Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar

 

Ramazan ayının hər bir gününə aid duaları vardır. Özləri qısa olsa da, mənaları çox dərindir. Bu duaların içərisində Allah bizə tövsiyə edir ki, tövbə və istiğfar edək


Yenixeber.org: İstiğfar və tövbə - tək qapıdır ki, Məsumlarımız (ə) xilas olmaq üçün ondan istifadə etməyi tövsiyə edirlər. Çünki əvvəl bu qapıların sayı iki idi. Biri Peyğəmbər (s) idi, o birisi isə tövbə idi. Peyğəmbəri (s) əldən verdiyimiz üçün bizə xilas olmaq üçün ancaq bir qapı qalmışdır. O da tövbə qapısıdır.
Ona görə deyə bilərik ki, istiğfar - bir nemətdir. Eyni zamanda - bir qalxandır. İnsan əgər keçmiş pis əməllərini aradan apara bilirsə və onun yerini saleh əməllə doldura bilirsə, bu, bir gözəl nemətdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim istiğfar edərsə, qətiyyən gərək naümid olmasın. Çünki ümidsizlik böyük günahlardandır.
Ancaq istiğfar və tövbə dedikdə, həqiqi tövbəni nəzərdə tuturuq. Dildə deyilən, amma ürəkdə inkar olunan tövbəni deyil.
Bunu da qeyd etməliyik ki, İlahi övliyalar günahdan uzaq olmaqlarına baxmayaraq, istiğfarı heç bir zaman əldən verməmişdilər. Çünki onun nicat kəndiri olduğunu həmişə dərk etmişdilər.
Bu kəndir biz adi insanlara əlbəttə ki, daha çox lazımlıdır. Ona görə də tövbələrin geri qayıtmadığı bu mübarək ayda istiğfar etməyi və peşman olmağı əldən verməyək və Allaha doğru pak şəkildə qayıdaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam