Əmən və Tac bəy qalaları hərbi əməliyyatlar zamanı dağıdılıb. Ancaq bu yaxınlarda orda bərpa işləri başlayıb. Bura terror təhlükəsinə görə 500 metr məsafədən yaxına buraxmırlar. 

Bloqqer yazır ki, sovet jurnalistləri SSRİ əhalisini əsgərlərin Əfqanıstanda infrastruktur tikdiyinə inandırmışdı.  Mətbuat xüsusilə də 1987-ci ilə qədər Əfqanıstan müharibəsi barədə demək olar danışmadı. Ancaq "Bizim qoşunlar orda ev tikir, yol salır" tipli sözlər gəzirdi. Müharibəyə qədər tikilən “xruşşovka”ları sovet mütəxəssislərinin tikdiyi yazılırdı. 

Bloqqer iddia edir ki, müharibə dövründə sovet əsgərləri üçün normal paltar, ayaqqabı tapılmırdı. 1980-81-ci illərdə xüsusi təyinatlılardan da adi piyadalar kimi istifadə edilirdi. Normal rükzaklar, yük torbaları, kimyəvi hücumdan mühafizə komplektləri tapılmırdı. Normal ayaqqabı yox idi. Hərbçilər ya “Adidas”, ya da adi idman ayaqqabısı geyinirdilər. Nizamnamə ayaqqabsını nadir hallarda görmək olardı. 

SSRİ-nin Əfqanıstanda çoxsaylı cinayət törətdiyini yazan bloqqer bildirir ki, Ruha bombalanıb və ordakı bütün canlılar məhv edilib. Qoşunlar  Əfqanıstandan çıxan zaman isə "elə-belə" 1500 nəfər bombalanaraq öldürülüb. Salanq aşırımında dinc sakinlərə hücum olub.  

Xəzər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam