Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SOROS “FACEBOOK” VƏ “GOOGLE” ŞİRKƏTLƏRİNİ DARMADAĞIN ETDİ:“Onlar insanları avtoritar sistemə təslim edirlər”

Corc Soros

“Project Syndicate”

 

Dünyanın cari tarixi anı ağrılıdır. Açıq cəmiyyətlər böhran içindədir və Vladimir Putin Rusiyasının nümunə olduğu diktatura və mafiya dövlətlərinin müxtəlif formaları artmaqdadır. Birləşmiş Ştatlarda prezident Donald Tramp da mafiya tərzli dövlət qurmaq istəyir, amma bacarmır; Konstitusiya, digər təsisatlar və fəal vətəndaş cəmiyyəti buna izn verməyəcək.

Yenixeber.org: Söhbət yalnız açıq cəmiyyətin sağ qalmasından deyil, həm də bütün sivilizasiyanın sağ qalmasından gedir. Şimali Koreyada Kim Dzyan (Çen) In və ABŞ-da Tramp kimi liderlərin yüksəlişlərində eynilik çoxdur. Hər ikisi öz iqtidarını saxlamaq üçün nüvə müharibəsinə hazır görünürlər. Ancaq ana səbəb daha dərindədir. Bəşəriyyətin təbii qüvvələri həm konstruktiv, həm də dağıdıcı məqsədlər üçün istifadə bacarığı böyüməyə davam edir; özümüzü idarə etmək bacarığımız isə tərəddüddə və indi aşağı səviyyədədir.

Amerikanın nəhəng internet platforma şirkətlərinin yüksəlişi və inhisarçı davranışı Birləşmiş Ştatlar hökumətinin iqtidarsızlığına güclü təsir göstərir. Bu şirkətlər tez-tez yenilikçi və azadedici rol oynayırlar. Lakin Facebook və Google daha güclü olduqca, yeniliklərə qarşı maneələrə çevrilir və müxtəlif problemlərə səbəb olur.

Bundan artıq yetərincə xəbərdarıq.

Şirkətlər öz istifadəçilərini istismar edərək qazanc əldə edir. Mədən və neft şirkətləri fiziki mühiti istismar edir; sosial media şirkətləri sosial mühitin istismarçısıdır. Bu rəzillikdir, çünki həmin şirkətlər, hətta onlardan xəbərsiz olan insanların düşüncələrinə və davranışlarına təsir edir. Bu, demokratiyanın fəaliyyətinə və azad seçkilərə maneədir.

İnternet platforma şirkətləri şəbəkələr olduğundan, onlar fövqəladə böyüməni əks etdirən artan marginal gəlirdən istifadə edirlər. Şəbəkə təsiri həqiqətən misilsizdir və transformativdir, lakin davamlı deyil.

Bir milyard istifadəçi səviyyəsinə çatmaq üçün "Facebook"a səkkiz il altı ay vaxt lazım oldu və ikinci milyarda çatma bu zaman kəsiminin yarısı hesabına başa gəldi. Bu halda, "Facebook" üç ildən az müddətdə bəşəriyyətdən xaricə çıxacaq.

"Facebook" və "Google" bütün rəqəmsal reklam gəlirlərinin yarısından çoxunu effektiv şəkildə idarə edir. Hakimiyyətini qorumaq üçün onlara şəbəkələrini genişləndirmək və istifadəçilərin diqqətini artırmalıdır. Hazırda bunu istifadəçilərə rahat bir platforma təmin etməklə bacarırlar. İstifadəçilər platformada daha çox vaxt sərf etməklə, "Facebook" və "Google"u daha qiymətli şirkətlər edirlər.

Bundan əlavə, kontent-provayderlər (məzmun təminatçıları) platformaların istifadəsindən yayına bilmir. Onlar təklif olunan şərtləri qəbul etməlidir, bununla da sosial media şirkətlərinin mənfəətini artırırlar. Həqiqətən, bu şirkətlərin müstəsna mənfəətliliyi əhəmiyyətli dərəcədə məsuliyyətdən qaçmadan və öz platformalardakı kontentə görə ödənişdən asılıdır.

Şirkətlər iddia edir ki, sadəcə informasiya paylayırlar. Lakin inhisarçı distribütor olmaları onları ictimai müəssisəyə çevirir. Buna görə də, rəqabəti, yenilikçiliyi, ədaləti və açıq əlçatımlılığı əldə təmin etmək məqsədi ilə daha sərt tənzimləmələrə tabe olmalıdırlar.

Sosial media şirkətlərinin həqiqi müştəriləri – reklam verənlərdir. Ancaq tədricən yeni bir biznes modeli formalaşır. O yalnız reklam üzərində deyil, həm də məhsul və xidmətlərin birbaşa istifadəçilərə satışı ilə bağlıdır. Şirkətlər nəzarət etdikləri məlumatları istismar edirlər; təklif etdikləri xidmətləri paketləşdirir və daha çox fayda qazanmaq naminə fərqli qiymətlərindən istifadə edirlər. Bu, onların mənfəətliliyini daha da artırır, lakin xidmətlərin birləşdirilməsi və fərdi qiymətlər bazar iqtisadiyyatının səmərəliliyinə zərbə vurur.

Sosial media şirkətləri onların diqqəti ilə manipulyasiya edərək, öz istifadəçilərini aldadır, bu diqqəti öz kommersiya məqsədlərinə yönəldir və qəsdən təklif etdikləri xidmətlərdən asılılıq yaradırlar. Bu, xüsusən yeniyetmələr üçün çox zərərli ola bilər.

İnternet platformaları və qumar şirkətləri arasında oxşarlıq var. Kazinolar adamı azarlatmaq üçün elə metodlar hazırlayıb ki, müştərilər pullarını, hətta olmayan pullarını qumara qoyurlar.

Rəqəmsal dövrümüzdə bənzər – və potensial olaraq geridönməz – bir şey insan diqqəti ilə baş verir. Bu, sadəcə yayınma və ya asılılıq məsələsi deyil; sosial media şirkətləri əslində, insanları öz sərbəstliklərini təslim etməyə təşviq edirlər. Xalqın diqqətini formalaşdırmaq məqsədi güdən bu qüvvə getdikcə bir neçə şirkətin əlində cəmləşir.

Con Stüart Millin "zəkanın azadlığı" adlandırdığı anlayışı iddia etmək və müdafiə etmək üçün indi böyük səy gərəkdir. Rəqəmsal texnologiya dövründə böyüyənlər onu yenidən dərk etməkdə çətinlik çəkə bilərlər.

Bu, çoxsaylı siyasi nəticələrə səbəb olacaq. Zəka azadlığı olmayan insanlarla asanlıqla manipulyasiya edilə bilər. Bu təhlükə yalnız gələcəyə aid deyil; 2016-cı ilin ABŞ prezidenti seçkilərində o, əhəmiyyətli bir rol oynayıb.

Üfüqdə daha çox həyəcanverici bir perspektiv görünür: avtoritar dövlətlər və böyük, məlumatlara sahib IT (AyTi) inhisarları arasında ittifaq – dövlət nəzarət sistemləri ilə korporativ müşahidə sistemlərini birləşməsi. Bu, totalitar nəzarət şəbəkəsinə gətirib çıxara bilər. Bunu heç Corc Oruell (“1984” romanının müəllifi – tərc.) də təsəvvür edə bilməzdi.

Belə “natəmiz nikahlar”ın baş verəcəyi ilk ölkələr Rusiya və Çindir. Xüsusilə Çin IT şirkətləri ABŞ platformaları səviyyəsindədir. Onlar, həmçinin prezident Si Szinpin rejiminin tam dəstək və müdafiəsinə sahibdir. Çin hökuməti ən azından sərhədləri içində milli çempionlarını qorumaq üçün kifayət qədər güclüdür.

ABŞ-da yerləşən IT inhisarları da bu böyük və sürətlə inkişaf edən bazarlara daxil olmaq üçün güzəştlərə hazırdır. Bu ölkələrin diktator liderləri öz əhalisi üzərində nəzarət üsullarını təkmilləşdirmək, ABŞ-da və dünyanın qalan hissələrində güc və təsirlərini genişləndirmək üçün onlarla əməkdaşlıq etməkdən yalnız çox xoşbəxt ola bilərlər.

Platforma inhisarlarının dominantlığı və artan bərabərsizlik arasında əlaqə də məlumdur. Bir neçə şəxsin əlində səhm mülkiyyətinin konsentrasiyası mövcuddur, lakin IT nəhəngləri xüsusi mövqeyə malikdir. Onlar bir-biri ilə rəqabət apara-apara inhisar gücünə nail olublar. Yalnız rəqiblərə çevrilə biləcək “start-up”ları udmaq üçün kifayət qədər böyükdürlər və yalnız bir-birinin ərazisini işğal etmək üçün resursları var.

Nəhəng platformaların sahibləri özlərini Kainatın sahibləri hesab edirlər. Əslində, onlar hakim mövqeyini qoruyan qullardır. Onlar sürücüsüz avtomobillər kimi, süni intellektin açıldığı yeni inkişaf sahələrinə hakim olmaq üçün ekzistensial mübarizə ilə məşğul olurlar.

Belə yeniliklərin işsizliyə təsiri hökumət siyasətindən asılıdır. Avropa İttifaqı, xüsusilə Skandinaviya ölkələri sosial siyasətində ABŞ-dan daha bəsirətlidirlər. İş yerlərini deyil, işçiləri müdafiə edirlər. Onlar işçiləri yeni ixtisas yönündə hazırlamaq və ya onlara təqaüdə verməyə hazırdırlar. Bu, Skandinaviya ölkələrində işçilərə daha təhlükəsizlik hissi verir və onlar, ABŞ fəhlələri ilə müqayisədə, texnoloji yeniliklərə daha çox dəstək verirlər.

İnternet inhisarçılarının cəmiyyəti öz hərəkətlərinin nəticələrindən qorumaq üçün nə iradəsi, nə də meyli var. Bu, onları ictimai təhlükəyə çevirir və tənzimləyici orqanlar cəmiyyəti onlardan qorumalıdır. ABŞ-da tənzimləyicilər inhisarların siyasi təsirinə qarşı müqavimətdə kifayət qədər güclü deyillər. Onunla müqayisədə, Aİ öz mövqelərini yaxşılaşdırır, çünki özünün heç bir platforma nəhəngi yoxdur.

Avropa İttifaqı ABŞ-ın inhisar gücündən fərqli bir şəkildə istifadə edir. ABŞ hüquq-mühafizə orqanları əsasən satınalmalarda yaranan inhisarlara diqqət yetirirlərsə, Aİ qanunvericiliyi inhisar gücünün, necə olursa-olsun, sui-istifadəsini qadağan edir. Avropada Amerikadakından daha möhkəm gizlilik və məlumatların qorunması qanunları var.

Bununla yanaşı, ABŞ qanunvericiliyi zərərin müştərilər tərəfindən alınan xidmətlərin qiymətindəki artımla ölçülməsi kimi qəribə bir doktrina qəbul edib. Ən nəhəng internet platformaların əksər xidmətlərinin pulsuz olması nəzərə alınmaqla, bunu sübut etmək, demək olar ki, mümkün deyil. Bundan əlavə, doktrina platforma şirkətlərinin istifadəçilərindən topladığı qiymətli məlumatları nəzərə almır.

Avropa İttifaqının Rəqabət Komissiyasının komissarı Marqrete Vestager Avropa yanaşmasının çempionudur. "Google"a qarşı iddia qaldırmaq üçün Aİ yeddi il sərf etməli olub. Lakin bu uğur nəticəsində adekvat tənzimləmənin qurulma prosesi çox sürətlənib. Bundan əlavə, Vestagerin səyləri sayəsində Avropa yanaşması ABŞ-dakı münasibətlərə təsir göstərməyə başlayıb.

ABŞ internet şirkətlərinin qlobal üstünlüyünün pozulması yalnız vaxt məsələsidir. Vestager tərəfindən idarə olunan tənzimləmə və vergitutma onların əleyhinə olacaq.Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam